Kardinyal Pompedda

Karlo Maryo Françesko Pompedda 18 aprel 1929-cu ildə İtaliyada dünyaya gəlmişdir. 1951-ci ildə katolik rahib olaraq təyinat almışdır. Əvvəl Pontifical Gregoryen Universitetindən teologiya (ilahiyyat), daha sonra Romadakı Pontifical Lateran Universitetindən utroque iure (həm sivil, həm də kanon) hüququ doktoru adı almışdır. 1995 İohan Pavel apolistik qanunu və “Universi dominici gregis”-in baş redaktoru olmuşdur. 1997-ci ildə Bisarcio Fəxri Baş Yepiskopu olaraq təyin edilmiş və eyni zamanda 1997-ci ildən 2004-cü ilə kimi Vatikan Ali Məhkəməsində kilsə hüququ mütəxəsisi olaraq xidmət göstərmişdir. Kanon hüququ haqqında üç kitab və məqalələr yazmışdır. 18 oktyabr 2006-cı ildə bilinməyən bir səbəblə[3] müəmmalı[4] şəkildə vəfat etmişdir.

Mario Françesko Pompedda
Doğum tarixi 18 aprel 1929(1929-04-18)[1]
Vəfat tarixi 18 oktyabr 2006(2006-10-18)[2] (77 yaşında)
Vəfat yeri
Fəaliyyəti katolik keşişi[d], hakim, Arxiyepiskop, hüquqşünas
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həmzə Hocagilin dediyinə görə: Barnaba İncilinin I (İsrail) nüsxəsini İsraildən Türkiyəyə gətirdikdən sonra, əvvəlcə İtaliyaya aparmışlar. İtaliyada vatikanlı Kardinyal Maryo nüsxəni görmüş və 350 min avro qarşılığında almaq istəmiş və əvvəlcə buna razılıq verilsə də sonradan Viktoriya Rabinin buna etiraz etməsi səbəbilə alış-veriş baş tutmamışdır.[5] Bu hadisədən sonra 18 oktyabr 2006-cı ildə Kardinyal Maryo bilinməyən səbəblə müəmmalı şəkildə vəfat etmişdir.

  1. Melloni A., Galavotti E. POMPEDDA, Mario Francesco // Dizionario Biografico degli Italiani (it.). 2015. Vol. 84.
  2. http://www.fiu.edu/~mirandas/bios-p.htm#Pompedda.
  3. Death of Cardinal Mario Pompedda  (ing.)
  4. Apokrifal, səh. 93
  5. Apokrifal, səh. 38-40

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]