Barnaba İncili — son orta əsrlərdə yazılmış və (bu əsərdə) İsanın həvarilərindən biri olan erkən xristian şagirdi Varnavaya aid edilmiş qeyri-kanonik, psevdopiqrafik incildir.[1] XVIII əsrin əvvəllərində bu mətnin iki əlyazması aşkarlanmışdır.
Bəzi müstəqil tədqiqatçıların fikrinə görə, "Barnaba İncili" təxminən XV əsrdə müsəlman nöqteyi-nəzərindən yazılmış saxta (psevdoapokrif) mənbədir.[2][3]
Bu mətn haqqında diskussiya, xüsusilə 1980-ci illərin sonlarında aktivləşmiş və xristian-müsəlman dialoqunun mühüm tərkib hissələrindən birinə çevrilmişdir.[4] Bəzi müsəlman apologetlər bildirirlər ki, böyük ehtimalla "Barnaba İncili" İsanın missiyası haqqında həqiqi məlumatların saxlandığı yeganə mənbələrdəndir və kanonik incillər də daxil olmaqla, digər mənbələr hamısı Həvari Pavelin davamçıları tərəfindən saxtalaşdırılmışdır.[5]
2012-ci ilin fevralında Türkiyə KİV-i "Barnaba İncili"nin qədim əlyazma nüsxəsinin tapılması və həmin nüsxədə İsanın Məhəmmədi davamçısı kimi göstərməsi haqqında geniş kampaniya aparmışdır.[6] Bu kampaniya "Barnaba İncili"nə olan marağın yenidən artmasına səbəb olmuşdur.
Qeyd edək ki, bu mətni erkən xristian əlyazmalarından biri olan Barnaba məktubu ilə qarışdırmaq olmaz.
Barnaba İncili haqqında ən qədim sənədlər Madriddə BNM MS 9653 kodlu mavr əlyazmasında tapılan və Tunisdə 1634-cü ildə İbrahim-Əl Təybili tərəfindən yazılan sənədlər qəbul edilir.[7] Bibliyada Məhəmməd haqqında kəhanətdən bəhs edəndə o yazırdı: "Müqəddəs Barnaba İncili — harakı bir nəfər işıq tapa bilər." (isp. Y así mismo en Evangelio de San Bernabé, donde se hallará la luz) Bu ispan mətninə aid ilk qısa istinad — "De religione Mohamedica" Adrian Reland tərəfindən tapıldığı 1717-ci ildə bu İncilin ilk varıantı çap olunmuşdur. Daha sonra 1718-ci ildə irland deist Con Toland tərəfindən daha ətraflı və italyan dilində mətn tapılmışdır. Hər iki mətn haqqında məlumatı ilk dəfə 1734-cü ildə Corc Seyl "Quranla bağlı ilk mühakimə" kitabında vermişdir:
Müsəlmanların da ərəb dilində incilləri vardı və Müqəddəs Barnabaya aid idi. İsanın tarixi orada əsl tapılan incildən çox müxtəlif şəkildə təsvir olunmuşdur. Bu incilin Afrikadakı Mavritanya ispan dilində tərcümələri vardı və o, Şahzadə Evqenin kitabxanasında saxlanılırdı. Görünür bu müsəlmanların saxtakarlığı idi.[8] |
Barnabanın əsl adı Yusif (Joseph) olmuşdur. Levi qəbiləsindəndir və kiprli bir ailədə dünyaya gəlmişdir.[9][10] Barnaba onun ləqəbidir və "təsəlli oğlu" mənasını verir.[11][12][13] İddialara görə[14] bu kitab İsanın fəaliyyəti zamanı, yəni 3 ilini onun yanında keçirən[14] bir insan tərəfindən yazılan[14] və bu günə qədər gəlib çatan yeganə[14] İncildir. II yüzillik xristian ilahiyyatçısı İrineyin yazılarından bu İncilin hələ 1–2-ci yüzilliklərdə mövcud olduğu anlaşılmaqdadır.[14] Politeist Roma dininin və Platon fəlsəfəsinin İsanın əsl təbliğatına daxil olmasında ittiham etdiyi Pavelə qarşı çıxan İriney, öz fikirlərini dəstəkləmək üçün "Barnaba İncili"ndən xeyli sitatlar gətirmişdir.[14] Kitab 325-ci ilə qədər İsgəndəriyyə kilsələrində sıravi bir İncil olaraq istifadə olunmuşdur.[14] 325-ci ildə təşkil olunan Birinci Nikeya Kilsə Məclisi kanonik və apokrif incilləri təyin etmişdir.[15] Bu məclisdə Barnaba İncili kanonik olaraq qəbul edilməmiş və apokrif incillərdən elan olunmuşdur.[16] Qərara əsasən bütün apokrif incillər qadağan edildi və hamısı məhv edilməli idi. Bəzi iddialara görə isə məclisdə İncil mövzusunun müzakirə edilməsi haqqında heç bir tarixi fakt yoxdur.[17]
IV əsrin sonlarında 37-ci Roma papası Papa I Damasus özü "Barnaba İncili"nin bir surətini əldə etmiş və ümumiyyətlə, bu kitabın oxunmaması haqqında bildiriş yayımlamışdır.[18][19] Bildiriş Sezarya (indiki Kayseri) yepiskopu Qelasiyus tərəfindən də dəstəklənmişdir.[19] Qelasiyus "Barnaba İncili"ni apoler (fal) kitabları siyahısına daxil etmişdir.[19] 382-ci ildə Qərb kilsələrinin və 465-ci ildə 46-cı Roma papası Papa Hilariusun bildirişi ilə kitab qadağan olunmuşdur.[19][20] 478-ci ildə Kiprdə Barnabanın məzar qalıqları aşkar edilmiş və cəsədinin sinəsinin üstündən bir İncil nüsxəsi tapılmışdır.[21] 496-cı ildə 49-cu Roma papası I Qelasiyus zamanında "Yanlış və dini düşüncələrə zidd kitablar" adlanan Qelasiyus Dekreti adı ilə tanınan dekret tərtib olunmuş və bu dekretə Barnaba İncili də daxil edilmişdir.[22][23][24][25] Kitab VII yüzillikdə tərtib olunmuş qadağan olunmuş 60 kitabdan bəhs edən siyahıya (List of the Sixty Books) da daxil edilmişdir.[26][27] Barnaba İncili Böyük Kiyev knyazı Svyatoslav Yaroslaviçin göstərişi ilə 1073–1076-cı illərdə tərtib olunmuş "Svyatolsav antologiyası"ında da apokrif İncil kimi göstərilmişdir.[28]
Barnaba İncilinin italyanca bir əlyazması XVI əsrin sonunda 227-ci Roma papası Papa V Sikstin şəxsi kitabxanasında olubmuş.[29] Papa V Sikst dostlarından müqəddəs ata (keşiş) Fre Marino (Framo Jenovik) İraneusun yazılarını oxuduqdan sonra Barnaba İncili ilə maraqlanmağa başlamışdı.[29] Fra Marino kitabı papanın şəxsi kitabxanasından tapmış və özü ilə gizli bir şəkildə Vatikandan çıxarmışdır.[30] Nüsxə Fre Marinonun ölümündən sonra Prussiya kralının məsləhətçilərindən Con Frederik Kramerin əlinə keçmişdir.[29] C. F. Kramer kitabı 1709-cu ildə kitabşünas Savoya şahzadəsi Eyuqenə (Principe Eugenio di Savoia-Carignano) təqdim etmişdir.[29]
Bu nüsxədən ilk bəhs edən erkən dövr kilsə tarixçilərindən Con Tolanddır. İlk məhz Con Toland bu əlyazma nüsxəni tədqiq etmiş[31] və ölümündən sonra, 1718-ci ildə çap olunmuş kitabında bu nüsxədən bəhs edərək onu 1709-cu ildə Amsterdamda gördüyünü qeyd etmiş və haqqında demişdir:
"Bu bir Müsəlman incilidir[32] və Müsəlmanların İncili qəbul etdiklərindən çox bəhs etmələrinə baxmayaraq Məsih İnanlıları arasında bilinməməkdədir.[33]
"Bu kitab eynilə müqəddəs bir kitab görünüşündədir."[29][34]
Nüsxə 1738-ci ildə Şahzadə kitabxanası ilə birlikdə Vyanadakı Hofbibliotek Kitabxanasına gətirilmişdir və hələ də orada saxlanılır.[29]
Corc Seyl (ing. George Sale) İspan əlyazması haqqında danışıb. Kitab orta səviyyəli quarto-dur, səliqəli xətlə yazılıb, lakin sonlara doğru zədələnib. 222 fərqli uzunluqlu bölmədən və 420 səhifədən ibarətdir. Onu Seylə Hempşirdə (ing. Hampshire) yerləşən Hedleyin rektoru Holm (ing. Dr Holme) vermişdi. İngilis dilinə tərcümə edilmiş yazı isə tədricən Oksford Şahzadələr Kollecindən (ing. The Queen's College, Oxford) olan doktor Tomas Monxausun (ing. Dr Thomas Monkhouse) əlinə keçmişdir. O isə, öz növbəsində həm yazını həm də tərcüməsini Cozef Urayta (ing. Dr. Joseph Wright) təqdim etmişdir. O isə bunları 1784-cü ildə Bempton Lekturesdə (ing. Bampton Lectures) istifadə etmişdir. Seyl Holmun bu sənədləri necə əldə etməsi barədə heç nə bildirmir. Salamat qalan Sidney transkriptindən əlavə olaraq, İspan yazısı Seyl tərəfindən sitat gətirilərək 3 pasaj ispan dilində və Vayt tərəfindən sitat gətirilərək 9 bölmə olaraq tapılmışdır.
Seylə görə ispanca nüsxənin qapağında, kitabın Mustafa de Aranda adında bir ispan, müsəlmanı tərəfindən italyancadan ispancaya tərcümə edildiyi yazmaqdadır.[35]
Monxausun 1792-ci ildə ölümündən sonra orijinal ispan əlyazmasının heç bir izi tapılmayıb; Amma 1970-ci ildə onun 18-ci əsrə aid edilən surəti tapılıb. Bu, Sidney Universitetinin Fişer kitabxanasında, Çarli Nikolsonun (ing. Charles Nicholson) kitablarının arasında tapılıb. Sidney transkripti 130 səhifədən ibarətdir. Lakin tam yazını əks etdirmir. 116-cı səhifədən sonra 121-ci bölmə gəlməli olduğu halda, səhifə 117 200 saylı bölmədən başlayır. Sidney transkriptini Seyl tərəfindən olan sitatlarla müqayisə etdikdə ciddi fərqlər müşahidə olunmur, amma məlumdur ki, "Seylin 1736-dakı ölümüylə 1745-ci il arasında İspan əlyazmasından 80 bölmə yoxa çıxmışdır."[36]
İspan yazısına aid bir qeyddə deyilir ki, o, italyan dilindən İstanbulda yaşayan müsəlman Mustafa de Aranda tərəfindən tərcümə olunub. Əlavə bir qeyddə isə, İtalyan versiyasının nüsxəsinin "Fra Marino" psevdonimli birisi tərəfindən 227-ci Roma papası V Sikstin kitabxanasından oğurlandığı qeyd olunur.[30] Fra Marino qeyd edib ki, İnkvisasiya məhkəməsində vəzifəsi olan biri olaraq bir çox işlərə sahib olub, hansı ki, onu inandırmağa bəs edib ki, bəzi apostolik yazılar buradan çıxarılıb. O həm də "Barnaba İncili"nin mövcudluğundan ehtiyatını bildirib (Kitab ona Colonna ailəsindən bir qadın tərəfindən təqdim olunub)[37]
İspan yazısının yazılış və durğu işarələrindən istifadə üsulu əsasən 16-cı əsrin sonlarından olan Kastiliyan standartına yaxındır. Baxmayaraq ki İspan mətni dil cəhətdən İtalyan mətnindən yeni görünsə də, bu İspan yazısının ikinci dərəcəli olmasına sübut qazandırmır.[38]
Həmzə Hocagilin dediyinə görə:
Hakkaridə tapılan aramicə nüsxənin son səhifələrində bu nüsxənin IV nüsxə olduğu və digər 3 nüsxənin də yeri haqqında məlumat var imiş. Məlumata görə, I nüsxə İsraildə Təbəriyyə gölü yaxınlığında olmalı imiş. Bu nüsxə H. Hocagilin özünün və özünü İsrailin sabiq prezidenti İshaq Rabinin nəvəsi olaraq təqdim etmiş arxeoloq Viktoriya Rabinin rəhbərliyi altında, bir alman firmasının sponsorluğu ilə 2002-ci ildə İsraildə, Colan təpələrinin qərbində, Təbəriyyə gölünün şərq yamacında, Davudun Sarayının olduğu iddia edilən ərazidə arxeoloji qazıntı nəticəsində Davud peyğəmbərə aid olduğu iddia edilən tarixi aramicə qədim əlyazma Zəbur və Harun peyğəmbərə aid olduğu iddia edilən On Əmr mis lövhəsi ilə birlikdə tapılmışdır. H. Hocagil qazıntı zamanı İncil nüsxəsinə baxmış və onun Barnaba İncili olduğu qənaətinə gəlmişdir. Barnaba İncilinin bu nüsxəsi Arami dilində və İbrani əlifbası ilə yazılıbmış. Arxeoloji qazıntı zamanı H. Hocagilin nüsxənin bəzi səhifələrini şifahi şəkildə tərcümə etməsindən sonra Viktoriya Rabin dinini dəyişərək İslam dinini qəbul etmişdir. Nüsxə isə əvvəlcə İsraildən Türkiyəyə gətirilmiş, sonra isə İtaliyaya aparılmışdır. İtaliyada Vatikan nümayəndəsi Kardinyal Pompedda nüsxəni 350 min avro qarşılığında almaq istəmiş, əvvəl satışa razılıq verilsə də, sonradan V. Rabinin satışa etiraz etməsi nəticəsində bu alış-veriş baş tutmamışdır. Bu hadisədən qısa müddət sonra isə V. Rabin efiyopiyalı bir yəhudi zənci tərəfindən İsraildə öldürülmüşdür. Daha sonra isə yenidən Türkiyəyə gətirilən nüsxə Vəli Küçüyün yavəri Adəm Daşdəmirin vasitəçiliyi ilə Yunanıstanın Markos nəşriyyatına 60 min ABŞ dolları qarşılığında satılmışdır. H. Hocagilin dediyinə görə o nüsxəni 2003-cü ildən sonra 15 min ABŞ dolları qarşılığında Yunanıstanda Markos nəşriyyatı üçün almanca və ingiliscəyə tərcümə etmişdir.[39]
Həmzə Hocagilin iddiasına görə, Barnaba İncilinin Hakkari nüsxəsində yazılan digər 3 əlyazma nüsxədən ikincisi isə 2007-ci ildə[40] təqaüddə olan səudiyyə ərəbistanlı general olan Camal əl-Ammari tərəfindən Səudiyyə Ərəbistanının şimalında, Tur mağarasında tapılıb. Camal əl-Ammari bu nüsxənin 2 səhifəsini ona gətirib və Hocagil də bu səhifələrdən nüsxənin Arami dilində, Rumi əlifbası ilə yazılmış bir Barnaba İncili olduğu qənaətinə gəlmişdir.[41]
Həmzə Hocagilin iddiasına görə, Barnaba İncilinin Hakkari nüsxəsində yazılan digər 3 əlyazma nüsxədən üçüncüsü isə İraqın şimalında, Süleymaniyə, Zaho tərəflərdə olmalıdır. Nüsxə hələki tapılmayıb.[42]
1983-cü ilin qışında[43][44] Türkiyənin Hakkari vilayətində (İndiki Şırnak vilayəti ərazisində), Uludərə yaxınlığında kəndlilər ovdan qayıdan zaman mağarada bir İncil nüsxəsi və digər bəzi əşyalar tapmışdır. Nüsxə o zaman Babat aşirəti lideri olan qoruyucu başçısı (türk. koruyucubaşı) Həzim Babatın (türk. Hazım Babat) atası Fərhan Babatın (türk. Ferhan Babat) əlinə keçmişdir. Fərhan Babat əvvəlcə kitabın tarixiliyini öyrənmək istəmiş, lakin dili və əlifbası qəribə olduğundan buna nail ola bilməmişdir. F. Babat sonradan kitabı satmaq istəmiş və bunun üçün 280 000 ABŞ dolları istəmiş və o dönəmin Malatya millət vəkili İsmayıl Haqqı Şəngülərə (türk. İsmail Hakkı Şengüler) də göstərmişdir. İ. H. Şəngülər kitabın papirusa yazlmış iki səhifəsini aramicə mütəxəsisi filoloq prof. dr. Həmzə Hocagilə aparmış, H. Hocagil də kitabın bu səhifələrini tədqiq etmiş, tərcümə etmiş və tərcümə etdiyi bu iki səhifəyə əsasən də kitabın süryani əlifbası ilə, aramicə İsanın həvarisi Barnaba adlı birinə aid olduğu yazılan bir İncil olduğu qənaətinə gəlmişdir.[43] Kitabın ilk səhifəsində yazılmışdır:
