Kap Vert yarımadası (fr. Cap-Vert — yaşıl burun) — Afrikanın Atlantik okean sahillərində yerləşən yarımadası. Yarımadada Afrika materikinin ən ucqar qərb nöqtəsi olan Almadi burnu yerləşir. Yarımadanın cənub hissəsində seneqalın paytaxtı olan Dakar qəralaşır.
Kap Vert yarımadası | |
---|---|
Cap-Vert | |
Yerləşməsi | |
14°44′41″ şm. e. 17°31′13″ q. u.HGYO | |
Akvatoriya | Atlantik okean |
Ölkə | Seneqal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Kap Vert yarımadası bir neçə keçmiş vulkanın adanın Dəniz cərəyanları vastəsi ilə toplanan qumun sayəsində materikə birləşmişdir. Yaeımada üçbucaq formaya malikdir. Bu ucu mic olan yarımada Almadi burnundan cənub-çərq istiqamətdə əyilir və gəmiçilik üçün əlverişli liman əmələ gətirir.
Yarımadanın relyefi qayalıqdır. Materikə doğru isə qumluqlar üstünlıük təşkil edir. Paytaxtın qərb rayonlarında yerləşən Madlen adasında dünyanın ən kiçik milli parkı yerləşir. Digər adalarla buirlikdə UNESCO ümumdünya irsi siyahısına daxildir.
Avropalılara yarımada 1445-ci ildən məlumdur. Burada ilk dəfə Diniş Diaş olmuşdur. Portuqallar yarımadanı Kabo Verde yəni Yaşıl burun adlandırmışlar. Bunun səbəbi Qərbi Afrika sdahillərində sahara səhrasıına yaxın ərazidə palma ağaclarının əmələ gətirdiyi yaşıllıq olmuşdur. Portuqallar burada qitələr arası açıq liman təşkil edirlər. Bir müddət sonra isə bölgə Fransanın Qərbi Afrikadakı ekspansiyasının başlanğıc nöqtələrindən birinə çevrilir. Onlar 1857-ci ildə Dakar limanını inşa edirlər. 1902-ci ildən isə Fransız Qərbi Afrikasının paytaxtına çevrilmişdir.
Dakar şəhərində Dakar Beynəlxalq hava limanı yerləşir.
Böyük Dakarda 2006-cı il məlumatına görə 2,45 mln nəfər yaşayır. Dakarın özündə isə 1,031 mln[1] nəfər qeydə alınmışdır. Əhalinin əsas məşquliyyəti balıqçılıq, tikinti və fermer təsərrüfatıdır.