Kapitan Amerika heykəli (ing. Captain Amerika Statue) – Marvel Comics nəşriyyatının eyniadlı personajının 75 illiyinə həsr olunmuş heykəl.
Kapitan Amerika heykəli | |
---|---|
ing. Captain Amerika Statue | |
Ölkə | ABŞ |
Yerləşir | Bruklin, Nyu-York |
Heykəltaraşlar | Marvel və Comicave Studios sənətkarları |
Material | bürünc |
Heykəl 2016-cı ilin iyulunda Marvel və Disney tərəfindən anons edilmişdir. Marvel və Comicave Studios sənətkarları tərəfindən dizayn edilmişdir. Əsər 2016 San Diego Comic-Con tədbiri zamanı tanıdılmışdır. Daha sonra ABŞ turuna çıxarılmış, sonda 10 avqust 2016-cı ildə Bruklində yerləşən Prospekt-parkda – Uşaqlar küncündə, karuselin yanında qoyulmuşdur.[1] Bruklin personajın evi hesab olunur.[2]
İki həftə boyunca Prospekt-parkda qaldıqdan sonra heykəl bütün sentyabr boyunca Barclays Center-də, oktyabrdan ilin sonuna qədər isə Sanset parkında nümayiş etdirilmişdir.[1]
Bürüncdən hazırlanmış heykəl 13 fut hündürlüyündə, 1 ton ağırlığındadır[2] və Kapitan Amerika əlində qalxanını tutmuş vəziyyətdə dayanmaqdadır. Aşağıdakı dayaq hissə üzərində isə "Birinci qisasçı" filmində Kapitan Amerikanın səsləndirdiyi "I'm just a kid from Brooklyn" (azərb. "Mən sadəcə Bruklinli bir uşağam") sözləri həkk olunub.[3]
Bəzi Bruklin sakinləri heykəllə bağlı narazıçılıqlarını bildirmiş, "parkın dincliyinə, gözəlliyinə və sakitliyinə" zərər vurduğunu iddia etmişdirlər.[3]