"Mən Kiprli Barnaba... Zikrə layiq aləmlərin Rəbbindən bir bütün olaraq, Ruhul Qüdslə Meşahaya vəhy olunanı eynilə İsadan eşitdiyim kimi, sədaqətlə, 48 göy illəri sonunda, dördüncü nüsxə olaraq eynilə yazıram." |
H. Hocagil İ. H. Şəngülərə kitabın "Barnaba İncili" olduğunu demişdir. Bundan sonra İ. H. Şəngülər nüsxəni 280 000 ABŞ dolları qarşılığında F. Babatdan almağı qəbul etmiş, lakin bu alış-veriş baş tutmamışır. Bu haqda H. Hocagil belə demişdir: "Fərhan Babatla razılaşmışdıq. Diyarbəkir millət vəkili Ehsan Arslanın atası Mehmet Əli Arslan ilə birlikdə İncili təslim almağa getdik. Ancaq o anda gözlənilməz bir şey oldu. İncil bizə təslim edilə bilmədən jandarmanın əlinə keçdi. İki il boyunca jandarma qərargahında gizli tutuldu. Daha sonra Kamal Başər Paşadan alınaraq Baş qərargah Xüsusi Hərb Dairəsinin əlinə keçdi." H. Hocagil kitabı araşdırmaqdan əl çəkməmiş və 1986-cı ildə mövzunu o dönəmin Türkiyə baş naziri Turqut Özala danışmışdır.
Mövzunu özünə izah etdikdən sonra məni Xüsusi Hərbçi Orgeneral Sami Karamısır Paşaya göndərdi. Əvvəl məni çox sorğuladılar, məqsədimin nə olduğunu anlamaq istəyirdilər. Mən kitabın yalnız tərcüməsiylə maraqlandığımı söylədim. Ardından İstanbul Balmumcuda olan Xüsusi Hərb Qərargahında Sami Qaramısır Paşa və MİT məsləhətçiliyi də etmiş olan və hələ də həyatda olan Hayri Ündül Paşanın vəzifələndirməsiylə tərcümə işinə başladım. |
Bu vəzifələndirmənin ardından H. Hocagil Ankarada olan, o zamankı adıyla Xüsusi Hərb Dairəsi İdarəsinə gedir:
"Kitabı ilk orada gördüm. Bir neçə dəmir qapını keçdikdən sonra əlçatan bir yerdə idi. Kitab 1987-ci ildə Sami Qaramısır Paşa və Hayri Ündül Paşanın məlumatı daxilində İstanbul Balmumcuda olan Xüsusi Hərb Qərargahında tərcümə etməyim üçün mənə verildi. Mən burada hər gün tərcümə işlərini edirdim. Tərcümə pulu da mənə Hərb Akademiyaları Komandiri Nahit Şenoğul Paşa tərəfindən verilirdi. Nahit Paşa daha sonra mənə Hərb Akademiyalarında Qoruyucu Envanter dərsləri də verdirtdi. Bu müddət içərisində İncilin 19 səhifəsini Xüsusi Hərb Dairəsinə bağlı zabitlərin nəzarətində araşdırdım" |
H. Hocagil Barnaba İncilində nələrin yazıldığıyla əlaqədar da bunları söyləmişdir:
"Tövhiddən başqa bir şey yox idi. Zikrullah var idi. İbadət etmənin əhəmiyyəti, Allaha şərik qoşmama, bu vaxt qonşulara köməkçi olma, Lut qövmü ilə əlaqədar bəzi xəbərdarlıqçı məlumatlar ilə əlaqədar ibrət götürülməsini nəsihət edən bir hekayə vardı. Diqqətimi çəkən bir şey daha var idi. Ayədə "Bir peyğəmbər gələcək, ona tabe olanlar, dolğun başaqlar kimi olacaq" deyirdi." |
H. Hocagil Barnaba İncilinin son səhifəsində, Həvari Barnabanın bu İncili dörd nüsxə olaraq yazdığını və digər üç nüsxənin də yerlərini ifadə etdiyini söyləyir:
"İncillərin biri İsraildə, digəri Ərəbistan yarımadasında, digəri isə Şimali İraqda Süleymaniyə Zaho tərəflərində idi. General Nahit Şənoğul Paşanın verdiyi Barnaba İncilinin son səhifələrində Hz. Davudun öz əliylə yazdığı Aram tərəfindən Zəbur və Hz. Harunun mis lövhələrə yazdığı On Əmrin harada olduğu ilə bağlı məlumatlar da var idi." |
[45] Nüsxənin hazırda da Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı Xüsusi Qüvvələr Komandanlığında (türk. Türk Silahlı Kuvvetleri Genelkurmay Başkanlığı Özel Kuvvetler Komutanlığı) saxlanılması ilə bağlı bəzi vaxtlarda mətbuata bəzi məlumatlar sızmışdır.[46][47][48] Bu hadisədən sonra İngiltərənin Daily Mail qəzeti Barnaba İncilinin orginal nüsxəsinin Türkiyənin paytaxı Ankara şəhərinin Ədalət Sarayında olması iddiasını ortaya atmışdır.[49] İran mətbuat orqanları və türkiyəli tədqiqatçı-jurnalist, Yeni Şəfəq qəzeti köşə yazarı Müfid Yüksəl isə nüsxənin hələ də TRSQBQ-da olduğunu və Qərb dövlətləri ilə sionistlərin onu məhv etmək istəməsi haqda iddialar irəli sürmüşdür.[50] Türkiyə Silahlı Qüvvələrindən verilən açıqlamada isə mövzu ilə əlaqədar arxivilərində hər hansı məlumat və ya sənədin olmadığı xüsusunda olmuşdur.[51] Bu açıqlamadan sonra Müfid Yüksəl isə əgər TSQ-da deyilsə, ya Vatikana, ya da hansısa Qərb dövlətinə satıldığı və ya verildiyi iddiasını irəli sürmüşdür.[52]
Həmzə Hocagilin dediyinə görə, kitabın italyanca və ispanca nüsxələri aramicə nüsxələrlə eyni deyil və ona daim şübhə ilə yanaşmışdır. İtalyanca və demək olar ki, onun surəti olan ispanca nüsxələr bütünlüklə İsanın həyatından bəhs etməsinə qarşılıq, aramicə nüsxələr isə tovhid, Allahı zikr, ibadətin önəmi, Allaha şərik qoşmama, qonşulara yardım etmək, Lut qövmü ilə əlaqədar xəbərdaredici məlumatlar və ibrət alınması gərəktiyini nəsihət edən ibarələr və s. kimi mövzuları özündə əks etdirir.[53]
