Karanqat hövzəsi

Karanqat hövzəsi (rus. Карангатский бассейн, ing. Karangatian basin) — üst Pleystosendə müasir Qara dənizin yerində mövcud olmuş və Aralıq dənizi ilə əlaqəsi olmuş, dəniz hövzəsi. Bu hövzənin çöküntüləri 10–45 metrlik terras səviyyəsini təşkil edir ki, bu da Aralıq dənizinin 2-ci Tirren terra-sına uyğun gəlir. Müasir Qara dənizdən çox duzluluğu və suyunun isti olması ilə fərqlənmişdir. Şərqi Avropa düzənliyində Mikulin buzlaq arası vaxtla müqayisə edilir.[1]

  1. Karanqat hövzəsi // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 136. ISBN 978-9952-453-14-0.