Kamil Səlimov

Kamil Səlimov (d. 12 aprel 1956. Bakı, Azərbaycan SSR, SSRİ) — BDU Hüquq fakültəsinin Kriminalistika və Məhkəmə ekspertizası kafedrasının müdiri (1992), hüquq elmləri doktoru (2000), professor[1].

Kamil Səlimov
Doğum tarixi (68 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi hüquq
Elmi dərəcəsi Hüquq elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universiteti

Kamil Səlimov 1956-cı il 12 apreldə Bakı şəhərində anadan olub. O, 1974-1979-cu illər Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb və 1980-1981-ci illərdə Ukraynanın Xarkov Universitetinin Hüquq fakültəsinin aspirantı olub.[2]

1973-cü ildə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda laborant, 1979-1984-cü illərdə vəkil, 1984-1987-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini, 1988-1992-ci illərdə BDU Hüquq fakültəsinin Kriminalistika və məhkəmə ekspertizası kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 1992-ci ildən həmin kafedranın müdiridir və kriminalistika, əməliyyat-axtarış fəaliyyəti dərslərini tədris edir.

Kamil Səlimov 2006-cı ildə Ədliyyə Nazirliyi yanında Məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətində ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakını təmin edən İctimai Komitənin koordinatoru, 2007-2009-cu illərdə isə həmin komitənin üzvü kimi çalışıb.

O, həmçinin, 2004-2009-cu illərdə “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” İctimai Birliyinin sədri, 2007-2009-cu illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının eksperti, 2008-2009-cu illərdə isə Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri olub.

Ailəlidir, 2 övladı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1987-ci ildə SSRİ Prokurorluğu yanında Cinayətkarlığın Səbəblərinin Öyrənilməsi və Qarşısının Alınması üzrə Tədbirlərin Hazırlanması Ümumittifaq İnstitunda hüquq elmləri namizədi dərəcəsi almaq üçün namizədlik dissertasiyası, 2000-ci ildə isə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi ETİ-də hüquq elmləri doktoru elmi dərəcəsi almaq üçün doktorluq dissertasiyasını müdafiə etmişdir.

101 məqalə, 2 monoqrafiya, 4 kitab və 1 patent müəllifidir. Yetişdirdiyi elmlər namizədlərinin sayı 3-dür.

1989-cu ildə SSRİ dövründə terrorçuluqla mübarizənin kriminoloji və kriminalistik problemlərin tədqiqatı ilə məşğul olub.

“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 17-ci sayından jurnalın “Hüquq və Siyasi elmlər” üzrə redaksiya heyətinin üzvüdür.[3]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Axtarış-əməliyyat fəaliyyətinin əsasları (dərs vəsaiti, 2008)
  2. Penitensiar xidmətin istehsal sahəsi (cari müddəalar və islahatlar) (monoqrafiya, 2008)
  3. Axtarış-əməliyyat sistemində psixoloji məlumatın tətbiqinin bəzi xüsusiyyətləri (Dərslik, 2008)
  4. Sifarişli qətllərin araşdırılmasında kriminalistik metodun əsasları (dərslik, 2004)
  5. Cinayət prosesi və kriminalistika (kitab, 2006)
  6. ABŞ-nin mühakimə üsulu sisteminin təşkili və fəaliyyətinin xüsusiyyətləri (dərs vəsaiti, 2006)
  1. Müasir terrorizm problemləri (monoqrafiya)
  2. Cinayət prosesi və kriminalistika
  3. ABŞ-nin mühakimə üsulu sisteminin təşkili və fəaliyyətinin xüsusiyyətləri
  4. Axtarış-əməliyyat fəaliyyətinin əsasları
  5. Penitensiar xidmətin istehsal sahəsi (cari müddəalar və islahatlar) (monoqrafiya, 2008)
  6. Axtarış-əməliyyat sistemində psixoloji məlumatın tətbiqinin bəzi xüsusiyyətləri (Dərslik, 2008)

