Kamandar Məcidov

Kamandar Məcidov (belar. Камандар Бафаліевіч (Бафалы аглы) Маджыдаў; 17 oktyabr 1961, Hamamlı, Dmanisi rayonu) — azərbaycanlıbelarusun güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində olimpiya oyunları, dünya, AvropaSSRİ çempionu.

Kamandar Məcidov
belar. Камандар Бафаліевіч (Бафалы аглы) Маджыдаў
Şəxsi məlumatlar
Doğum adı Kamandar Məcidov
Vətəndaşlığı
Doğum tarixi 17 oktyabr 1961(1961-10-17) (63 yaş)
Doğum yeri
Boyu 168 sm
Çəkisi 62 kq
İdman növü Yunan-Roma güləşi
Karyera illəri 1973h. h.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1963-cü ildə Gürcüstanın Başkeçid rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur.

1983-cü ildə Minsk şəhərinə köçərək Belarusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən Belarusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları-82"-nin qalib olmuş, 1983-də İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirinin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir.

1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan K.Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin əməkdar idman ustası" adına layiq görülmüşdür.

Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir. Güləş üzrə Belarusiya yığma komandasının məşqçisidir.

Tarix Turnir Yer
1983 Gənclər arasında SSRİ çempionatı 1
1983 SSRİ cempionatı 3
29.04.1984 Avropa cempionatı 1
1984 Dostluq-84 1
23.04.1985 Avropa cempionatı 1
08.08.1985 Dünya cempionatı 8
23.10.1986 Dünya cempionatı 1
19.08.1987 Dünya cempionatı 2
31.10.1987 FİLA Qran-prisi 3
01.01.1988 FİLA Qran-prisi 1
18.09.1988 Olimpiya oyunları 1
24.08.1989 Dünya cempionatı 1
24.11.1990 Dünya kuboku 1
26.04.1991 Avropa cempionatı 1
1992 SSRİ cempionatı 1
01.01.1993 Avropa cempionatı 3
16.09.1993 Dünya cempionatı 2
27.03.1996 Avropa cempionatı 8
20.07.1996 Olimpiya oyunları 4