Bu məqaləni vikiləşdirmək lazımdır. |
Kanadanın vergi sistemi
ADIU "Vergi və vergiqoyma" kafedrası i.f.d. Pərviz Rzayev
Ərazisi – 9,98 mln. kv.km;
Əhalisi – 33,3 milyon nəfər;
ÜDM – 1,43 trln. dollar;
Adambaşına düşən ÜDM – 42738 dollar.
Ümumi məlumat
Qeyd etməliyik ki, bütün ölkələrin vergi sistemləri üçün əsas meyar vergilərin iqtisadiyyatın inkişafına xidmət etməsidir. Hər bir ölkə öz milli maraqlarını nəzərə almaqla vergi siyasəti aparır. Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsinin başlıca məqsədi milli mənəvi dəyərlər nəzərə alınmaqla, vergi sistemini beynəlxalq standartlara uyğunlaşdırmaqla ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə təkan verən səmərəli vergi siyasətinin həyata keçirilməsindən ibarətdir. Xarici ölkələrin vergi sistemlərinin öyrənilməsi bu ölkələrin səmərəli, qabaqcıl təcrübəsini nəzərə almağa və tətbiq etməyə imkan verir. İnkişaf etmiş ölkələrin vergi sistemlərinə xas olan xüsusiyyətlərdən biri də müxtəlif səviyyəli büdcələrin gəlirləri arasında dəqiq sərhədin müəyyən edilməsidir. Ölkənin vergi sisteminin strukturu onun dövlət qurluşundan bilavasitə asılıdır. ABŞ, Almaniya, Kanada kimi federativ dövlətlərdə büdcə federal, ərazi və yerli olmaqla üç səviyyəlidir. Bu baxımdan Kanadanın vergi sisteminin xüsusiyyətləri ilə yaxından tanış olmaq məqsədəuyğun olardı Kanadanın vergi sistemi başqa ölkələrin vergi sistemi ilə müqayisədə yüksək fərqli səciyyəvi (qeyri-mərkəzləşdirilmiş) xüsusiyyətlərə malikdir. Burada səciyyəvilik ondan ibarətdir ki, vergitutma ilə bağlı mərkəzi orqanlar bir sıra vəzifələrini yerli orqanlara vermişlər. Bu da ölkənin iqtisadi strateqiyasının formalaşmasında və vergitutma məsələlərinin həllində əyalətlərin əhəmiyyətli rola malik olduqlarını göstərir. Xüsusi ilə də təhsil, səhiyyə və sosial siğorta sahəsində olduğu kimi əyalətlərin payına bütün dövlət xərclərinin yarısından coxu düşür. Müasir şəraitdə Kanadnın vergi sistemi aşağıdakı 3 əsas səviyyəli olduğu göstərilir: - Federal ( dövlət gəlirlərinin 48%-i ); - əyalət ( dövlət gəlirlərinin 42%- i); - yerli (dövlət gəlirlərinin 10%- i). Federal büdcənin gəlirlərinin əsas hissəsini əhalinin gəlir vergisi, korporasiyalardan tutulan vergilər, mal və xidmətlərə görə vergilər, aksizlər, gömrük rüsumları və sosila müdafiə fonduna ödəmələr təşkil edir və bunların da payına büdcə gəlirlərinin 50%-i düşür. Əyalət gəlirləri əhalinin gəlir vergisi, satışdan vergi, korporasiyaların mənfəət vergisi, aksizlər, sosila müdafiə fonduna ödəmələr, hədiyyələrə görə vergilər, renta ödəmələri, qeydiyyat və lisenziya yığımlarından ibarət olmaqla bunların da payına büdcə gəlirlərinin 40%-i düşür. Yerli büdcələrin vergi daxilolmaları əmlak vergisindən və sahibkar fəaliyyətindən alınan vergilərdən formalaşır ki, bunların da payına büdcə gəlirlərinin 10%-i düşür.