Hocagilin dediyinə görə, aramicə nüsxələrinin özlərinin aralarında isə elə də ciddi fərq yoxdur. Sadəcə olaraq Hakkaridə tapılan və son səhifələrində IV olduğu iddia edilən nüsxə digər 2 nüsxəyə nisbətən daha geniş şərhli və təfsirlidir. Həmçinin yalnız Hakkari nüsxəsində digər 3 nüsxənin yerləri göstərilmişdir.[54]
İtkin olan 80 hissədən başqa, İtalyan və İspanca mətnlər arasında; ayrıca Dr. Vaytenin (Joseph Whiten) ingiliscə çıxarış etdiyi Sidney nüsxə və keçidləri arasında fərqliliklər vardır. İtalyan və İspanca hissələr ön söz və 116-cı hissəyə qədər eynidir. İtalyan versiyasındakı 117-ci hissə İspan versiyasında 117 və 118-ci hissələrə ayrılmaqdadır. İtalyancadakı 118 və 119-cu hissəllər ispancadakı 119-cu hissəyə uyğundur. 120-ci hissə, boşluqdan əvvəl, ikisində də eynidir. İspanca nüsxənin 200-cü hissəsi İtalyanca nüsxənin 199-cusuna uyğundur. 2 versiyanın geri qalanında bir hissə xaric, digərləri uyğun davam etməkdədir. Bir hissə fərqi də ondan ibarətdir ki, Sidney nüsxəsindəki son hissə olan 222-ci hissə, italyanca nüsxədəki 221-ci hissəyə uyğundur. İtalyancadakı 222-ci hissə ispanca olan Sidney nüsxəsində yoxdur. Cozef Vaytenin çıxarışında uzun hissə olan 218-ci hissə (İtalyanca mətndə 217) bölünmüş, beləcə Dr. Vaytenin mətnindəki 220-ci hissə Sidney nüsxəsindəki 219-cu, İtalyan nüsxəsində idə 218-ciyə uyğundur. Dr. Vaytenin 221-ci hissəsi Sidney nüsxəsinin 220 və 221-ci hissələrinə və italyan nüsxəsinin 219 və 220-ci hissələrinə uyğundur. Bu vəziyyətdə İtalyan nüsxəsinin 218-ci hissəsi düzəldilmiş bir qismi özündə saxlamaqda ki, yazar orijinal olaraq son paraqrafı bölüb 219-cu hissənin başlanğıcına ayırmış və sonra silib hissəni təkrar yazmışdır. Bu mətn hər nədisə İtalyan nüsxəsinin yazıçısı bunu öz kopiyası olaraq istifadə edirmiş, bu nöqtədə hissə ayrı-seçkiliklərinə gəlincə naməlumdur. Ayrıca, böyük bir boşluq qeyd edilməlidir. Belə ki, ispanca mətin 222-ci hissəsindən (İtalyancadakı 221) 100 söz əskik və 211-ci hissədən (İtalyanda 210) əhəmiyyətli amma daha kiçik bir hissə itkindir. Bu nüsxənin sonlara doğru ziyan gördüyünü ifadə edən satış qeydiylə əlaqədar ola bilər. Əks təqdirdə italyan mətnində olub ispanca tərcümədə ifadə edilməyən sözlərin olduğu bir çox nöqtə olardı. Əksinə Raqlerin (Raggler) öz italyanca mətnində bir söz və ya ifadənin səhvən üstündən keçilmiş ola biləcəyini ifadə etdikləri təxminən on yer olmaqdadır. Və son təhlildə İspanca mətndə itkin sözlər var. İtalyanca mətnin əksinə, ispanca mətn nə ərəbcə marjinal qeydlər və ya hissə xülasəsi, nə də ispanca təqdim edilən ilk 27 hissədə İtalyan başlıq özündə ehtiva etməkdədir. İspanca mətndə ön sözün üstündə bir başlıq atılmış, lakin bu, İtalyan mətndə ön sözün üstündəki olanla fərqlidir. Tərsinə, nə İtalyan mətnin 217-ci hissəsində nə də Dr. Vaytenin çıxarışında olmayan bir başlıq Sidney nüsxəsinin 218-ci hissəsinin üstündə vardır. Kopyalayıcı səhvinin xaricində, ispan və italyanca mətnlərin arasında bir neçə əhəmiyyətli məna fərqliliyi görünməkdədir. Belə ki, diqqətə dəyər fərqlilik ispanca mətnin 218-ci hissəsindəki (İtalyancada 217) həvari Yəhuda çarmıxa gərilməsinin təsvir edilnməsindədir. Hissədə İsa möcüzəvi bir şəkildə hadisədən uzaqlaşdırılmış, Yəhuda onun surətinə çevrilmiş (transformasiya) və onun yerinə çarmıxa gərilmişdir. İspanca nüsxədə deyilir ki, "Pyotr xaricində" İsanın həvariləri çarmıxa gərilmə hadisəsində transformasiya ilə aldadıldılar. Amma bu xüsusi xüsusiyyət, yəni Pyotrun istisna olunması nə italyanca mətndə var, nə də İspanca mətnin 217-ci hissəsində əvvəl rəvayətdəki transformasiyada var.[55]
Müsəlmanların müqəddəs kitabı Qurana əsasən İsa Məhəmmədi nəzərdə tutaraq özündən sonra Əhməd adlı birinin gələcəyini demişdir:
Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər.[56] |
Əhdi-Cədiddə də İsadan sonra Vəsatətçi adlı birinin gələcəyindən bəhs edilmişdir.[57] Əhdi-Cədidin ən qədim nüsxələrinin əksəriyyəti yunancadır. "Vəsatətçi" yunan dilində olan "Paraklitos" sözündən tərcümə edilmişdir. "Paraklitos" yunancadan tərcümədə "niyaz olunmuş" və ya "niyaz olunan" deməkdir. "Paraklitos" sözünün flektiv baxımdan çox oxşarı olan "Periklitos" sözü isə "təriflənmiş" mənasını verir ki, bu da ərəbcədəki "Əhməd" mənasına gəlir.[58]
Barnaba İncilinin italyanca nüsxəsində Məhəmməd adına aşağıda olduğu kimi tez-tez rast gəlinir:
Allah dedi: «Gözlə Məhəmməd; çünki sənin uğruna Cənnəti, dünyanı və yığınlarca varlığı yaradacağam, içlərindən səni bir elçi edəcəyəm, belə ki, kim səni müqəddəs hesab etsə, müqəddəs hesab ediləcək, kim səni lənətlərsə lənətlənəcək. Səni dünyaya göndərəcəyim zaman qurtuluşa elçim olaraq göndərəcəyəm və sənin sözün gerçək olacaq. O qədər ki, göy və yer düşəcək. Lakin sənin dinin düşməyəcək. Məhəmməd onun müqəddəs adıdır.» O zaman, izdiham səslərini yüksəldib, dedilər: «Ey Allah, bizə elçini göndər! Ey Məhəmməd, dünyanın qurtuluşu üçün tez gəl!»[59] |
İtalyanca nüsxədə Məhəmməd sözü məhz "təriflənmiş" kimi keçmişdir.
