Dalaq (lat. Lien, yun. Splen) qanyaradıcı üzvlərin ən böyüyüdür; uzunluğu 10–12 sm, eni sm, qalınlığı 4 sm, çəkisi 150–200 q-dır. Zahiri şəkli qəhvə toxumuna bənzəyir, özü yumşaq və rəngi tünd qırmızıdır.
Dalaq | |
---|---|
| |
| |
Latınca | Lien |
Yunanca | Splen |
Qrey | subyekt 278 1282 |
Sistem | Qan, İmmun |
Üzv | Daxili |
Arteriya | Dalaq arteriyası |
Vena | Dalaq venası |
Sinir | Dalaq kələfi |
Embrional | lat. Mesogastrium dorsale |
MeSH | Spleen |
Dorlands/Elsevier | Spleen |
Vikianbarda əlaqəli mediafayllar |
Dalağın əhəmiyyəti olduqca çoxdur, burada limfositlər törəyir və qırmızı qan cisimcikləri pozulur. Bundan başqa dalaq artıq dərəcədə şişərək qanın təzyiqini azaldır və onu nizama salır. İti sürətlə axan çay gölə töküldükdə öz sürətini azaltdığı kimi, dalaqda qan 8–10 mikron diametrli arterial kapillyarlardan 80–150 mikron diametrli venoz kapillyarlara keçdikdə yavaş axır; nəticədə ağ qan cisimciklərinin fəaliyyəti artır və onlar faqositoz vəzifəsini ifa edirlər.
Dalaq mezenximdən inkişaf edir; bunun mayası mədənin arxa müsariqəsinin (lat. mesogastrium dorsale) səfhələrin arasında orta xəttə yerləşir. Sonradan mədənin hərlənməsilə əlaqədar olaraq yerini sol qabırğaaltı nahiyəyə dəyişir və intraperitoneal vəziyyətdə qalır. 4% hallarda əlavə dalağa (lat. lien accessorius) təsadüf edilir. Bu zaman həmin əlavə dalaq çox kiçik olur. Splenektomiyadan (dalaq kənar edildikdən ) sonra əlavə olaraq böyüyüb kənar edilmiş dalağı əvəz edə bilir. Nadir hallarda anadangəlmə dalağın yoxluğuna (lat. alienia) təsadüf edilir.
Yenidoğulmuşlarda dalağın kənarı sivri olur. İlk uşaqlıq dövründə dalaq paylı olur; yaşa dolduqca bu xüsusiyyət az-az təsadüf edir. Yenidoğulmuşlarda dalaq nisbətən yuxarıda yerləşir, hərəkətli və boylama oxu üfqi səthə yaxın olur. Tədricən dalaq şaquli vəziyyət alır. 7–12 yaşında dalaq yetişmiş şəxslərdəki nisbətə çatır. 40 yaşından sonra dalağın həcmi kiçilməyə başlayır və qocaldıqda aşağı enir.
Dalaq lat. arteria lienalis ilə vaskulyarizasiya olunur. və venoz qan eyni adlı venaya (lat. vena lienalis) toplanır, bu da qapı venasına açılır. Dalağın limfa damarları səthdə seroz qişanın altında yerləşərək bir-birilə anastomozlaşır. Dalağın özəyində limfa damarları yoxdur. Dalaq sinirləri çox vaxt özəksiz qişalı olub, qarın kələfindən (lat. plexus celiacus) başlayır. Bunlar arteriyalar ilə birlikdə dalağa daxil olur və onların üzərində nazik kələflər əmələ gətirir.
Anatomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |