İlpinski yarımadası (rus. Ильпинский полуостров) — Asiyanın şimal-şərqində Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən yarımada. Berinq dənizinin daxilinə 40 km məsafədə uzanır. Yarımada Qoven yarımadasından qərbdə yerləşir. Yarımadada İlpinski, Balakıl, Lojno-İlpinski, Oria, Ara, Priatel burunları yerləşir. İri çayları: Navliqinmıvayam, Linqenmıvayam, Laparelamvayam, Alxovayam, Qatımınvayam, Xitavayam, Mitanravayam. Kənarlarında yerləşən körfəzlər: Anapka körfəzi, Korf körfəzi və Karaqin körfəzi. Şərq sahillərində Lequnmun və Qeka buxtaları yerləşir.
İlpinski yarımadası | |
---|---|
Yerləşməsi | |
59°58′ şm. e. 164°56′ ş. u.HGYO | |
Akvatoriya | Berinq dənizi |
Ölkə | Rusiya |
|
Yarımadanın səthi şimal-şərq hissədə hamar, cənub-şərqdə idə dağlıqdır. Ən hündür nöqtəsi 494 metrdir. Zirvə şərq sahillərində yerləşir. Üstəlik burada Kanqılkın (480 m), Vilnuy (403 m) və s. zirvələr vardır.
Yarımadanın sahillərində dərinlik 200 metrə çatır. Yarımadanın tektonik davamını Okean qayalıqları və Verxoturov adası təşkil edir.