Barnaba İncilinin 43-cü fəsli[60] ilə kanonik olaraq qəbul edilən Yəhya İncilinin 1-ci hissəsi[61] arasında bəzi bənzərliklər mövcuddur.[mənbə göstərin]
Barnaba İncilinin italyanca nüsxəsinin 42-ci fəslində İsa özünün Məsih olmadığını deyir:
...İsa etiraf edib gerçəyi söylədi: -Mən Məsih deyiləm...[62] |
Kitabın 97-ci fəslində isə İsa, Məsihin Məhəmməd olduğunu deyir.[63]
Barnaba İncilinin italyanca nüsxəsinin 43-cü fəslinə əsasən xalqın Məsih dediyi Allahın elçisinin İsmailin soyundan gələcəyi vədi verilmişdir.
Sonra belə soruşuldu: «Ey müəllim, bu vəd kimə verilmişdir, söylə bizə; çünki, Yəhudilər «İshaqa» deyirlər, İsmayililər isə, «İsmailə» İsa cavab verdi: «Davud kimin oğulu idi və hansı soydan idi?» Cavab verildi: «İshaqın; çünki, İshaq Yaqubun atası idi, Yaqub da soyu Davuda çatan Yəhudanın atası idi.» Sonra isa dedi: «Elə isə, Allahın elçisi gələcəyi zaman, hansı soydan olacaq?» Həvarilər cavab verdilər: «Davudun (soyundan).» Bunun üzərinə İsa dedi: «Siz özünüzü aldadırsınız; çünki Davud, belə söyləyərək ona ruhundan rəb (əfəndi) deyər: Allah rəbbinə, «Mən düşmənlərinə sənin ayaq taburetin edənə qədər sağ yanımda otur» dedi. Allah düşmənlərinin ortasında rəblik qazanacaq olan əsanı göndərəcək. «Əgər, sizin Məsih dediyiniz Allahın Elçisi Davudun oğludusa, Davud ona necə «rəb» deyə bilər? Mənə inanın, sizə söyləyirəm ki, vəd İsmailə edilmişdir, İshaqa deyil.»[60] |
Nüsxənin bu fəslindəki söhbətin oxşarı Əhdi-Cədidin kanonik olaraq qəbul edilən Matta İncilində və digər bəzi İncillərdə də[64][65] rast gəlinir:
41 Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu:42 «Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər.43 İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir?44 “Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib.45 Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?»46 Bunun cavabında əsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.[66] |
Nüsxənin 208-ci fəslinə əsasən İbrahimin Allaha qurban kəsmək istədiyi oğlu İsmaildır, vəd ona verilmişdir və Məsih də onun soyundan gələcəkdir:
«Əgər pislik etsəm, məni xəbərdar edin, Allah da sizi sevsin, çünki Onun istədiyini etmiş olarsınız. Amma kimsə günahdan ötəri məni xəbərdar etməzsə, bu, sizin dediyiniz kimi İbrahimin uşaqları olmadığınızın və İbrahimin olduğu başla bir yerdə olmadığınızın işarəsidir. Allah sağ və diridir ki, İbrahim Allahı o qədər çox sevərdi ki, saxta bütləri parçalayıb, ana və atasını tərk etməklə qalmamış, eyni zamanda Allaha itaət etmək üçün öz oğulunu da öldürmək istəmişdir.» Baş kahin cavab verdi: «Sənə soruşduğum budur; və səni öldürmənin yollarını axtarmıram, o halda söylə bizə: İbrahimin bu oğlu kim idi?» İsa cavab verdi: «Sənin şəninin atəşi, ey Allah, məni alovlandırır və danışmadan edə bilmirəm. Baxın deyirəm, İbrahimin oğulu İsmail idi. Ondan, özüylə yer üzünün bütün qəbilələrinin müqəddəs hesab ediləcəyi İbrahimə, vəd edilən Məsih gələcəkdir.»[67] |
Barnaba İncilinin italyanca nüsxəsinə görə İsa öz ilahi ucalığını (Tanrı, tanrının oğlu olması, əbədi olması və s.) rədd etmişdir:
Və İsa belə deyib, hər iki əliylə üzünü şillələdi və başını yerə vurdu. Və başını qaldırıb dedi: «Mənim sözlərimə, mənim Allahın oğlu olduğumu qatanlara lənət olsun.» Bu sözlərin üzərinə həvarilər ölülər kimi yerə qapandılar, bunun üzərinə isa onlan qaldırıb, dedi: «O gündə qorxuya qapılmaq istəmiriksə, indi Allahdan qorxaq.»[68] |
Və İsa bunları dəyincə danışıb görə bilməyən və eşitmə gücündən məhrum bir cin çarpmışı gətirdilər özünə. Bunun üzərinə, inanclarını görən İsa gözlərini göyə qaldırdı və dedi: «Atalarımızın tanrısı Rəbb, bu xəstə adama mərhəmət et və ona sağlamlıq ver ki, bu insanlar məni Sənin göndərdiyini bilsinlər.» Və İsa belə söyləyib, ruha ayrılmasını əmr edərək dedi: «Rəbbimiz Allahın adının gücüylə adamdan ayrıl ey şərli olan!» Ruh ayrıldı və dilsiz adam danışdı, gözləriylə də gördü. Bunun üzərinə hər kəs qorxuya qapıldı, lakin yazıçılar dedilər: «Cinlərin rəisi Beelzebunun gücüylə cinləri çıxarıb atır.» O zaman İsa dedi: «İçində ayrılıq olan hər ölkə yox olar, ev ev üstünə yıxılar; əgər, Şeytanın gücüylə Şeytan çıxarılıb atılırsa, bu ölkə necə ayaqda dayanacaq? Əgər, sizin oğullarınız Süleyman peyğəmbərin özlərinə verdiyi kitabla Şeytanı çıxarıb atırlarsa, mənim Şeytanı Allahın gücüylə çıxarıb atdığımı təsdiqləyirlər (deməkdir). Allah sağ və diridir ki, Müqəddəs Ruha qarşı küfr, dünya və Axirətdə bağışlanmayacaq. Çünki, öz-özünə pislik edən insan, günahını belə özünü günaha soxacaq.»[69] |
İsa bayramdan sonra Qüdsdən ayrılıb Filipp Kayserisi sərhədlərindən içəri girdi. Bu sırada, mələk Cəbrayıl xalq arasında başlayan fəsadı ona söyləyincə həvarilərindən soruşdu: «İnsanlar mənim üçün nə deyir?» Dedilər: «Bir qisimi sənin ilya olduğunu, bir başqa qismi Yeremya, bir başqa qismi də köhnə peyğəmbərlərdən biri olduğunu söyləyir.» İsa cavab verdi: «Bəs siz; mənim üçün siz nə deyirsiniz?» Pyotr cavab verdi: «Sən Allahın oğlu Məsihsən.» O zaman İsa hirsləndi və hirslə onu danlayıb dedi; «Rədd ol, ayrıl məndən, çünki sən Şeytansan və məni günaha soxmağa çalışırsan!»[70] |