Prinsipcə bütün vergilər milli kalorit daşısalar da, xarakterinə görə (vergi bazası, tutulma obyekti, dərəcələrin hesablanması) avropa vergi sistemindən az fərqlənir. Vergitutma sferasında əyalətlərə veilmiş səlahiyyətlərin kifayət qədər geniş olmasına baxmayaraq, onlar hökumət tərəfindən dövlət transferləri formasında yardımlar alır və bu da onların ümumi gəlirinin təqribən 28%-ni təşkil edir. Əyalətlərə federal transferlər regionlar arasında iqtisadiyyatın tarazlaşdırılması, sosial təminat sferasına kömək göstərilməsi və əyalətlərin büdcə sferasının tənzimlənməsi məqsədi daşıyır. Əyalətlər arasında kapitalın cəlb olunması uğrunda rəqabət vergilərin artmasına maneələr törədir və ümumilikdə ölkə üzrə vergi təzyiqinin tarazlaşdırılmasına gətirib çıxarır.
Gəlir vergisi
Fiziki şəxslərin federal gəlir vergi və fiziki şəxslərin əyalət gəlir vergisi birbaşa olaraq fiziki şəxsin özləri tərəfindən və ya qeyri-korporotiv bizneslə ildə 1 dəfə bütün mənbəələrdən əldə edilən ümumi gəlirinin məbləğində ödənilir. Əgər vətəndaşın ümumi gəlrindən bu gəlirlə bağlı xərcləri çıxılarsa, yerdə vergitutma obyekti kimi gəlir qalır. Ondan da qanunla müəyyənləşdirən xərclər çixılarsa vergi tutulan gəlir alınır.
Gəlir aşağıdakı 6 mövqe üzrə təsnifləşdirilir: – əmək haqqı; – sahibkarlıq fəaliyyətindən gəlir; – icarəyə verilən əmlakdan gəlir; – investisiyadan gəlir: faizlər və dividentlər;
- kapitalın artırılması; - digər gəlirlər, pensiya, dotasiya və s. Pensiya fonduna, həmkarlar təşkilatlarına ödəmələr, ictimai təşkilatlara və asossasiyalara üzvlük haqları, uşaqların saxlanılması xərcləri, investisiyalarla bağlı xərclər, ssudalar üzrə ödəmələr, əvvəlki illərdən qalmış zərər gəlirdən çıxılır. 1987- ci il islahatlarından sonra Kanadada federal səviyyədə əvvəl mövcud olan 10 dərəcə əvəzinə 3 dərəcə gəlir vergisi və hər regionda isə öz yerli gəlir vergisi dərəcələri tətbiq olumağa başlanıldı. Bunu aşağıdakı cədvəldən aydın görmək olar.
Cədvəl 8.8 Federal gəlir vergisinin dərəcələri
Gəlir, min kanada dolları Federal vergilərin maksimal dərəcəsi,%-lə 0-29590 17 29590- 59180 26 59180- dan yuxarı 29
Əyalət gəlir vergisinin varlığı təsviri kifayət qədər dəyişir. Əyalət gəlir vergisi federal vergidən faizi kimi hesablanır. Dərəcələr şimal-şərq zonalarında 43%-dən, Nyufaundlend, Nyu-Bransuk və Saskaçevan əyalətlərində 38% arasında tərəddüd edir. Bunun hesabına faktiki federal-əyalət gəlir vergisi üzrə vergitutma 26%-dən 45%-dək dəyişir. Cədvəl 8.9 Regionlarda fəaliyyət göstərən fiziki şəxslərdən gəlir vergisinin dərəcələri Əyalət, ərazi Əsas dərəcə, %-lə Əsas federal-əyalət dərəcəsi, %-lə Nyufayndlend 21,0 52,3 Yeni Şotlandiya 19,0 50,3 Prinsa Eduarda a. 19,0 50,3 Nyu-Bransuik 20,1 51,4 Kvebek 21,6 52,9 Ontario 21,6 52,9 Manitoba 19,1 50,4 Saskaçevan 20,6 51,9 Alberta 14,8 46,1 Brit. Kolumbiya 22,9 54,2 Yukon 15,3 46,6 Şimal-Qərb əraziləri 13,0 44,4
Beləliklə də, kapital qoyuluşunun forma və həcmindən, həmçinin də vergi tutmada gəlirlərin real həcmindən asılı olmayaraq vergi sistemi gəlirdən vahid vergi tutma üzərində qurulub. Əhalinin gəlir vergisi sistemində aktivlərin bazar qiymətinin artımından tutulan vergi böyük əhəmiyyətə malikdir. Əgər əvvəllər belə gəlirin yalnız yarısı vergi tutmaya düşürdüsə, nəzərə alınmalıdır ki, federal-əyalət gəlir vergisi cəmi 26 faizə bərabər idi, amma indi vergi tutulan pay 75%-ə, bazar qimətinin artımına real vergi dərəcəsi isə 30%-ə qalxmışdır. Dövlət məşğulluğun siğortası fonduna və dövlət pensiya fonduna məcburi ödənişlər əmak haqqından çıxılmalar kimi hesablanır. Məşğulluq fonduna vəsaitin köçürülməsi zamanı işəgötürən tərəfindən əmək haqqı fondundan hər ay 100 dollara görə 4.06 dollar hesablanaraq ödənilir. İşçilərdən əmək haqqının hər 100 dollarından 2,90 dollar tutulur. Dövlət pensiya fonduna ayırmalar 2003-cü ildən əmək haqqı məbləğindən 9,9 faiz həcmində hesablanır. İllik 3500 dollar əmək haqqı alan işçilər pensiya fonduna ödəmələrdən azaddırlar. Eyni zamanda yüksək məbləğlər də (ildə 39000 dollar) bu ödəmələrdən azaddırlar.
