Kamo Ağacanyan (13 dekabr 1971[1], Edilli, Hadrut rayonu) — dövlət və hərbi xadim, general-leytenant, Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş polis rəisi (25 mart 2013 – 6 iyun 2018), MTN-in direktoru (29 may 2020–22 dekabr 2020).
Kamo Ağacanyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 dekabr 1971[1] (53 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | general-leytenant |
|
|
Təltifləri |
1971-ci il dekabrın 13-də Edilli kəndində anadan olub. 1989–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edib. 1997-ci ildə Abovyan şəhərinin "Qriqor Narekatsi" Universitetinə daxil olmuş və 2001-ci ildə bitirmişdir.
1991-ci ildən könüllü olaraq Artsaxın azadlığı uğrunda mübarizəyə qoşulmuş, Edilli, Hadrut rayonu, Mardakert rayonu, Kəlbəcər rayonunun işğal edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. 1992-ci il fevralın 1-də Dağlıq Qarabağ Respublikası Silahlı Qüvvələrinin Uxtadzor dəstəsinin komandiri, 1993-cü il fevralın 1-dən isə müdafiə bölgəsi komandirinin müavini, sonra isə komandir təyin edilib. 1994-cü il yanvarın 4-də döyüş əməliyyatları zamanı yaralanmış, sağaldıqdan sonra sıralarına qayıtmışdır.
2016-cı ilin 4 günlük, 2020-ci ilin 44 günlük müharibəsində fəal iştirak edib.