Və İsa bunu söyləyib yenidən dedi: «Göyün hüzurunda etiraf edir və yer/yeyər üzərində oturan hər kəsi şahidliyə çağırıram ki, insanların haqqımda dedikləri, yəni mənim insandan kənar olduğum (şəklində söylədikləri) şeylərin bütününə xariciyəm mən. Çünki, bir qadından doğulma, Allahın hökmünə tabe, burada digər insanlar kimi yaşayan, və hər kəsin çəkdiyi dərdlərə məruz bir insanım mən. Ruhumun hüzurunda dayandığı Allah sağ və diridir ki, dediyin şeyi söyləməklə böyük günah işlədin, ey başkahin. Bu günah səbəbiylə müqəddəs şəhər üzərinə böyük intiqam gəlməz inşallah.» O zaman, kahin dedi: «Allah bizi bağışlasın və sən bizim üçün dua et.»[71] |
«Onun ayaqqabı bağlarını açacaq dəyərdə deyilsəm də, Allahdan onu görmə rəhmət və bərəkətini almışam.» O zaman qubernator və kralla birlikdə kahin cavab verib dedi: «Özüvü kədərləndirmə ey İsa, Allahın müqəddəsi, çünki, bizim zamanımızda bu fitnə bir daha olmaz, bundan ki, müqəddəs Roma senatına o şəkildə yazacağıq ki, imperatorluq iradəsiylə kimsə sənə bundan belə Allah və ya Allahın oğlu deməyəcək.»[72] |
Müsəlmanlarının müqəddəs kitabı Quranda da mövzunun oxşarı öz əksini tapmışdır:
27. (Məryəm) uşağı götürüb öz adamlarının yanına gəldi. Onlar dedilər: "Ey Məryəm! Sən çox əcaib bir şeylə (atasız uşaqla) gəldin! (Və ya çox çirkin bir iş gördün!) 28. Ey Harunun bacısı! Atan pis kişi, anan da zinakar deyildi!" 29. (Məryəm onun özü ilə danışın, deyə) ona (uşağa) işarə etdi. Onlar: "Beşikdə olan uşaqla necə danışacaq?" - dedilər. 30. (Allahdan bir möcüzə olaraq körpə dilə gəlib) dedi: "Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi. 31. O, harada oluramsa olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. 32. O, həmçinin məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! 33. Doğulduğum gün də, öləcəyim gün də, diriləcəyim (qəbirdən diri olaraq qaldırılacağım) gün (qiyamət günü) də (Allahdan) mənə salam olsun!" 34. Bu, (yəhudilərin və xaçpərəstlərin barəsində) şübhəyə düşdükləri Məryəm oğlu İsa haqqında (Allahın buyurduğu) haqq sözdür! (Yaxud (yəhudilərin və xaçpərəstlərin) barəsində şəkk-şübhə etdikləri Məryəm oğlu İsa haqq söz olaraq budur). 35. Allaha (özü üçün) övlad götürmək yaraşmaz. O, pakdır, müqəddəsdir. O, hər hansı bir şeyi yaratmaq istədikdə ona yalnız: "Ol!" deyər, o da dərhal olar.[73] |
Bibliyada, Əhdi-Cədiddə Pavel deyir:
11 Kefa Antakyaya gəldikdə isə şəxsən ona qarşı çıxdım, ona görə ki tənqidə layiq idi. 12 Çünki Yaqubun yanından bəzi adamlar gəlməmişdən əvvəl Pyotr başqa millətlərdən olanlarla yemək yeyirdi. Həmin adamlar gəldikdə isə sünnət tərəfdarlarından qorxaraq başqa millətlərin yanından çəkilib ayrı durdu. 13 Onunla birlikdə o biri Yəhudilər də ikiüzlülük etdilər. Hətta Barnaba belə, onların ikiüzlülüyünə qapıldı. 14 Amma mən Müjdənin həqiqətinə görə düzgün riayət etmədiklərini görəndə hamının qarşısında Kefaya dedim: «Əgər sən yəhudi olduğun halda yəhudi kimi deyil, başqa millətlərdən biri kimi yaşayırsansa, necə başqa millətləri Yəhudi kimi yaşamağa məcbur edirsn?»[74] |
Barnaba da Barnaba İncilində Pavelin adını çəkərək deyir:
...Çox sevimli, uca və ulu Allah, böyük öyrətmə və möcüzələr mərhəmətindən bu son günlərdə peyğəmbəri İsa Məsih vasitəsilə bizi ziyarət etmişdir; Şeytan tərəfindən aldadılan bir çoxları, dindarlıq maskası altında ən dinsiz əqidəni vəz edərək, İsaya Allahın oğulu deməkdə, Allahın sonsuza qədər əmr etdiyi sünnət olmağı rədd etməkdə və hər cür çirkli ətin yeyilməsinə icazə verməkdə olduğundan, - bunlar arasında olan, şəxsindən kədər hiss etmədən söz edə bilmədiyim Pavel də aldadılmışdır- xilas olasınız, Şeytan tərəfindən aldadılmayasınız və Allahın hökmü qarşısında hüsrana uğramayasınız deyə İsa ilə etdiyim söhbət və görüşmələrdə gördüyüm və eşitdiyim gerçəyi yazıram. Bu səbəblə, sənə yazdığımın əksinə yeni əqidəni vəz edəcək hər kəsə diqqət yetir ki, əbədi qurtuluşa çatasan...[75] |
Bəzi iddialara görə, Barnaba İncilinin italyanca əlyazmasında müəyyən anaxronizmlər mövcuddur.[76][77] Kitabın türkcə tərcüməsinin ön sözündə bəzi iddialar haqqında belə deyilir:
