Kampinas — (port. Campinas) ölkənin cənub-şərq bölgəsinin bir parçası olan San Paulo əyalətində bir Braziliya bələdiyyəsidir. 2020 təxmininə görə şəhərin əhalisi 1.213.792 nəfərdir. Buda şəhəri Braziliyanın ən böyük 14-cü şəhəri və San Paulonun ən böyük 3-cü bələdiyyəsi edir. Şəhərin Aqlomerasiya sahəsi, Kampinas böyük şəhər bölgəsi toplam əhalisi 3.656.363 olan iyirmi bələdiyyədən ibarətdir.
Kampinas | |
---|---|
Campinas | |
22°54′03″ c. e. 47°03′26″ q. u.HGYO | |
Ölkə | Braziliya |
Region | Cənub-şərq |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 14 iyul 1774 |
Sahəsi |
•Bələdiyyə 795.667 km2 ( 307.209 mil2) • Aqlomerasiya 3.645 km 2 (1.407 mil2) |
Mərkəzin hündürlüyü | 555−780 m (1.821–2.559 fit) |
Saat qurşağı | UTCBraziliya rəsmi saatı |
Əhalisi | |
Əhalisi |
•Bələdiyyə 1.213.792 •Aqlomerasiya 3.656.363 nəfər (2020) |
Sıxlığı |
•Bələdiyyə 1.358,6/km 2 (3.519/sq mi) •Aqlomerasiya 1.003/km 2 (2.600/sq mi) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +55 19 |
Poçt indeksi | 13000-000 |
Digər | |
campinas.sp.gov.br | |
Vikianbarda əlaqəli mediafayllar |
Braziliya coğrafiya və statistika institununa görə şəhərin sahəsi 795.697 km2(307.220 mil2), bunun 238.323 km2(92.017 mil2) kəndlərin, qalan 557.334 km2(215.188 mil2) isə şəhər sahəsinə düşür.22°54'21″G, 47°03'39″B' kordinatlarında yerləşir və San Paulonun 96 km (60 mil) şimal-qərbində yerləşir. Qonşu şəhərləri şimalda Paulinia, Yaquariuna ve Pedreira; şərqdə Morunqaba, İtatiba və Valinhos; Cənubda İtupeva, İndaiatuba və Monte Mor və qərbdə Hortolandia.
Ağ dərililər 56,33% Qara dərililər 6,91% Pardonlar 25,42% Asyalı 1,23% Yerli 0,1% [1]
Kampinas, Kampinas aqlomerasiya bölgəsinin ən zəngin şəhəri və Braziliyanın ən zəngin 10-cu şəhəridir.2010-cu ildə 36,68 milyard dollar ÜDM ilə Braziliya ÜDM-nin 1%-ni(0,998%) təşkil etmişdir. Hal-hazırda şəhər Braziliya sənaye istehsalının 10%-ni özündə cəmləşdirir. Şəhər 17.677 sənaye müəssisəsinə ev sahibliyi edir, bu göstərici üzrə San Paulo əyalətində ikincidir.[2]