Kanin Kamen — Kanin yarımadasının şimalında, yaylaya bənzər tirə. İnzibati baxımdan Rusiya, Arxangelsk vilayəti, Nenets Muxtar Dairəsi ərazisinə daxildir.
Kanin Kamen | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 241[1] |
Yerləşməsi | |
68°18′00″ şm. e. 45°00′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
|
Kanin Kamen Timanski tirəsinin davamını təşkil edir[2]. Tirə kristalik şistdən təşkil olunmuşdur. Onun maksimal hündürlüyü 241 metrdir. Şimal-qərb qutaracağı Kanin Nos, cənub-şərq qutaracağı isə Mikulkin Nos burnunu əmələ gətirir[3].