Yuxarıda sadalananlara nəzər yetirildiyində Barnaba İncilinin tarixi müddətində müsəlmanların bir qatqıları olmadığı açıqdır. Müsəlmanların bu İncilə maraq və əlaqələrinin səbəbi bir peyğəmbər olaraq qəbul etdikləri Hz. İsanın gerçək həyat hekayələrinə və Allahın göndərdiyi kitablardan biri olduğuna inandıqları İncilin gerçək halına duyduqları təbii maraqlarıdır. Bu incilin 2000 il əvvəlki gerçək incilin tam olaraq eynisi olduğunu da iddia edə bilmərik. Çünki Kanonik qəbul edilən digər 4 incil kimi bu incil də Hz. İsa (ə.s)ın dili olan arami dilində deyil, bəlkə bir neçə dəfə tərcümə edilmiş bir mətndir; məsələn, Aramicədən, yunancaya, latıncaya daha sonra italyancaya tərcümə edilmiş ola bilər. Türkcə tərcüməyə mənbəlik edən ingiliscə mətn isə hələ də Vyana Hofbibliothekdə olan italyanca nüsxədən bu əsrin əvvəllərində tərcümə edilmişdir. Mücərrəd və çox yüksək dini anlayış və mövzuların tamamilə fərqli mədəniyyət və şərtlər altında danışılan, səmavi dinlərə xarici bir başqa dilin sözləriylə (O zamanların yunancası və latıncası və s.) ifadə edilməsindəki aşılmaz çətinliklərin yanında tərcümələr əsnasında, tərcüməçilərin yetkinlik dərəcələrinin ya da bilgisəl çatışmazlıqlarının; qəsdsiz-texniki söz səhvlərinin rol oynaya biləcəyi gözardı edilə bilməz. Bu incil vasitəsiylə sezilən və tarixi müddətiylə varılan nəticə "əsl incildən" güclü inikasları əks etdirməsidir. Ziddiyyət olaraq iddia edilənlər mətndə iştirak edən təməl mövzu istiqamətlərində deyil, tam tərsinə, Barnaba İncilini digər incillərdən ayıracaq ən açıqlayıcı söz "başdan sona əsaslı" olacaqdır.[78] |
Kitabın 3-cü fəslində yazılıb:
Yəhudiyədə Hirod hökm sürür və Arma ilə Sayfa şəhərlərində isə Pilotus vali idi.[79] |
217-ci fəsildə isə yazılıb:
Pilotus, belə bir vəziyyətdən özünü sıyırmaq üçün dedi...[80] |
Barnaba İncilinə əsasən həm İsa doğulan zaman və həm də onun yerinə İuda İşkaryot çarmıxa çəkilən zaman Yəhuda valilərindən birinin adı Pilotus imiş. Bəzi iddialara görə, bu bəzi tarixi mənbələrə ziddir.[77] Kitabın türkcə tərcüməsinin ön sözündə bu iddiaya belə cavab verilir:
Digər bir ziddiyyət iddiası fərqli dövrlərdə Romalı valinin (Plate-pilatus-pilotus) adı haqqında dilə gətirilir ki, bu əgər tərcümələrdən qaynaqlanan bir səhv deyilsə, iki cür açıqlana bilər: İsanın yer üzündə qaldığı 33 il boyunca eyni adamın valiliyi davam etdirdiyi.. Ya da iki ayrı validirsə eyni adı daşıdıqları...[81]
|
Kitabın 21-ci fəslində yazılıb:
... İsa, Qalilə dənizinə getdi və bir gəmiyə minərək Nazaretə doğru yola çıxdı...[82] |
151 və 152-ci fəsillərdə yazılıb:
... İsa sonra bir gəmiyə mindi və həvarilər çörək gətirməyi unutduqlarından görə kədərlənidilər...[83] İsa Qüdsə gəlib də, bir səbt günü məbədə girdiyi vaxt, əsgərlər onu təhrik etmək və götürüb aparmaq üçün yaxınlaşıb dedilər:...[84] |
İsanın böyüdüyü ehtimal edilən Nazaret qəsəbəsi, ona ən yaxın göl olan Təbəriyyə gölündən 25 km uzaqlıqda və 600 m yüksəklikdədir. Qüds şəhəri isə ona ən yaxın göl olan Ölü dənizindən 23 km uzaqlıqda və 811 m yüksəklikdədir. İddialara görə, bu coğrafi bir anaxronizmdir, çünki Nazaretdən Qüdsə gəmi ilə hərəkət etmək mümkünsüzdür.[77] Lakin R. Blackhirst bu iddianı düzgün hesab etmir.[85]
Kitabın türkcə tərcüməsinin ön sözündə bu iddiaya belə cavab verilir:
Maraqlıdır ki, ən çox ziddiyyət iddiasının vurğulandığı yer 151-ci hissədə İsa (ə.s) və Həvarilərinin Nazaretdən Qüdsə etdikləri səfərin çox xülasə izahatıyla əlaqədardır. Qüdsdən Nazaretə edilən bir səfər isə 20-ci hissədə daha ətraflı izah edilmişdir. Ziddiyyət iddiasını səsləndirənlər 151-ci hissədən, "Nazaretdən Qüdsə gəmiylə gedildi" mənasının çıxarılmasını istəməkdədirlər. Halbuki 20-ci hissədə Qüdsdən Nazaretə edilən səfərin yolu dönüş yolu üçün də etibarlı olmalıdır. Yol marşurutunu anlaya biləcəyimiz 20-ci hissə "İsa Qalilə dənizinə getdi və bir gəmiyə minərək Nazaretə doğru yola çıxdı. Bu sırada dənizdə böyük bir fırtına başladı." cümlələriylə başlayır. Dörd İncildən Mattada bu mövzu çox bənzər şəkildə izah edilmişdir:"İsa qayığa minərək gölü keçdi və öz şəhərinə gəldi." (Matta 9/1)[86] Səfər əsnasında əvvəl Qalilə gölü ətrafına baş çəkildiyi, səfərin bir qisiminin Qalilə gölü üzərindən reallaşdığı aydın olar və hər hansı bir ziddiyyətdən söz edilə bilməz. Səfər yolları (2000 il əvvəlki) mövcud yol alternativlərinə, yolların vəziyyətinə, təhlükəsizliyinə və ya başqa məqsədlərə uyğun olaraq təyin oluna bilər. Barnaba İncilində güya "Nazaret Limanından", "Nazaretə gəmiylə gedildiyi"ndən və "Nazaretdən Qüdsə gəmiylə gedildiyi"ndən bəhs edildiyini irəli sürən bir ətraf, bir süni "ziddiyyət" ortaya çıxarmağa çalışmaqdadır. Yuxarıda iştirak edən obyektiv-dəqiq-tarixi məlumatlara etiraz etmək yerinə romantikliyi əks etdirən bir alayçılıq və demoqojik yanaşmalara yönəlinməsi diqqət çəkicidir. Halbuki, səfərin çox bənzər şəkildə izah edildiyi Matta İncili bu ətraf tərəfindən görməməzlikdən gəlinə bilməz. Qüds, Nazaretə və Qalilə gölü arasında bu gün mövcud olan quru yolları uzunluqları belədir: Qüdsdən Qalilə gölünün Qüdsə ən yaxın yeri olan Dqanya Betə 156 km (5-6 gündəlik gediş məsafəsi), Tiberiya, yəni Qaliley gölünün Nazaretə ən yaxın yerindən Nazaretə 30 km (Bir günlük gediş məsafəsi) Qüdsdən birbaşa Nazaretə 160 km (5-6 günlük gediş məsafəsi). Göründüyü kimi bu gün mövcud yol alternativləri arasında belə yol müddətləri baxımından böyük fərqlər yoxdur.[87]
|
Kitabın 42-ci fəslində belə yazılıb:
[62]
|
Barnaba İncilinə əsasən İsa Məsih olmadığını deyir. Lakin kanonik İncillərə və Qurana[88] əsasən Məsih İsadır.
