Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
İbn Heysəm[4] (tam adı: Əbu Əli əl-Həsən ibn əl-Heysəm əl-Bəsri, ərəb. أبو علي الحسن بن الحسن بن الهيثم, ing. Abu Ali Hasan Ibn Al-Haytham) — məşhur Ərəb fizik alimi-unversalı (965, Bəsrə — 1039, Qahirə).
İbn Heysəm | |
---|---|
ərəb. أبو علي الحسن بن الحسن بن الهيثم البصري المصري | |
Digər adları | ərəb. أبو علي الحسن بن الحسن بن الهيثم, ing. Abu Ali Hasan Ibn Al-Haytham |
Doğum tarixi | təq. 965[1][2][…] |
Doğum yeri | Bəsrə, İraq |
Vəfat tarixi | 1039[3][2][…] |
Vəfat yeri | Qahirə |
Fəaliyyəti | riyaziyyatçı, fizik, filosof, astronom, ixtiraçı, astroloq, mühəndis |
Vikianbarda əlaqəli mediafayllar |
İbn Heysəm döğulduğu Bəsrə şəhərində vəzir vəzifəsini tuturdu, ancaq elmə həvəs vəzifəni ataraq elmlə məşğul olmağa gətirib çıxardı. Onun Nil çayının suyunu tənzimləmək planı Misir hökmdarı əl-Həkimin diqqətini cəlb edir.
Onun riyaziyyata, astronomiyaya, optika və mexanikaya dair 89 əsəri vardır. İbn Heysəm özünün elmi tədqiqatlarını dəqiq riyazi hesablamalarla təsdiq edirdi. Onu bəzən "optikanın atası" da adlandırırlar.
Orta əsrlər Avropasında İbn Heysəm Alhazen kimi tanınırdı. Onun şərəfinə Ayda krater də adlandırılmışdır.