Qoboy

Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur.[1]

Qoboy
Hornbostel–Zaks təsnifatı 422.112-71
Audio nümunəsi
Fayl haqqında məlumat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur[2]. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur.

Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır. Müasir qoboy ucu bir qədər genəldilmiş konusşəkilli nazik borudan ibarətdir. Borunun üzərində 25 dəlik olur, bunlardan 22–24-ü qapaqla örtülür. Alətin ensiz hissəsinə dilli müştük taxılır. Ümumi uzunluğu 600–643 mm-dir. Diapazonu kiçik oktavanın si (si bemol) səsindən üçüncü oktavanın lya səsinə qədərdir. Solo və ansambl aləti kimi istifadə olunur.

Muğam ifaçılığında da uğurla tətbiq olunur. Məşhur qoboyçalan Kamil Cəlilovun ifa etdiyi muğamların lent yazıları Teleradionun "Qızıl fondu"na daxil edilmişdir.[3]

İngilis nəfiri (ital. corno inglese) – bəm hoboy. Düzgün olan angle (künc, küncə salınmış)– ov hoboyunun formasından yaranan nəfir sözünün yerinə, fransızca anglais (ingilis) sözünün təsadüfən işlədilməsi nəticəsində tarixi adını alıb. Hoboyun quruluşu kimi, lakin böyük ölçüdə, armudşəkilli boru ağızlı və bükük metal borulu, müştüklə əsas korpusu ilə birləşdirilən taxta nəfəs aləti.

Həqiqi səslənməsinin həcmi kiçik oktavanın mi səsindəndən ikinci oktavanın si – bemol səsinə qədərdir.

İngilis nəfiri hoboy ilə eyni cür applikaturada bir kvinta aşağı səslənir, yəni, Fa (in F) düzümündə tonu dəyişdirilmiş alətlər sırasına aiddir; notlar skripka açarında həqiqi səslənmədən bir kvinta yuxarı yazılır.

Hoboyun tembri ilə müqayisədə İ. nəfirinin tembri daha qəliz və yumşaqdır. Simfonik orkestrdə adətən bir İ. nəfiri işlədilir. Partiturada onun partiyası hoboyun partiyasından aşağıda yerləşdirilir. Bəzən hoboyun partiyasını ifa edən musiqiçi İ. nəfirinin də partiyasını çalır; belə olduqda alətlərin dəyişilməsi mula in sözləri ilə bildirilir.[4]

  1. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - Hoboy". 2022-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.
  2. Albert R. Rice. The Baroque Clarinet. Oxford University Press. 1992, p. 1 Arxivləşdirilib 2018-05-18 at the Wayback Machine.
  3. "Muğam Ensiklopediyası - Qoboy". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-02.
  4. "Əfrasiyab Bədəlbəylinin İzahlı monoqrafik musiqi lüğəti - İngilis nəfiri". 2021-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-30.

Ünlü qoboy çalğıçıları

[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]