Kanadada öldürülmüş taksi sürücülərinin siyahısı

Kanadada öldürülmüş taksi sürücülərinin siyahısı (ing. List of taxi drivers killed in Canada) - Kanadada taksi xidməti göstərən zaman müxtəlif səbəblərdən qətlə yetirilmiş taksi sürücüləri haqqında məlumatların əks olunduğu siyahı. Siyahıda taksi xidməti göstərən zaman qətlə yetirilmiş şəxslərin məlumatları göstərilmişdir.

Siyahı[redaktə | mənbəni redaktə et]

Sıra
Adı və soyadı
Fotosu
Əyalət
Şəhər
Məlumat
Kat
Tarix
1.
Karmin Lapello [[Fayl:|128x128px]]
Ontario
Toronto Karmin Lapello Ontario əyalətinin Toronto şəhərində qətlə yetirilib. İtalyan əsilli Lapello qətlə yetirilənə qədər özünə məxsus iki ədəd taksi avtomobili ilə kiçik taksi biznesinin sahibi idi. Öz italyan köklərini gizlətmək və yerli bazarda daha etibarlı görünmək üçün Tony Ross adından istifadə etməklə özünü ingilis kimi təqdim edirdi. Hadisə günü olan 19 iyun tarixinin cümə günü günorta saat 12:30-da Lapellonun idarə etdiyi taksiyə bir çütlük yaxınlaşır və onları Hayt Parka aparmasını istəyir. Yorucu gündən çıxan Lapello və digər taksi sürücüləri çütlüyü kimin aparmalı olduqları ilə bağlı qısa mübahisə etdikdən sonra Lapello onları aparmağa razılaşır. Hadisənin səhərisi günü saat 05:15-də Queen küçəsindən 50 metr şimalda, Səlisburi bulvarında Lapellonun cəsədi aşkarlanmışdır. Cəsədin üzərində 25-dən çox bıçaq zərbələri vardı. Hadisənin bu günə qədər kim tərəfindən törədildiyi məlum deyil. Lapellonun Qara əl adlı gizli bir təşkilata üzv olduğu və müəyyən imkanlı şəxslərdən pul almaqdan ötrü onlara hədə-qorxu gəldiyi və bu əməllərinə görə də cəzalandırıldığı ehtimal edilir.[1]

1917-ci ilin 11 avqust tarixində Kanada ordusunda xidmət edən siravi bir əsgər Montreal-Toronto qatarı ilə hərəkət edən zaman bir qadınla həmsöhbət olur. Qadın əsgərə 5$ təklif edir və əvəzində ondan bir baqajı gedib götürməsini xahiş edir. Qadın baqajı özünün götürə bilməyəcəyini və Torontoda gözə batmaqdan qorxduğunu ifadə edib. Qadının dediklərinə görə Torontoda olan zaman əri ilə bir taksiyə minib, şimala doğru hərəkət edən zaman yolda taksi sürücüsü və əri arasında mübahisə düşüb və qadın mənzil başına çatmadan taksidən düşməli olub. Ertəsi gün Queen küçəsində bir taksi sürücüsünün öldürüldüyünü eşidib. Qadının dediklərinə görə hadisənin əri tərəfindən törədilib-törədilmədiyin dəqiq bilmir. Eşitdikləri haqqında polisə məlumat verən siravi əsgərin dediklərindən sonra Toronto polisi sözügedən qadının tapılması üçün geniş axtarış işləri aparsa da, həmin qadın heç bir zaman tapılmayıb.[2]

A 19 iyun, 1917
2.
Con Qrand Roland [[Fayl:|128x128px]]
Ontario
Toronto Con Qrand Roland 1889-cu ildə Şotlandiyada anadan olub. Uşaq yaşlarında olarkən anası tərəfindən Kanadaya göndərilib və buradakı müxtəlif internatlarda təhsil alıb. Kanada ordusu tərəfdən Birinci Dünya müharibəsində iştirak edib və müharibədə aldığı qaz zəhərlənməsi zədəsinə görə ordudan veteran kimi təxris edilib. Rolandın ölümü ilə nəticələnən taksi gedişi 1919-cu ilin 3 noyabr tarixində Toronto vaxtı ilə 23:30-da baş verib. Şəhər mərkəzində yerləşən Mərkəzi Stansiya dayanacağında dayanıb, müştəri gözləyən Rolanddın taksisinə iri bədən quruluşu olan bir şəxs minmişdir. Növbəti səhər Roland Leaside şəhərətrafı ərazisində döyülmüş və bıçaqlanmış şəkildə aşkarlandı. Tapılan zaman taksi sürücüsü hələ vəfat etməmişdi. Polisə verdiyi ifadəsində tanımadığı və iri bədənli birinin taksininə mindiyini deyə bilmişdi. Çoxlu qan itirdiyi üçün rahat ifadə verə bilməyən Roland xəstəxanada 3 gün qaldıqdan sonra aldığı yaralardan vəfat etmişdir.

Baş vermiş hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürülsə də, konkret cinayətin kim tərəfindən törədildiyi heç vaxt müəyyənləşdirilə bilmədi. Hadisə XX əsrin əvvələrində Torontoda taksi xidməti göstərən sürücüləri qəzəbləndirmişdi və onlar uzaq məsafələrə və ya yaşayışın az olduğu ərazilərə müştəri aparmaqdan imitna ediridlər. Kanada polisinin ehtimallarına görə Karmin Lapello, Con Qrand Rolland və Strom Harri cinayətləri arasında hansısa əlaqə mövcud idi. Belə ki, sözügedən üç cinayətdən ən azından ikisi eyni şəxs tərəfindən törədilmə ehtimalı yüksək idi və böyük ehtimalla cinayətlər soyğunçuluq məqsədi ilə törədilmişdi. Bütün bunlara baxmayaraq Con Qrand Roland cinayətinə görə heç kim cinayət məsuliyyətinə cəlb edilməmişdir.[3]

A 3 noyabr, 1919
3.
Harri Storm yoxdur
Ontario
Toronto 1921-ci ilin 25 oktyabrında saat 18:20-də taksi sürücüsü Harri Storm 1461 Yanq küçəsində yanacaq almaq üçün Culliton's Auto Livery adlı yanacaqdoldurma məntəqəsinə daxil olan zaman, həyəcanlı görünən gənc bir oğlanı müştəri olaraq taksisinə qəbul etmişdir. Taksi məntəqədən ayrıldıqda qısa müddət sonra sürücü Harri Storm müştəri tərəfindən başına küt alətlə endirilən zərbələr nəticəsində ağır döyülmüşdür. Kəllə sümüyü və üç dişi sınanan Stroma ilkin tibbi yardım göstərilsə də, o ertəsi gün vəfat etmişdir. Polisin apardığı ilkin araşdırmalar zamanı qətl hadisəsinin törədildiyi yerdən bir necə yüz metr aralıda iki naməlum çamadan aşkarlanmışdır. Çamadanların xüsusi şəkildə, sahibi tərəfindən sonradan götürülə bilmək üçün gizlədildiyi müəyyənləşdirilmişdir. Üzərində qan izləri olan çamadanın içindəki məktublardan onun sahibinin müəyyənləşdirmək mümkün olmuşdur.

Hadisənin baş verdiyi əraziyə yaxın olan bəzi hal şahidləri özünü şübhəli aparan və şübhəli suallar verən bəzi şəxslər haqqında polisi məlumatlandırsalarda cinayət işi ilə bağlı kokret məsuliyyətə cəlb edilən olmamışdır. Bobbi Konstanbl adlı hal şahidinin verdiyi ifadəyə görə cinayət yerindən bir neçə yüz metr aralıda tramvay dayanacağında bir adam ona yaxınlaşıb və Torontoya növbəti taksinin nə vaxt gedəcəyini soruşub. Konstebl növbəti maşının bir saatdan tez getməyəcəyini deyəndə adam qaçaraq oradan uzaqlaşıb. 1923-cü ildə işin cinayət təqibinə xitam verilmişdir.

A 25 oktyabr, 1921
4.
Çarlz Hamilton Barkley
Kvebek
Monreal Montreal şəhərində gerçəkləşdirilmiş ilk taksi sürücüsü cinayəti olan Çarlz Hamilton Barkleyin öldürülməsi 1923-cü ilin 28 aprel tarixinə təsadüf edir. Barkley MakQil Universitetinin məzunu idi və Kennedi Taksi şirkəti üçün sürücü olaraq çalışırdı. Hadisə günü axşam saat 21:00-da Ontario və Fulxem küçələrinin kəsişməsinə göndərilmək üçün Kennedi Taksinin qaynar xəttinə taksi sifarişi gəlir. Rabitəçi, Barkleyin takisini tələb olunan kəsişməyə göndərir və orada sürücü iyirmili yaşlarında gənc bir oğlanı müştəri olaraq avtomobilinə qəbul edir. Kennedi taksi şirkətinə zəng edən zaman özünü Rençer olaraq təqdim edən və fransızca danışan müştəri haqqında bunlardan başqa heç bir məlumat mövcud deyil. Hoçelqan küçəsəsinin şərqi ilə hərəkət edən zaman müştəri və taksi sürücüsü arasında mübahisə baş verir və naməlum müştərinin Barkleyin başına küt alətlə endirdiyi zərbələr nəticəsində, o idarəetməni itirir və 612 Joliette ünvanındakı evə çırpılır.

Qəza səsinə çölə çıxan qonşular müştəri qismində əyləşən gənci görə bilmişdilər. Hal şahidələrinin ifadələrinə görə iyirmili yaşlarında olan gənc tünd-qəhvəyi rəngli palto və şlyapa geyinmişdi. Polisin ehtimalına görə qəzanın baş verməsi cinayətkarın qarət planlarını pozmuşdu və polis gəlmədən hadisə yerindən uzaqlaşmağı bacara bilmişdi. Müxtəlif şəxslər şübhəli şəxs qismində saxlanılsa da, heç kim cinayətə görə məsuliyyətə cəlb edilmədi. Hadisə Monreal şəhərində ciddi rezonansa səbəb olmuşdur. Taksi sürücüləri müştəri və sürücü arasındakı yerlərin xüsusi dəmir örtüklə ayrılmasını və ya onlara özlərini müdafiə edə bilmək üçün silah daşımaq hüquqlarının verilməsini tələb edirdilər. Taksi sürücüləri inanırdılar ki, soyğuncular onların silahlı olduqlarını bilsələr, rahat formada onlara qarşı soyğunçuluq etməyə ürək etməzdilər.

A 23 aprel, 1923

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "The mystery of Carmine Lapello's photograph: Was the Toronto cabbie killed for double-crossing Canada's top bootleggers?". thestar.com (ingilis dili). Toronto Star. Peter Edwards. (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 sentyabr 2023.
  2. "Karmin Lapello cinayəti". Taxi-library.org (ingiliscə). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.
  3. "Con Qrand Roland cinayəti". Taxi-library.org (ingiliscə). (#archive_missing_date) tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2023.