Korporasiyaların mənfəət vergisi
Kanadanın vergi sistemində birbaşa vergilər üstünlük təşkil edir. İqtisadiyyatın tənzimlənməsinə müəssisələrin mənfəət vergisi daha çox təsir göstərir. Müəssisələrin mənfəət vergisinin xüsusi çəkisi federal büdcələrin gəlirlərinin 10, əyalət büdcələrinin gəlirinin isə 4%-ni təşkil edir. Mənfəət vergisinin dərəcəsi federal və əyalətlərə görə fərqlidir. Mənfəət vergisinin ümumi federal dərəcəsi 28% ( emal sənayesi müəssisələri üçün – 23%), əyalətdə mənfəət vergisinin dərəcələri isə aşağıdakı cədvəldə göstərildiyi kimidir. Cədvəl 8.10 Regionlarda fəaliyyət göstərən korporasiyaların mənfəət vergisinin dərəcələri Əyalət, ərazi Əsas dərəcə, %-lə Əsas federal-əyalət dərəcəsi, %-lə Nyufayndlend 14,00 43,12 Yeni Şotlandiya 16,00 45,12 Prinsa Eduarda a. 15,00 44,12 Nyu-Bransuik 17,00 46,12 Kvebek 8,90 – 16,25 38,02 – 45,37 Ontario 15,50 44,62 Manitoba 17,00 46,12 Saskaçevan 17,00 46,12 Alberta 15,50 44,62 Brit. Kolumbiya 16,50 45,62 Yukon 15,00 44,12 Şimal-Qərb əraziləri 14,00 43,12
Müəssisələr üçün əsas vergi güzəştləri aşağıdakı kimidir: - investisiya vergi krediti; - ETTKİ (Elmi Tədqiqat Təcrübə Konstruksiya İşləri) xərclərinə vergi krediti; -amortizasiya normalarının sürətləndirilməsi; -aktivlərinin dəyərinə vergitutmada güzəştli şərtlər; -sərvətlərin istifadəsinə güzəşt və s. Federal büdcə kəsirinin daimi artımı vergi güzəştlərinin daha rasional istifadəsinə gətirmiş, bu da ilk növbədə onların istifadə sferasının kiçilməsində və ölçülərinin azalmasında əks olunmuşdur. Mədənçıxarma sənayesində buruq avadanlıqlarının, maşının hərəkət (işlək) hissələrinin, reklam avadanlıqlarının (əsas kapitalın passiv hissəsi üçün) amortizasiyası normaları aşağı salınmışdır. İnvestisiya krediti Alberta əyaləti üçün 15%, xüsusi seçilmiş rayonlar üçün isə 10%-dir. ETTKİ-yə kapital qoyuluşları üzrə vergi kreditləri bütün müəssisələr üçün 30%, ayrı rayonlarda emal sənayesi üçün isə 45%-dir. Balıqçılıq və kənd təsərrüfatı sferasının stimullaşdırılması üçün də vergi xarakterli tədbirlər nəzərdə tutulur. Bu sahənin müəssisələri üçün 3 xüsusi güzəşt mövcuddur. Onlardan birinin məqsədi fermerlərin uşaqlarının kənd təsərüffatında işə cəlb edilməsidir. Valideynlərin vəfatından sonra ferma, ailə-fermer korporasiyalarındakı və ya ailə-fermer əməkdaşlığındakı pay aktivlərin bazar qiymətinin artımına vergi tətbiq edilmədən övladlara keçir. Övladlar bu aktivlərdən digər başqa hər hansı bir mülkiyyət hüququ əldə edənə qədər onun (verginin) ödənilməsi təxirə salınır. Digər güzəştin mahiyyəti ondan ibarətdir ki, fermerlərin və balıqçıların gəlirlərinin bu sahəylərə xas olan kəskin tərəddüdlərdən müdafiə olunması məqsədilə 5 illik dövr ərzində gəlirlərin orta məbləğinin müəyyənləşdirilməsi hüququnun verilməsidir. Növbəti güzəşt fermer və balıqçıların gəlirlərinin hesablanması metodu ilə bağlıdır. Bu güzəşt fermerlərə illər üzrə gəlirin bölüşdürülməsini tənzimləmək, vergilər ödənildikdən sonra onların sərəncamında qalan məbləğini artırmaq və ya azaltmaq imkanı verir. Kanadada kiçik sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Vergi islahatlarından sonra kiçik bizneslə məşğul olan bütün müəssisələr üçün vahid dərəcə (12%) tətbiq edilməyə başlanılmışdır. Kanada hökuməti kiçik sahibkarlığa ölkədə məşğulluğun səviyyəsinin artırılması imkanı kimi böyük ümidlər bəsləyir. Vergi sisiteminin inkişafında son ənənə vergitutma bazasının genişləndirilməsinə, vergi dərəcələrinin azaldılmasına, iqtisadi prosesslərə təsir etmə imkanının saxlanılmasına və federal büdcə kəsirinin azaldılmasına yönəldilmişdir.
Satışdan vergilər
Gəlirlərin toplanılmasında satışdan vergi öz təbiətinə görə gəlir vergisinə nisbətdə daha səmərəli mexanizmlərə malikdir. Mövcud qanunvericiliyə görə satışdan vergi aşağıdakı 2 səciyyəvi xüsusiyyətlərə malikdir: 1. Yalnız istehlaka tətbiq edilir, istehsal prosesinin özünü vergidən azad edir, daxili istehsal üçün problem (təhlükə) yaratmır; 3. Daha geniş bazaya söykənir(əsaslanır). Federal hökumət 1991-ci ilədək satışdan vahid vergi dərəcəsinə(13,5%) əsaslanırdı. İstehsal resursları da bu vergiyə daxil edilirdi. Bu vergi dərəcəsi istehsalçılara tətbiq olunurdu və onun effektiv əhəmiyyəti bölüşdürülmə sistemindən asılı olaraq məhsuldan məhsula (məhsullara görə) əhəmiyyətli dərəcədə dəyişirdi. Vergi daxili istehsala ixrac məhsullarından təqribən 1/3 dəfə çox təyin edilirdi. Bu da investisiyaların həcmini orta hesabla 4% artırir, gəlirlərin yarısı istehsalda istifadə olunan resurslara tətbiq edilən vergidən yaranırdı. Bu faktorlar Kanada üçün xarakterik, çox da böyük olmayan açıq iqtisadiyyatın inkişafa maneə olurdu. Satışdan vergilərdə (federal) problemlərlə üzləşən federal hökumət əsas gücü yerli satışdan vergitutmanın inkişafı istiqamətdə islahatların aparılmasına yönəltməyi qərara almışdır. Hökumətin bu addımı milli satışdan verginin avropa modelinə uyğun, əlavə olunmuş dəyərə görə tətbiqi və inkişafı fikrini reallaşdırmışdır. 1991-ci ildən sonra mal və xidmətlərə görə vergi qəbul olundu. Avropa modelindəki əlavə dəyərdən fərqli olaraq Kanadada mal və xidmətlərə vahid vergi dərəcəsi (7%) tətbiqi üstünlüyə malikdir. Eyni zamanda ərzaq məhsullarına, dərmanlara, tibbi preparatlara və avadanlıqlara vergi tətbiq edilmir, təhsil və səhiyyə xidmətləri vergidən azad edilir. Mal və xidmətlərdən vergi ölkəyə əhəmiyyətli dərəcədə gəlir gətirir. Daha geniş iqtisadi bazanın yaradılmasına və aşağı dərəcəli bazara təhrifedici təsirləri azaltmağa və resursların daha effektivli yerləşdirilməsinə nail olmağa kömək edir. Özlüyündə bu cür vergilərin tətbiqi Kanadanın vergi sisteminin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması demək idi, amma bu əlavə çətinliklərə gətirib çıxardı. İş burasındadır ki, vergi əyalət vergiləri ilə bir yerdə pərakəndə satışdan tutulur. Pərakəndə ticarət sferasında paralel fəaliyyət göstərən iki vergi satıcıları müxtəlif bazadan iki vergini hesablamağa və mühasibat uçotu sistemini buna uyğunlaşdırmağa məcbur edir ki, bu da əlavə problemin yaranmasına səbəb olur. Digər tərəfdən bu əyalət vergilərinin vahid sistemə salınmasına və onların federal vergiləri ilə harmonizasiyasına stimul yaradır. Alberta əyalətlərindən və iki ərazidən başqa, bütün əyalətlər yerli vergiləri satışdan tutur.
