Kamboca vyetnamlıları — Kambocada yaşayan vyetnamlılar, tam və ya qismən khmer mənşəli vyetnamlara aid edilən termin. Kamboca mənbələrinə görə, 2013-cü ildə Kambocada təxminən 15 min vyetnamlı yaşayırdı. Vyetnam mənbələri Kambocada 156,000 vyetnamlının yaşadığını qeyd edir,[1] lakin müstəqil alimlərə görə, bu say 400,000 ilə bir milyon arasında ola bilər.[2] Onlar əsasən Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda yaşayırlar. İlk vyetnamlılar müasir Kambocaya XIX əsrin əvvəllərindən Nquyen çarlarının dövründə gəlmişdir. Odur ki, Kambocada yaşayan vyetnamlıların əksəriyyəti buraya Fransa müstəmləkə rejimi və Kampuçeya Xalq Respublikası administrasiyası dövründə gəlmişdir. 1970-ci illərdə Kxmer Respublikası və qırmızı khmer hökumətləri dövründə vyetnamlılar kütləvi soyqırımların hədəfi olmuşdur.
Corfield, Justin. The History of Cambodia. ABC-CLIO. 2009. ISBN978-0313357237.
Heder, Stepher R.; və b. Propaganda, Politics and Violence in Cambodia: Democratic Transition Under United Nations Peace-Keeping. M.E. Sharpe. 1995. ISBN0765631741.
Harris, Ian. Cambodian Buddhism: History and Practice. University of Hawaii Press. 2008. ISBN978-0824832988.
Kuhnt-Saptodewo, Sri. Nationalism and Cultural Revival in Southeast Asia: Perspectives from the Centre and the Region. Otto Harrassowitz Verlag. 1997. ISBN3447039582.
Schliesinger, Joachim. Ethnic Groups of Cambodia Vol 2: Profile of Austro-Asiatic-Speaking Peoples. Booksmango. 2015. ISBN978-1633232372.
Willmott, William E. The Chinese in Cambodia. Publications Centre: University of British Columbia. 1967. ISBN0774844418.
Pen Socheat and Heng Phally. "Cambodia Socio-Economic Survey 2013"(PDF). National Institute of Statistics, Ministry of Planning, Government of Cambodia. July 2014. İstifadə tarixi: 2015-01-16.