Tsuga canadensis

Kanada tsuqası (lat. Tsuga canadensis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin tsuqa cinsinə aid bitki növü.

Kanada tsuqası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii halda Şimali Amerikanın qərb hissəsində qarışıq və təmiz meşələrdə bitir. Cinsə 10 növ daxildir. Ən geniş yayılan növü Kanada tsuqasıdır. Hündürlüyü 30 m olan ağacdır. Qövs şəklində aşağı əyilən budaqları çətirə enli konus forması verir. Gövdəsinin diametri 0,9 m-ə qədərdir, dərin yarıqlarla örtülmüşdür, qamətli, düz, ağımtıl-boz qabıqlı olur, əksər hallarda gövdəsi haçalanır. İynəyarpaqları parıltılı tünd-yaşıl, hamar, xırda, uzunluğu 1,5 sm-ə qədər, yuxarısı ensiz, ucu kütdür. İynəyarpaqlarının rənginə, (qızılı, gümüşü), boyuna görə fərqlənən formaları vardır. Qozaları xırda, yumurtaşəkilli, əvvəlcə yaşıl, yetişdikdən sonra açıq-qonurdur, uzunluğu 2,5 sm-ə qaədərdir: toxumlar töküldükdən sonra uzun müddət ağacda qalır. Toxumları açıq-qonur, xırda, uzun qanadlıdır. Torpağın münbitliyinə və rütubətinə tələbkardır, kölgəyə davamlıdır, qısamüddətli şaxtalara dözür. Şimali Qafqazda yaxşı inkişaf edir. Qaradənizsahili şəhərlərində, xüsusən Soçidə, Adlerdə iri ağaclara təsadüf edilir. Krımda torpağın quraqlığından əziyyət çəkir.

Azərbaycanda Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir. Landşaft memarlığında kiçik quplarda və qazonda tək əkinlərdə xüsusilə effektlidir. Qabığında 10-15 %-ə qədər aşı maddələri, qatran və az miqdarda efir yağı vardır, dərman kimi istifadə edilir. Yaşıllaşdırmada "Gracilis Oldenburg", "Aurea", "Bennett", "Dwarf whitetip", "Albospicata", "Hussii", "Jeddeloh", "Minima", "Microphylla", "Macrophylla" formalarından da istifadə edilir.