Kanada küknarı

Kanada küknarı Şimali Amerikada, KanadadaABŞ-nın Şimal statlarında rast gəlinən küknar növlərinin böyük qrupuna aid olan bitkidir. Hündürlüyü 20–30 m olan ağacdır. Çətiri sıx, konusvarı, diamteri 60-120 sm-dir. Qabığı hamar və ya qabıqlı, boz-qonurdur. Cavan zoğları sarımtıl və ya ağımtıl, açıq-qonur, çılpaqdır. Tumurcuqların uzunluğu 6 mm, eni 4–5 mm, şarşəkilli, qatransızdır. Onların qabıqları küt-yumurtavarı, açıq-qonur, parlaqdır. İynəyarpaqların uzunluğu 8–18 mm, eni təxminən 1,5 mm, dördtərəfli, göyümtül-yaşıl, sıx yerləşmiş, cod, bir az əyri, sürtüldükdə kəskin qoxuludur. İynəyarpaqları 5-7 (11) ilə qədər qalır. Qozaları yumurtavarı-silindrik, uzunluğu 3-6 (7) sm və eni 1,5-2,5 sm, yetişənə qədər açıq-yaşıl, yetişdikdən sonra açıq-qonurdur. Toxum qabıqları nazik və elastik, yumurtavarı, yuxarısı bütövdür. Toxumlarının uzunluğu 2–3 mm, açıq-qonur, narıncı-qonurdur, qanadı toxumdan 3 dəfə uzundur. Qozaları sentyabrda yetişir. Soyuğa və quraqlığa davamlıdır. 300-500 ilə qədər yaşayır. Kanada küknarı “gümüşü küknarlar” kimi şöhrət qazanmışdır; Engelman və İynəli küknarın formalarıdır. Şimali Amerika nın 1700-cü ildən Qərbi Avropa da becərilir. Tək və qrup əkinləri üçün məsləhət görülür, cırtdan formaları dağlıq təpəciklər üçün perspektivlidir. Dəniz və kontinental iqlim şəraitində yaxşı inkişaf edir. Torpağa tələbkar deyil, kasıb və qumlu torpaqlarda bitir. Küləyə qarşı davamlıdır. Avropa küknarına nisbətən qaza və tüstüyə az həssasdır. Hal-hazırda Kanada küknarının təxminən 20 dekorativ forması məlumdur. Azərbaycanda son dövrlərdə Bakı da və Lənkəran da şəhər yaşıllaşdırılmasında və həyətyanı sahələrdə mədəni şəraitdə becərilir.

Kanada küknarı
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Məlumat mənbələri:[redaktə | mənbəni redaktə et]

Деревья и кустарники СССР. т.3.1954; Флора Азербайджана. т.5. 1954; Azərbaycanın ağac və kolları. III cild. 1970; Azərbaycanın “Qırmızı” və “Yaşıl Кitabları”na tövsiyə olunan bitki və bitki formasiyaları. 1996; Azərbaycan florasının konspekti. I-III cildlər. 2005; 2006; 2008.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. “Azərbaycan dendraflorasi” I cild, Baki, “Elm”, 2011, 312 səh.

İstinadlar[redaktə | mənbəni redaktə et]