Kaqamino Müasir İncəsənət Muzeyi (かがみの近代美術館, Kaqamino Kinday Bicutsukan?) – Yaponiyanın Okayama prefekturasının Kaqamino qəsəbəsində yerləşən incəsənət muzeyi. Muzey gənc yaşda ölən Yaponiya rəssamlarının yaradıcılığına həsr olunmuşdur.
Kaqamino Müasir İncəsənət Muzeyi | |
---|---|
Əsası qoyulub | 28 aprel 2018 |
Ölkə | |
35°14′03″ şm. e. 133°55′25″ ş. u.HGYO | |
kagamino-museum.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey 28 may 2018-ci ildə sənət kolleksiyaçısı Takahiro Tsucimoto tərəfindən açılmışdır.[1] Muzeyin qurucusu və direktoru olan Tsucimoto Nara prefekturasında işlədiyi illərdə rəsm əsərlərini yığmağa başlamış və kolleksiyasına 500-dən çox əsər daxil etmişdir. O, muzeyi açmaq üçün Naradan Okayamaya köçmüşdür.[2]
Kaqamino Müasir İncəsənət Muzeyi gənc yaşda ölən Yaponiya rəssamlarının yaradıcılığını mühafizə etmək məqsədilə yaradılmışdır. Muzeydə həmin rəssamların tamamlanmamış rəsm əsərləri sərgilənir.[3] Muzeydə əsərləri sərgilənən rəssamlara Fumio Nanbata, Yasuki Kanayama, Hideo Noda, Kanci Maeda, Makoto Saburi, Ryoka Kavakami, Keyci Şimazaki, Toşiyuki Haseqava, Kenzo Noquçi, Haruo Yamanaka, Morisuke Komoda, Kanci Yo, Morita Tsunetomo, Haçiro Nakaqava, Ando Nakataro, Toşio Nakanaşi, Yukihisa İsobe, Koci Horiuçi, Qosey Abe, Ciro Oyamada, Kiiçi Okamoto, Saburo Haseqava, Sato Key, Keysuke Suqano, Şimizu Toşi, Kumaci Aoyama, Tokuro Katada, Haruo Matsuşita, Yoşihiko Kumaoka daxildir.[4]
Muzey XIX əsrin əvvəllərində tikilmiş ənənəvi yapon evində yaradılmışdır. Bina keçmişdə boyaq evi və mehmanxana kimi istifadə olunmuşdur. Muzeydə ikimərtəbəlidir, burada xüsusi sərgi zalları yerləşir.[5] Muzeydə Okayama prefekturasına məxsus olan Bizen dulusçuluq məmulatları da sərgilənir.[3] Muzeyi aylıq 400 nəfər ziyarət edir.[2]