Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Edilli — Azərbaycan Respublikasının Xocavənd rayonunun Edilli kənd inzibati ərazi dairəsində kənd.[1] 2 oktyabr 1992-ci ildən 15 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Edilli kəndi 15 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Edilli | |
---|---|
39°33′39″ şm. e. 47°04′08″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 715 m |
Saat qurşağı | |
Etnotoponimdir. Toponim qırğızların edilli tayfa adını özündə əks etdirir. Xəzərlərin üç paytaxt şəhərindən birinin adı İdil, Edil (Volqa) çayının keçmış adlarından biri İtil olmuşdur. Hazırda Türkiyənin Qars əyalətində Edilli adlanan kənd mövcuddur.[3]
Edilli kəndinin başqa adı Eqdillu kimidir. Bu adın mənbəyi haqqında iki fikir ola bilər. Birincisi Xəzər xaqanlığının İtil şəhərindən çıxmış ailələrin məskunlaşması nəticəsində yarandığına görə "İtil" adından fonetik formadır. İkincisi qıpçaqların Ed tayfasının adından, el (tayfa) və mənsubiyyət bildirən -li şəkilçisindən ibarətdir. 1185-ci ilə aid rus mənbəində Cənub-şərqi Avropa çöllərində yaşayan qıpçaqların bir tayfasının Etebiçi (Et, Ed etnonimindən, oba sözündən və rus dilindən əlavə olunma "içi" patronimik şəkilçisini) kimi qeyd olunmuşdur. 1588-ci ilə aid mənbədə Gəncə qəzasında Kürək aranı (Kürəkçay sahilində qışlaq) adlı yerdə İdlu adlı bir el qışlamışdı. Göycə mahalında Etil və Qars əyalətinin Kağızman dairəsində Edillu kənd adları ilə mənşəcə eynidir.[4]
Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Eydilli (beydilli) kəndi olaraq keçir.[5]
Qarabağ Xanlığı Rusiya İmperiyası tərəfindən ləğv edildikdən sonra, Edilli kəndi yeni yaradılmış Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının idarəsində olmuşdur. 1918-ci ildə Qarabağda baş vermiş qətliamlar zamanı Edilli kəndinə də erməni silahlı dəstələrinin hücumları olmuş və türk əsilli kənd sakinlərindən qətlə yetirilənlər olmuşdur.[6] Sovet İttifaqı dövründə, 1989-cu ildə etibrən kəndin azərbaycanlı sakinlərinə hücumlar başlayıb. Qarabağ münaqişəsinin vüsət alması ilə davam edən hücumlar bir neçə il sonra kəndin işğalı ilə nəticələnib. Edilli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilib. İşğal dövründə kənddə azərbaycanlılara məxsus tarixi abidələr, qəbiristanlıqlar və yaşayış yerləri ermənilər tərəfindən dağıdılıb. Kənd 15 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. [7] 2022-ci ilin Fevral ayında Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdır. Kütləvi məzarlıq, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun, birinci Qarabağ müharibəsi zamanı əsir-girovluqda olmuş şəxslərin şahid ifadələrinə əsasən apardığı axtarış-araşdırma tədbirləri nəticəsində müəyyən edilmişdir. İlkin məlumatlara əsasən, məzarlıqda 15-20 nəfərin qalıqlarının olduğu güman olunurdu.[8][9][10]
Edilli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
4344 | Məbəd[11] | Qeyd olunmayıb | Edilli kəndi | Memarlıq | Yerli |
Kənd Qarabağ silsiləsinin cənub-şərq ətəyində yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[12] | XXXX | XXXX | XXXX |
2009[13] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.