Kamil Əlisoltan oğlu Akimov (Həkimov) (11 iyul 1927, Petropavlovka, Salyan qəzası – 19 iyun 2019, Bakı) — ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi.[1]
Kamil Akimov | |
---|---|
28 iyun 1971 – 21 yanvar 1980 | |
Əvvəlki | Məmmədağa Məmmədov |
Sonrakı | Namiqkamal Əliyev |
1967 – 1971 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 iyul 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 19 iyun 2019 (92 yaşında) |
Vəfat yeri | |
Partiya | |
|
|
Təltifləri |
Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1947-ci ildə bu texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıb[2]. 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib[1].
O, ayrı-ayrı illərdə İraqda və Kubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb[1].
2019-cu il iyunun 16-da Bakı şəhərində vəfat etmişdir[5].