Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kamera-obskura (lat. - "qaranlıq otaq" deməkdir) — obyektlərin optik təsvirini almaq üçün sadə qurğu. İşıq keçirməz qutudan, divarların birində kiçik dəlikdən və əks divarda ekrandan (mat şüşə və ya nazik ağ kağız) ibarətdir. 0,5-5 mm. diametrlik dəlikdən işıq şüaları keçərək ekranda təsvir əmələ gətirir. Kamera-obskuranın əsasında bir-çox fotoaparatlar düzəldilmişdir.
Kamera-obskurada təsvirin sahə dərinliyi aşağı olur. Təsvirin sahə dərinliyinin müəyyən məhdud həddə qədər artırılması üçün dəliyin ölçüsü azaldılır. Dəliyin ölçüsünün həddən artıq azaldılması difraksiya effektinin əmələ gəlməsinə və təsfirin kifayət qədər bulanıq olmasına gətirib çıxarır. Obskura təsvirin sonsuz kəskin sahə dərinliyi ilə xarakterizə olunur. Bu kameranın fokus məsafəsi dəlik ilə ekran arasındakı məsafə başa düşülür.
İlk kamera-obskura otaq, böyük qutu və bunların bir divarında yerləşdirilmiş dəlikdən ibarət olurdu. Kamera-obskura haqqında eradan əvvəl IV əsrdə Çin filosofu Mo Di və Aristotelin qaranlıq otaqda çevrilmiş təsvir haqqında yazıları var. Kamera-obskuranın işləmə prinsipini ilk dəfə ərəb fizik və riyaziyyatçısı İbn əl-Haytəm X əsrdə izah edib.
Texnika haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |