Mekonq (Laosca: "Qanq sularının anası"[1] vyetnamca. "On əjdaha çayı"[2]) — çay Çin, Laos, Tailand, Kamboca və Vyetnam ərazilərindən axır. Bir çox yerlərdə dövlət sərhədlərini təşkil edir. Hind-Çin yarımadasının ən böyük çayıdır. Uzunluğu 4500 km, hövzəsinin sahəsi isə 810,000 km² təşkil edir[3].
Mekonq çayı | |
---|---|
khm. មេគុង, laos ປະເທດລາວ, vyet. Mê Kông | |
Ölkələr | |
Mənbəyi | Tibet yaylası |
Mənsəbi | Cənubi Çin dənizi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 4500 km |
Su sərfi | 15.000 m³/s |
Hövzəsinin sahəsi | 810000 km² |
| |
Tarixi | 23 iyun 1999 |
İstinad nöm. | 999 |
Ölkə | Kamboca |
Vikianbarda əlaqəli mediafayllar |
Çay öz mənbəyini Çinində yerləşən Tibet öndağlığından götürür. Yuxarı axarlada çinlilər çayı Dza-Çu (çin. ), orta axarlarda (Çin ərazisində) Lansanszyan adlandırırlar. Çay öz suyunu Cənubi Çin dənizinə tökür və mənsəbdə delta əmələ gətirir. Əsas qolları: Mun, Tonlesap (sağdan) və San (soldan).
Çay yuxarı və orta axarlarda dərin dərələrlə axır. Mekonq ardıq Kamboca düzənliyindən mənsəbə qədər düzənliklərlə hərəkət edir. Mekonq düzənliyinə çıxa hissədə əsrasəngiz Kxon şəlaləsi yerləşir (21 m). Sonuncu şəlalə Kambocanın Kartex şəhəri yaxınlığındadır. Pnompen şərindən cənubda çay sahəsi 70000 km² olan delta əmələ gətirir. Deltada çay kiçik qollara ayrılır. Onlar xüsusi ilə iki böyükdür. Sağ hissədən axan iri qol Tonlet adlanır. Axının ¾ hissəsi bu qolla dənizə axır. Delda 600 km dənizin daxilinə irəliləyib. İl ərzində delta 80–100 metr dənizin daxilinə genişlənir. Deltada çayın kənarları manqrov meşələri ilə örtülüdür.
Çayın əsas qidalanma mənbəyi yağışlardır. Bununla belə yuxarı axarlarda qar və buzlaqlardan qidalanır. Suyun ən yüksək səviyəsi avqustda, orta səviyəsi oktyabrda, ən aşağı səviyə isə apreldə müşahidə edilir. Çay yatağının dərinliyi yuxarı axarlarda 10–15 m, deltada isə 10 m təşkil edir. Çayın su sərfiyyatı Vyetnamda 4.6 min m³/s, ən yüksək sərfiyyat deltada müşahidə edilir. Çayın ancaq yuxarı axarlarda donur. Buzlanma 1–2 ay müddətində davam edir.
Çayın axınına və səviyəsinə Tonlesap gölü təsir göstərir. Göldən eyniadlı çay Mekonqa tökülür. Çayın gürsulu dövrü iyundan noyabra, az sulu dövrü isə noyabrdan iyuna qədər dacam edir.
Mekonqun aşağı axarları boyun ərazilər əkinə cəlb edilib. Xüsusi ilə burada düyü əkilir. Çayın hidro enerjisi 75 milyon kvt olmasına baxmayaraq demək olar ki, istifadə edilmir.
Çay özünü balıqları ilə məşhurdur. Çayın sularında su quşları, Dəniz delfini və Timsahlara rast gəlinir. Mekonq çayı 700 km məsafədə gəmiçilik üçün yararlıdır (daşqınlar zamanı isə 1600 km). Çayın sahillərində Szinxun (Çin), Luanqpxabanq, Vyetnam, Pakse, Savannakxet (Laos), Nonqxay, Mukdaxan (Tailand), Stınqtraenq, Kratex, Pnompen (Kamboca), Kantxo, Mitxo, Bençe (Vyetnam) kimi şəhərlər vardır.
Mekonqun deltası dünyada ən iri deltalardan hesab edilir. Vyetnam ərazisində yerləşir.
Deltada eyniadlı iqtisadi zona (vyet. Đồng bằng sông Cửu Long) mövcuddur. Deltada yerləşən Kantxo regionun ən sıx məskunlaşılmış ərazisidir[4]
Vyetnamın cənubunda yerləşən delta ölkənin mühüm hissəsini təşkil edir. Deltada 12 vilayət yerləşir. Bununla belə iqlim dəyişikləri səbəbindən deltanın su altında qalması ehtimalı vardır[5].
İlk yaşayış məntəqələri daqqında ilk məlumat b.e 2100 ilə aiddir. Çayın hövzəsində qurulan ilk dövlət Bapnom olmuşdur. Sonrda Kxmer imperiyası qurulur. Bölgəyə ayaq basan ilk avropalı portuqaliyalı Antonio de Faria (port. Antonio de Faria, 1540) olmuşdur[6]. Avropalıların bölgəyə marağı sırf tiçari əhəmiyyat daşıyırdı. XIX əsrdə ərazi Fransızların maraq dairəsində idi. 1861-ci ildə Sayqon fransızlar tərəfindən işğal olunur. İki il sonra isə onlar Kamboca üzərində protektorat hüququ alırlar[7].
Çayla əlaqədar ilk araşdırmaları Ernest Dudar və Qarne Fransis aparmışdır. Onlar çayda olan astanalar və şəlalələr səbəbindən gəmiçilik üçün yararsızlığını müəyyən edirlər. 1890-cı illərdə fransızlar Laos üzərində nəzarəti ələ aldıqdan sonra Fransız Hind-Çini adlı müstəmləkəni qururlar. Hind-Çin müharibəsindən sonra regionda müstəqil dövlətlər meydana gəlir