Mənsimov Bayraməli oğlu Kamil (10 dekabr 1950, Puşkin rayonu) — riyaziyyat elmləri doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri.[1][2]
Kamil Mənsimov | |
---|---|
Kamil Bayraməli oğlu Mənsimov | |
Doğum tarixi | 10 dekabr 1950 (73 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elmi dərəcəsi | riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
İş yeri | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsi |
isi.az/az/content/89 |
Mənsimov Kamil Bayraməli oğlu 1950-ci ilin dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və universiteti 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla Azərbaycan MEA Kibernetika institutunda baş laborant kimi işə başlamışdır. 1974-cü ildə həmin institunun qiyabi aspiranturasına daxil olmuş və 1978-ci ildə aspiranturanı bitirərək 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin 26 iyun 1985-ci il tarixi qərarı ilə (protokol№870) "böyuk elmi işçi" elmi adı verilmişdir. 1992-ci ilə qədər həmin institutda kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələlərində işləmişdir. 1992-ci ilin iyul ayında müsabiqədən keçərək Bakı Dövlət Universitetinin "Əməliyyatlar tətbiqi və riyazi modelləşdirmə" kafedrasının dosenti vəzifəsinə qəbul olunmuşdur. 1994-cü ildə Azərbaycan Respublikası prezidenti yanında AAK-ın 26 aprel 1994-cü il tarixli qərarı ilə "dosent" elmi adı verilmişdir. Dosent attestatı DR № 0458. 1994-cü ildə 01.01.09-riyazi kibernetika ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş və 1995-ci ildən 1998-ci ilə qədər yuxarıda adı çəkilən kafedranın professoru vəzifəsində işləmişdir. Fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi: 9 iyun 1994-cü ildə Bakı Dövlət Universiteti nəzdindəki Birdəfəlik İxtisaslaşdırılmış Elmi Şurasının qərarı ilə verilmişdir (AAK-ın Rəyasət heyətinin 14 oktyabr 1994-cü il (protokol № 28) qərarı. Diplom № 0159). Professor elmi adı: 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında AAK Rəyasət heyətinin 14 aprel 2000-ci il tarixli qərrarı ilə verilmişdir. Professor attestatı PR № 0495. 1998-ci ildən "Riyazi kibernetika" kafedrasının müdiri işləyir. Bundan başqa, Azərbaycan MEA Kibernetika İnstitutunda" Mürəkkəb dinamik sistemlərdə idarəetmə" laboratoriyasına rəhbərlik edir. Professor K.B.Mənsimov həmçinin Azərbaycan MEA Kibernetika institutunun müdafiə şurasının sədr müavini vəzifəsində çalışmışdır. İndi Prezident yanında AAK-ın "Riyazıyyat və mexanika" üzrə ekspert komissiyasının üzvüdür.
Ailəlidir. İki oğlu, Mehin, Cavad və Tansu adlı üç nəvəsi var.
K.B.Mənsimov 1979-cu ildə "Sonradan təsirə malik sistemlərdə zəruri şərtən nəzəriyyəsinədair" adlı dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizəti alimlik dərəcəsini almişdir.
1994-cü ildə "Optimal idarəetmə məsələlərində məxsusi proseslərin tədqiqi"adlı doktorlıq dissertasiyasını müdafiə etmişdir.
K.B. Mənsimov Riyazi kibernetika sahəsində görkəmli alimdir.
Mürəkkəb dinamik sistemlərdə məxsusi idarələri tədqiq etmək üçün yeni üsul verilmişdir. Bu üsulun köməyi ilə yeni idarə məsələləri üçün keyfiyyətcə yeni, qeyri-ənənəvi xarakter daşıyan nəticələr alınmışdır. Bundan başqa məlum məsələlər üçün daha güclü, yeni nəticələr alınmışdır.
Həmçinin K.B.Mənsimovun elmi işlərində artım üsulunun ideyalarından istifadə edərək çox geniş sinif optimal idarəetmə məsələlərində məxsusi idarələri tədqiq etmək və ikinci tərtib zəruri şərtlər tapmaq üçün yeni, orjinal üsul təklif olunmuşdur. Bu üsulun köməyi ilə möhkəmliyə malik sistemlərdə (həm kəsilməz, həm də diskret halda), Qursa-Darbu sistemlərində, diskret iki parametrli sistemlərdə, bir sinif kimyəvi-texnoloji prosesləri təsvir edən sistemlərdə toplanmış və paylanmış parametrli pilləvari optimal idarəetmə məsələlərində məxsusi idarələrin optimallığı üçün elə zəruri şərtlər tapmışdır ki, bunların bəziləri məlum zəruri şərtləri prinsipial şəkildə gücləndirir, digərlərinin isə ümumiyyətlə analoqu yoxdur. O, klassik Lejandr-Klebş şərtinin cırlaşmadığı halda yeni, ikinci tərtib zəruri şərtlər tapmışdır. Ədəbiyyatda ilk dəfə olaraq gecikməyə malik sistemlərdə və Qursa-Darbu sistemlərində bərabərlik və bərabərsizlik tipli funksional məhdudiyyətlər olan halda optimallıq üçün ikinci tərtib zəruri şərtlər alınmışdır. İlk dəfə olaraq K.B Mənsimov bir və iki ölçülü Volterra tipli inteqral tənliklərlə təsvir olunan proseslərdə məxsusi idarələr problemini tədqiq etmişdir. O, kimya texnologiyasında geniş yayılmış katalizatorun aktivliyi dəyişən kimyəvi reaktorlarda baş verən bir sinif kvazistasionar katalik prosesləri təsvir edən optimal idarə məsələsində məxsusi idarə problemini tam tədqiq etmişdir. Bu məsələlər kvazistatik kimyəvi reaktorların işinin effektivliyinin artırılması və layihələndirilməsinin optimallaşdırılması məsələləri ilə sıx bağlıdır. K.B. Mənsimov ədəbiyyatda Fornazini və Markezini, Rosser modelləri adı ilə tanınan diskret iki parametrli sistemlərdə nəinki ilk dəfə olaraq məxsusi idarələri tədqiq etmiş, həm də bu tipli optimal idarə məsələlərində Krotov tipli kafi şərtlər də tapmışdır. Bu nəticələr avtomatlar nəzəriyyəsində istifadə edilə bilər.
Beləliklə, K.B. Mənsimov bir tərəfdən mürəkkəb dinamik sistemlərdə optimallıq üçün ikinci tərtib zəruri şərtlər almaq üçün yeni üsullar vermiş, digər tərəfdən isə onların köməyi ilə həm məlum zəruri şərtləri prinsipial olaraq inkişaf etdirən yeni nəticələr almış, həm də əvvəllər öyrənilməmiş halları və məsələləri tədqiq etmişdir. Onun aldığı nəticələr mürəkkəb dinamik sistemlər üçün yüksək tərtibli zəruri şərtlər nəzəriyyəsinə mühüm töhfədir.
K.B.Mənsimov "Diskret riyaziyyat, Diskret sistemlər Qursa-Darbu sistemləri ilə optimal idarəetmə ", Diskret proseslər fənnləri üzrə mühazirələr oxuyur. 1992-2000-ci illərdə "Əməliyyatlar tədqiqi və riyazə modelləşdirmə" kafedrası üzrə "Əməliyyatlar tədqiqinin riyazi üsullari", "Oyunlar nəzəriyyəsi" və "Riyazi modelləşdirmə" fənnlərindən mühazirə oxumuşdur.
Professor Kamil Mənsimov 65-i xaricdə çap olunmaqla 325 elmi əsərin, o cümlədən 5 monoqrafiyanın, 18 dərs vəsaitinin müəllifidir. O, riyaziyyat üzrə 12 fəlsəfə doktoru yetişdirmişdir.
301 qədər elmi iş çap olunub, o cümlədən:
Və s.
Elm xadimi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |