Şlyup

Şlyupun yelkən təchizatının sxemi, qraffelli qrot yelkəni

Şlyup (ing. sloop) — XIX əsrin ortalarına aid bir və iki dor ağacına malik (ön staksel, arxa qrot) yelkənli gəmi. Bermud, qraffel, şprint, reek tipləri vardır. Bundan başqa düz marsel (XIX), kliver (XX əsrin əvvəlləri), spinaker (XX əsrin ortaları) növləri mövcuddur. XX əsrin əvvəllərində şlyup Avropada bir stakselli olurdusa, Amerikada iki stakselli şlyuplar tikilirdi. Müasir dövrümüzdə ki, bütün idman yelkənli qayıqları və gəmiləri şlyupun bermud növünün yelkən konstruksiyasına malikdirlər.