Bu məqalə qaralama halındadır. |
Kamil Ramazanov (16 aprel 1934, Lənkəran – 18 oktyabr 2010, Bakı)[1] — Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələrindən biri, SSRİ Rəssamlar İttifaqının üzvü (1978)[2], Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin müəllimi olub.[3] Rəssamın sağlığında 30-dan çox fərdi sərgisi keçirilib. Əsərləri Nizami adına Ədəbiyyat Muzeyində, Azərbaycan Milli İncəsənət muzeyində və Azərbaycan Dövlət Rəsm Qalereyasında saxlanılır.[1] Rəssam süjetli tablo, portret, mənzərə və bir çox maraqlı əsərlərin müəllifi kimi tanınır.
Kamil Ramazanov | |
---|---|
Kamil Ramazan oğlu Ramazanov | |
Doğum tarixi | 16 aprel 1934 |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 2010 (76 yaşında) |
Vəfat yeri | |
Təhsili |
Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1956–1961), A. N. Ostrovski adına Daşkənd Dövlət Teatr və İncəsənət İnstitutu (1962–1967) |
Janrlar | Süjetli tablo, portret, mənzərə |
Üzvlüyü | SSRİ Rəssamlar İttifaqı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kamil Ramazan oğlu Ramazanov 1934-cü ilin 16 aprelində Lənkəranda anadan olub. İlk təhsilini Lənkəranda alan Kamil Ramazanovda uşaq yaşlarından rəsmə maraq yaranır və xüsusi istedadı ilə seçilir. Məktəbi bitirdikdən sonra 1953-cü ildə hərbi xidmətə yollanır. Hərbi xidməti başa vurub qayıtdıqdan sonra 1956-cı ildə sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və qəbul olunur. 1961-ci ildə Bakıda təhsilini başa vurduqdan sonra daha da inkişaf etmək qərarına gəlir. 1962-ci ildə A. N. Ostrovski adına Daşkənd Dövlət Teatr və İncəsənət İnstitutuna qəbul olur və 1967-ci ildə buranı uğurla bitirir.[4] Daha sonra Bakıya qayıdaraq rəssam kimi fəaliyyətini davam etdirir və Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deməyə başlayır. Uzun illər bu müəssisədə çalışaraq bir çox görkəmli rəssamlarımızın yetişməyində xüsusi rol oynayıb. Rəssam Bakıda yaşadığı müddətdə "Bizim şəhər" əsəri ilə 1968-ci ildə keçirilən "На страже мира" sərgisində, "Respublikanın qonaqları" əsəri ilə 1970-ci ildə Bakıda keçirilən "Qələbənin 25 illiyi" sərgisində iştirak edib.[4] Rəssamın yaradıcılığında İkinci Dünya Müharibəsi xüsusi yer tutub. Ümumiyyətlə rəssama Birinci Qarabağ Müharibəsi də dərindən təsir etmişdi. Minlərlə həmyerlimizin məcburi köçkün olması mövzusunda "Qaçqınlar" silsilə əsərlərində həmyerlilərimizin kədərli obrazları, düşdükləri çətin vəziyyət təsvir edilib. Kamil Ramazanov həmçinin "Azərbaycan əsgəri" mövzusuna da xüsusi önəm vermişdi. Rəssamın hərbçilərimizə həsr etdiyi silsilə əsərlər var. Buna görə də, Müdafiə Nazirliyinin "Şah İsmayıl Xətai" fəxri fərmanı ilə təltif olunmuşdu. Maraqlıdır ki, rəssam hələ bu fərmanı almamışdan əvvəl də Səfəvilər dövlətinin tarixi və görkəmli simaları barədə silsilə rəsmlər çəkib. Bundan başqa o, Lənkəranın təbiət mənzərələrini, Bakıda və rayonlarımızda gündəlik həyatla bağlı sujetləri də əsərlərində əks etdirib. Kamil Ramazanov 18 oktyabr 2010-cu ildə vəfat edib.