Kaqalniski rayonu (Rostov vilayəti)

Kaqalniski rayonuRusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Kaqalniskaya qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 55 km məsafədə yerləşir.

Rayon
Kaqalniski rayonu
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

46°52′55″ şm. e. 40°09′01″ ş. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1935
Sahəsi 1.391 km²
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 28.826 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu 86345
Poçt indeksi 347700, 347701, 347703–347711, 347715, 347716, 347719
Rəsmi sayt
Kaqalniski rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kaqalniski rayonu 18 yanvar 1935-ci ildə Azov-Qara dəniz vilayətinin parçalanması ilə əlaqədar olaraq qurulur və 1937-ci ilin sentyabrına qədər onun bir hissəsi olur.

1937-ci ilin sentyabr ayından etibarən Kaqalniski rayonu yeni qurulan Rostov vilayətinin bir hissəsi olur.

1963-cü ildə rayon ləğv edilir və ərazisi Zernoqrad rayonuna daxil edilir.

Kaqalniski rayonu 20 oktyabr 1980-ci ildə yenidən qurulur.

Kaqalniski rayonu, Rostov vilayətinin cənub-qərb hissəsində yerləşir, şərqdə Rostov vilayətinin Zernoqradski rayonu ilə, cənubda Krasnodar diyarının Kuşçevski rayonu ilə, qərbdə Azov və Baqaevski rayonları ilə həmsərhəddir. Rayonun sahəsi 1370.24 km²-dir. Şimaldan cənuba uzunluğu 46 km, qərbdən şərqə 49 km-dir. Rayon mərkəzi Rostov-na-Donu şəhər mərkəzindən 55 km aralıda yerləşir.

Rayondan aşağıdakı çaylar axır: Kaqalnik, Rossoş, Elbuzd.

Sosialist Əməyi Qəhrəmanları

[redaktə | mənbəni redaktə et]

Mariya Qavrilovna (1911-1997) - Vilyams adına Kaqalniski rayonu 2 nömrəli taxıl sovxozu. 1949-cu ildə Lenin ordeni, Çəkiç və Oraq qızıl medalı ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür[2].

Qriqori Denisov (1915-1984) - Sovet kənd təsərrüfatı işçisi, kombaynçı. 1952-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Məşhur insanlar

[redaktə | mənbəni redaktə et]

Dmitri Vaynerx-Vaynarx (1888-1938) - Sovet hərbçisi[3]. Semyon Selixov (1897-1942) - Sovet hərbçisi, 38-ci süvari diviziyasının komandiri[4]

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Kaqalniski rayonu, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə ixtisaslaşan sırf kənd təsərrüfatı sahəsidir.

Sənaye 13 müəssisə ilə təmsil olunur: süd zavodu, baytarlıq sanitariya zavodu, çörək və ət məhsulları kombinatı, vermişel sexi və səkkiz günəbaxan toxumu emalı sexi. Kənd təsərrüfatı istehsalının əsas istiqaməti taxılçılıq və heyvandarlıqdır.

Rayonun ərazisində 1174 təsərrüfat subyekti vardır. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə 13 iri kənd təsərrüfatı müəssisəsi, 6 kiçik müəssisə, 655 kəndli (fermer) müəssisəsi məşğul olur.

Rostov-na-Donu—Stavropol federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolu xətti rayonun içindən keçir.

  1. https://rosstat.gov.ru/storage/mediabank/tab-5_VPN-2020.xlsx (rus.).
  2. "Донской временник - краеведение Ростовской области". donvrem.dspl.ru. 2017-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-01.
  3. "Список комбригов". 2008-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-06-16.
  4. Список безвозвратных потерь начальствующего состава 2-го кавалерийского корпуса[ölü keçid]