1997-ci ildə Nyu-Bransuk, Yeni Şotlandiya və Nyufaundlend öz yerli satışdan vergilərini mal və xidmətlərə görə əyalət və federal vrgiləri ilə birləşdirdilər. Qeyd edək ki, kombinəedilmiş vergi dərəcəsi 15%-ə bərabərdir (7% federal, 8% əyalət dərəcəsi ). Birləşdirilmiş vergi pərakəndə qiymətə daxil edilir, amma ödənilən verginin bütün məbləği çekdə əksini tapır. Hazırkı dövrdə Kanadanın regionlarında pərakəndə satışdan aşağıdakı vergi dərəcələri mövcuddur:
- Nyufayndlend – 12 %; - Yeni Şotlandiya – 11%; - o. Şahzadə Eduardın – 10 %; - Nyu-Bransuk – 11 %; - Kvebek – 6,5% ( Kvebekdə birləşdirilmiş vergi tutulur: əyalət və federal); - Ontario – 8%; - Manitoba – 7%; - Saskaçevan – 9%; - Biritaniya Kalumbiyası – 7%, Müəyyən mal növlərinə və xidmətlərə bu verginin başqa dərəcələri də tətbiq edilə bilər. Məsələn, Ontario əyalətində verginin standart dərəcəsi 8%-dir, lakin xüsusi mağazalarda satılan alkoqollu içkilər üçün dərəcə 12%-ə yüksəlir.
Yerli vergilər
Yerli vergilərdən miqyasına görə ən əhəmiyyətlisi əmlak vergisidir. Adətən bu vergitutma üzərində tikinti aparılan torpağın dəyərindən yaranır. Əyalətə vahid yaxınlaşmanı formalaşdırmaq üçün vergi tutulan əmlakın qiymətləndirilməsi əyalət hakimiyyətlərinin funksiyalarına daxildir. Vergitutma obyektinə torpaq və binalar daxildir, avadanlıqlara vergi tətbiq edilmir. Qiymətləndirmədə aşağıdakı 3 faktor nəzərə alınır: - mövcud dəyərin yaradılmasına xərc; - sahibinə gətirdiyi real gəlir; - qiymətləndirmə anına bazar qiymətinin uçotu. Əmlak vergisi adətən əmlakın dəyərinin 0,5-1,0%-dən tutulur. Əgər daşınmaz əmlak müəyyən fəaliyyət üçün nəzərdə tutulmuşdursa vergi dərəcəsi kəskin yüksəlir. Məsələn, bərbər xidməti üçün binanın 30%-i miqdarında, vəkil kontorları və həkim kabinetləri üçün 50% miqdarında müəyyənləşdirilmişdir. Əgər bina alkoqollu içkilərin istehsalı üçün istifadə olunursa əmlak vergisi 140% təşkil edir. Hökumət və əyalət binaları və qurğuları daşınmaz əmlak vergisindən azad edilir, ancaq ümumi dotasiya və subvensiyalardan əlavə bələdiyyə tərəfindən onların ödəmədikləri vergi miqdarında vəsait ayrılır. Əyalətlərə və bələdiyyələrə mehmanxana və restoran xidmətləri üçün haqq (rüsum və vergi) alınarkən spirtli içkilərin satışına görə əlavə vergilərin toplanılmasına icazə verilir. Bələdiyyələr üzrə daxilolmaların əhəmiyyətli hissəsini- təqribən yarısını- müxtəlif növ lisenziya və razılıqların verilməsinə görə alınan ödənişlər tutur.