Kanyon

Qarqarçay kanyonu

Kanyon (rus. каньон, ing. canyon, gorge) (ispan. Canon-boru, təngi) — denudasiyaya zəif məruz qalmış dik yamaclı dərin dar dərə, platonu, yaxud dağlıq ərazini kəsir. K. atmosfer sularının zəif səthi axım əmələ gətirdiyi arid ərazilərdə əhəng və ya bazaltdan təşkil olunmuş platolarda inkişaf edir. (mis. Şimali Amerikada Kolorado çayı kanyonu).[1]

  1. Kanyon // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 135. ISBN 978-9952-453-14-0.