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

[redaktə | mənbəni redaktə et]
  1. "Problemlər və Dağlıq Qarabağ konfliktinin mümkün həlli yolları" mövzusunda simpoziumda iştirakçı. Məruzənin adı: "Dağlıq Qarabağ və məhkumlar" Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 25 May, 2004;
  2. "Avropada qloballaşma prosesi". iştirakçı, Beynəlxalq Təhsil İnstitutu - Diplomatiya və Strateji Araşdırmalar Mərkəzi. Bakı şəhəri, Beynəlxalq Mətbuat Mərkəzi, 31 May, 2004;
  3. Məhkum edilmiş şəxslərin hüquqları sahəsində hüquqi islahatlarla bağlı müasir məsələlər, iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 25 Noyabr– 3 Dekabr, 2004;
  4. "Bakı Payız Debatları- Azərbaycan Cəmiyyətində İslam" iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 3 Noyabr, 2004;
  5. Azərbaycan və NATO qüvvələri arasında əməkdaşlıq, iştirakçı və məruzəçi, Məruzə adı: "NATO, Azərbaycan. Dağlıq Qarabağ bölgəsində anti-terrorizm əməkdaşlığı strategiyası", Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi, 9 Sentyabr, 2004 Azərbaycan Respublikası Milli Elmlər Akademiyası;
  6. "Bakı Payız Debatları- Beynəlxalq siyasət və milli təhlükəsizlik konsepsiyası" iştirakçı 29 Sentyabr, 2004 Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi;
  7. "Kütləvi informasiya vasitələri və siyasət" mözvusunda beynəlxalq seminar iştirakçı, Conrad Adenauer Fondu, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 1 Oktyabr, 2004;
  8. Bakı Payız Debatları-Neft sektoru və Azərbaycan cəmiyyəti, iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 6 Oktyabr, 2004;
  9. "Azərbaycanın və Avropa Şurasının öhdəlikləri: siyasi məhbus problemləri və penitensiar sistemin dəyişdirilməsi" iştirakçı Bakı şəhəri ISR Plaza 13 Oktyabr, 2004;
  10. "Bakı Payız Debatları – Azərbaycanda İnsan Hüquqları" iştirakçı, Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 13 Oktyabr, 2004;
  11. "Bakı Payız Debatları–Dağlıq Qarabağ konflikti. Həll perspektivləri" iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 20 Oktyabr, 2004;
  12. "Cənubi Qafqaz regionu və Avropa Birliyi" iştirakçı Gürcüstanın Tiflis şəhəri 30-31 Oktyabr, 2004;
  13. "Qloballaşmada bələdiyyələrin və yerli hakimiyyət nümayəndələrinin rolu və QHT administrasiyası. Azərbaycanda alman təcrübəsi" mövzusunda seminar-treyninq, Conrad Adenauer Fondu, iştirakçı Bakı şəhəri 25-26 Oktyabr, 2004;
  14. "Yenidənqurma və bərpa işlərində şəxsi hüquqların pozulması" iştirakçı Bakı şəhəri Beynəlxalq Mətbuat Mərkəzi 27 Yanvar, 2005;
  15. Həbsxanaların və cəzaçəkmə müəssisələrinin monitorinqinin metodologiyası. Prison Reform International.iştirakçı, Bakkuriani, Gürcüstan, 13-17 Fevral, 2005;
  16. Azərbaycanda siyasi məhbus problemləri. Effektli ictimai nəzarət mexanizminin inkişafı mözvusunda beynəlxalq konfrans, təşkilatçı. Bakı şəhəri 10-11 iyun, 2005.
  17. "Avro-Atlantik Məkana İnteqrasiya sahəsində dövlət orqanlarının və vətəndaş cəmiyyətinin rolu" mözvusunda konfrans, NATO və Avrasiya Hüquqşünaslar Assosiyasiyası, moderator, "Antiterror və Konfliktlərin həllində NATO-nun rolu". Bakı şəhəri Park İnn oteli, 5 noyabr 2007-ci il.
  18. Regional konfrans, Penal Reform İnternational və ATƏT, iştirakçı Gürcüstanın Tiflis şəhəri, 12 dekabr 2008-ci il.

Dövlət və beynəlxalq proqram və qrantlarda iştirakı

[redaktə | mənbəni redaktə et]

1. 2005 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Space” radioteleviziya şirkəti. «Məhkumun səsi» layihəsi.

2. 2005 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı. «Yetkinlik yaşına çatmayanlara dair ədalət mühakiməsinin praktikada tətbiqinin monitorinqi» layihəsi.

3. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və ABŞ Səfirliyi. “Azadlıqdan məhrumetmə yerlərinin və istintaq təcridxanalarının monitorinqi” layihəsi.

4. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi və Açıq Cəmiyyət İnstitutu. “Məhkum və Cəmiyyət” qəzetinin nəşri layihəsi.

5. 2006 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İstimai Birliyi və ATƏT-in Bakı Ofisi. «Tərbiyə koloniyasında tərbiyə alan yetkinlik yaşına çatmayan məhkumlar üçün «Kompüter Biliklərinin Tədrisi Mərkəzi» adlı layihə.

6. 2007 – «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi Azərbaycan respublikasi İqtisadi İnkişaf Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu “Cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən istehsal sahələrinin işinin yeni şəraitə uyğunlaşdırılması” tədqiqat layihəsi

7. 2008 – Penal Reform İnternational və «Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi» İctimai Birliyi. “Ömürlük azadlıqdan məhrum edilmiş şəxslərinin saxlanılma vəziyyətinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması” layihəsi [4]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Kamil Səlimov: "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq hüquq normalarına əməl etmək lazımdır"". 2016-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
  2. "Kamil Səlimov". 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.
  3. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.
  4. "BDU-nun Hüquq fakültəsi". 2020-02-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-12.