Kandrakul gölü

Kandrakul (başq. Ҡандракүл) - Başqırdıstanın ikinci böyük gölü. Tuymazı rayonunda, rayon mərkəzindən 25 km cənub-şərqdə - Tuymazı şəhərində, Başqırdıstanın meşə-çöl zonasında yerləşir.

Kandrakul gölü
Yerləşməsi
54°30′10″ şm. e. 54°03′50″ ş. u.
Ölkə
Kandrakul gölü xəritədə
Kandrakul gölü
Kandrakul gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Suyun həcmi 0.1127 km³-dir. Dəniz səviyyəsindən yüksəklik - 167 metrdir. Gölün maksimal dərinliyi 16,5 m, orta dərinliyi isə 7,2 metrdir. Gölün təxmini ölçüləri 8 × 3,6 km-dir.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Karst-uçqun mənşəlidir. Göl sahili iki terrasdan ibarətdir: qumlu və delyüvial çöküntülər və sementləşmiş qumdaşı dağ süxurları. Gölün şimal-şəqr və şərq sahilləri alçaqdır, geniş qumlu çimərlikə malikdirlər. Digər ərazilər isə yüksəklikdir. Göl suyununun orta sahəsi 15,6 km²-dir. Gölün şimal-qərbində Utrau adası yerləşir. Ada relikt bitkiləri ilə məşhurdur.

Su şirin suludur, bir qədər qələvidir, yüksək şəffaflığı ilə xarakterizə olunur. Kimyəvi tərkibə görə, maqnezium qrupunun sulfat sinfinə aid natrium sulfat tipinə aiddir. Bir neçə kiçik axının hesabına sirkulyasiya olur. Gölün sahilində istirahət mərkəzləri yaradılıb, şimal sahil boyunca M5 Ural magistral yoludu keçir.

Göl qorunan təbiət ərazisinə daxildir - 18 yanvar 1995-ci il tarixində göl ətrafında xüsusi qorunan təbiət ərazisi - Kandra-Kul Təbiət Parkı yaradılmışdır.

Adı "xan" və "torus" (qədim türkcədən - qala), "kul" (göl) sözlərindən, yəni sözün əsl mənasında - "Xan qalasının gölü" sözlərindən yaranmışdır.[2] B. A. Muratova görə Kandra adı, bu gölün yaxınlığında yaşayan başqırd Kandra-Yelan qəbiləsindən gəlir, yəni "qunduz çayından Elansa köçmüş" mənasını verir. Qunduz çayı (Kondurça) - XIV əsrdə ilkin məskunlaşma yeri olmuşdur.[3]

1833-cü ildə rus yazıçısı Vladimir İvanoviç Dal başqırd torpaqlarına gələrək bu bölgəni ətraflı təsvir etmişdir. Başqırd əfsanələrini - Yelkikiçkan gölünü, Tauça qayalarındakı mağaranı,Zay-Tulyakanın sualtı xanın qızına (Başqırd rusalkası), Asılıkul və Kandrakul gölünün sahibinə olan sevgisindən yazmışdır.

  • Газета «Выбор» № 118—119 (10044-10045) от 11.08.2015. Статья «Край тысячи озёр».
  • Кузеев, Раиль. Иске йорт — старая родина / Р. Кузеев // Созвездие курая : Духовное наследие Башкортостана. — М., 1997. — С. 32-36. — (Памятники Отечества. Вып. 38).
  1. 1 2 GEOnet Names Server. 2018.
  2. Словарь топонимов Республики Башкортостан. Уфа: Китап, 2002. 256 с. — С.115.
  3. "Преображенская Кондурчинская слобода или история села Кошки". www.kraeved-samara.ru (rus). 2018-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-02-08.