Kamikadze (kokteyl)

Kamikadze bərabər hissələrdə vodka, tripl-sek və laym şirəsindən hazırlanır. Qarnir adətən bir meyvə dilimi və ya laym bükümüdür. Kamikaze (神風) yapon sözü olub, hərfi mənası “ilahi külək” deməkdir. Bu gün onlayn verilənlər bazalarında onlarla variasiya mövcuddur. Bəziləri şəkər qamışı əlavə edir.

Tərkibi:

  • 30 ml vodka
  • 30 ml tripl-sek
  • 30 ml təzə sıxılmış laym şirəsi

Hazırlanma üsulu: çalxalayın və süzün. Tərkiblər (komponentlər) qarışdırıcı stəkanda (şaykerdə) qarışdırılır, çalxalanır, sonra kokteyl şüşəsinə və ya Martini badəsinə süzülür.