Karaqin körfəzi

Karaqin körfəziBerinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Ozernoy yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 117 km məsafədə uzanır. Eni girişdə 239 km, maksimal dərinliyi 60 metrdir. Körfəzin mərkəzində Karaqinski adası vardır. Ada materikdən Litke boğazı ilə ayrılır. Şimalında Verxoturov adası qərarlaşır. Körfəzə tökülən çaylar:Makarov, Kayum, İvaşka, İstık, Naçiki, Uka. Sahillərində yerləşən iri körfəzlər: Anapka körfəzi, Uala körfəzi, Karaqa körfəzi, Kiçiqinski körfəzi, Tımlat buxtası, Ossora buxtası, Kaqara buxtası, Ukinskaya körfəzi. Qabarmanın hündürlüyü 2,4 metrdir. Dekabrdan iyuna qədər buzla örtülü olur.

Karaqin körfəzi
rus. Карагинский залив
Ümumi məlumatlar
Tip Körfəz
Dərin yeri 60 m
Yerləşməsi
59°31′30″ şm. e. 164°01′00″ ş. u.HGYO
Ölkə  Rusiya
Akvatoriyası
Karaqin körfəzi xəritədə
Karaqin körfəzi
Karaqin körfəzi
Karaqin körfəzi xəritədə
Karaqin körfəzi
Karaqin körfəzi

Sahillərində yerləşən yaşayış məntəqələri: Ossora, İlpırskoe, Tımlat, Karaqa, Beloreçensk, Makarevsk və İvaşka. İnzibati baxımından Rusiyanın Kamçatka diyarı ərazisinə daxildir.