Barnaba İncilinin 43-cü fəslində isə İsa camaata "Məsih deyərkən Allahın elçisini nəzərdə tuturzunuzsa" şəklində ifadə ilə müraciət edir:
...Sonra İsa dedi: «Elə isə, Allahın elçisi gələcəyi zaman, hansı soydan olacaq?» Həvarilər cavab verdilər: «Davudun (soyundan).» Bunun üzərinə İsa dedi: «Siz özünüzü aldadırsınız; çünki Davud belə söyləyərək ona ruhundan rəb (əfəndi) deyər: Allah rəbbinə, «Mən düşmənlərinə sənin ayaq taburetin edənə qədər sağ yanımda otur» dedi. Allah düşmənlərinin ortasında rəblik qazanacaq olan əsanı göndərəcək. «Əgər, sizin Məsih dediyiniz Allahın Elçisi Davudun oğludusa, Davud ona necə «rəb» dey bilər? Mənə inanın, sizə söyləyirəm ki, vəd İsmayıla edilmişdir, İshaqa deyil.»[60] |
Kitabın türkcə tərcüməsinin ön sözündə bu məsələyə elə aydınlıq gətirilir:
Məsih terminini İsadan sonra gələcək peyğəmbər haqqında tələffüz edilməsi Hz. İsanın Məsih olmadığından deyil, mətndən də aydın olacağı üzrə o dövr birliklərinin Məsih deyildiyində bunu ən son gələcək Allahın Elçisi (s.ə.v) hesab etmələridir. İsa "Sən Məsihsənmi?" şəklindəki suallara cavab verərkən özündən sonra gələcək Allahın Elçisi (s.ə.v)ından xəbər verməkdədir. Barnaba İncilinin ilk başlığında, girişi və 6-cı hissəsində də İsa peyğəmbər üçün "Məsih" deyilməkdədir. İsa peyğəmbərin "Sən Məsihsənmi?" şəklindəki suala verdiyi cavabı bu gerçəyi göstərir: «..Çünki mən sizin «Məsih» dediyiniz, məndən əvvəl yaradılmış və məndən sonra gələcək və inancı (dini) sona çatmasın deyə gerçəyin sözlərini gətirəcək olan Allahın Elçisinin ayaqqabılarının iplərini və ya corablarının bağlarını həll edəcək dəyərdə deyiləm.»[62] Burada sualı soruşan birliyin "Məsih" anlayışının diqqətə alınaraq buna uyğun bir cavab verildiyi aydın olmaqdadır. Yoxsa Hz. İsanın Məsih olmadığı deyil. Bu da nəzərdə tutulmalıdır ki, yuxarıda da ifadə edildiyi kimi bəzi detallarda əsrlər boyunca edilən tərcümələrdə, tərcümə ya da texniki səhvlər mümkün ola bildiyi kimi ziddiyyət iddialarının arqumentlərində də romantik səbəblərdən ya da səhv məlumatlardan qaynaqlanan bəzi səhvlər ola biləcəyi gözardı edilə bilməz.[89] |
Kitabın 119-cu fəslində yazılıb:
...Əgər insan gübrəni qızıla və palçığı şəkər tozuna çevirə bilsə, nə edər?...[90] |
İddialara görə, bu tarixi bir anaxronimzdir, çünki şəkər tozu I yüzillikdə Aralıq dənizi hövzəsinə hələ mövcud olmamışdır.[91] Kitabın türkcə tərcüməsinin ön sözündə bu iddiaya belə cavab verilir:
İsa peyğəmbərin (ə.s) 119-cu hissədə şəkərlə əlaqədar verdiyi bir nümunə haqqında danışılır. Barnaba İncilindəki mətn izahatından o dövrdə şəkərin çox qiymətli olduğu aydın olur. İsa dövründə şəkərin bilinmədiyini müdafiə edən bəzi etirazçılar şəkər qamışından şəkər istehsalı məlumatının 7-ci əsrdən əvvəl bölgəyə çatmadığını iddia edir. Elə olsa da, hərhalda dayandıqca şəkərlənən bal və bəkməz kimi şirin qidalardan da şəkər edilə biləcəyi gözardı edilir. Ayrıca, Hindistanda o dövrdə şəkər qamışı kristal halına gətirilə bilirdi.[81] |
George Sale 1734-cü ildəki ingilis dilindəki Quran tərcüməsində Barnaba İncilindən bəhs edir.[92] Pakistanlı müsəlman alim dr. Gulam Cilani Bark kitab haqqında belə deyir:
Xristianlar əldəki Barnaba İncilinin həqiqi olması məsələsini çürütmüşdür. Buna görə də əsərin həqiqi olma iddiası ancaq Hz. Məhəmmədin zamanından öncə yazılmış bir kopyası ortaya çıxan zaman doğrulana bilər. Bu isə indiyə qədər mümkün olmamışdır.[93] |
Barnaba İncilinin saxta olduğunu iddia edən müsəlman alimər:
Bəzi ölümlər Barnaba İncili ilə əlaqələndrilimiş və şübahəli olaraq qiymətləndirilmişdir.[48]
1996-cı ildə Kiprdəki həvari Barnabanın məzarında oğurluq hadisəsi baş vermişdir. Bu hadisələrlə əlaqədar Kiprə gedən türk jurnalist Qutlu Adalı bu mövzuda araşdırma aparmış və qəzetdə bu haqda bir neçə məqalə yazmışdır. Bu hadisədən bir neçə gün sonra Qutlu Adalı 6 iyul 1996-cı ildə öldürülmüşdür. Məhkəmədə cinayət işi öz həllini tapa bilməmiş və cinayət işinin üstü açıla bilməmişdir. Bununla əlaqədar Qutlu Adalının həyat yoldaşı İlkay Adalı məsələni Avropa İnsan Hüquqları Məhkəməsinə daşımış və məhkəmə Kipr məhkəməsinin məsələ ilə kifayəq qədər ciddi maraqlanmadığı qərarını vermiş və Kipr tərəfini 95 min avro cərimə etmişdir. Sonradan bəzi açıqlamalar verən İlkay Adalı həyat yoldaşının bəzi məsələləri araşdırdığı üçün öldürüldüyünü demişdir.[98]
Barnaba İncilinin tədqiqatçılarından biri olmuş Nəqşibəndi təriqətinin İskəndərpaşa icması rəhbəri Mahmud Əsəd Coşan 4 fevral 2001-ci ildə Avstraliyanın Dubbo şəhərinin girişində içində olduğu avtomobilə yük maşınının dəyməsi nəticəsində yeznəsi prof. dr. Əli Yücəl Uyarəl ilə birlikdə həlak olmuşdur. Qəzadan sonra aparılan araşdırmalarda qəzanın səbəbi bilinməmişdir. Sonradan səbəbi bilinməyən bir helikopter qəzasında öləcək olan Möhsün Yazıçıoğlu Ankarada, Səda şirniyyatxanasında dostları ilə birlikdə təşkil etdiyi "Barnaba toplantısı"nda M. Ə. Coşan haqqında belə demişdir: "Əsad müəllim də bu işi çox araşdırdı. O da bu mövzunun açıqlığa qovuşmasını çox istəyirdi. Ancaq ömrü vəfa etmədi."[48]
Həmzə Hocagilin dediyinə görə: Barnaba İncilinin I (İsrail) nüsxəsini İsraildən Türkiyəyə gətirdikdən sonra, əvvəlcə İtaliyaya aparmışlar. İtaliyada vatikanlı Kardinyal Pompedda nüsxəni görmüş və 350 min avro qarşılığında almış, lakin sonradan Viktoriya Rabinin alış-verişə etirazı səbəbilə nüsxə geri qaytarılmışdır. Bu hadisədən sonra 18 oktyabr 2006-cı ildə Kardinyal Pompedda bilinməyən səbəblə[99] vəfat etmişdir.[100]
Türk siyasətçi Möhsün Yazıçıoğlu 25 mart 2009-cu ildə helikopter qəzası nəticəsində həyatını itirmişdir. 7 mart 2012-ci ildə Türkiyə qəzetlərindən "Takvim" qəzetində Emin Bazarçının köşə yazısı olan "Reis'in Ölüm Sebebi Barnabas İncili mi?" adlı bir məqalə çıxmışdır.[101] Məqalədə Yazıçıoğlunun ölümü ilə bağlı bəzi iddialar ortaya atılmışdır.[102] Bu iddialardan sonra TBBP lideri Mustafa Dəstiçi bu iddiaları rədd etmişdir.[103] 8 mart 2012-ci ildə Emin Bazarçının "Şüpheli Barnabas ölümleri" məqaləsində Yazıçıoğlunun dostu Lütfü Şahsuvaroğlu Yazıçoğlunun Barnaba İncili ilə olan əlaqələri haqqında belə demişdir:"Biz Möhsün başqanla Barnaba İncilini, 2000-ci illərdə, Baş qərargahın əlində olduğu müzakirə edilərkən danışmışdıq. Mən özünə bu mövzuya çox əhəmiyyət verdiyimi söyləmişdim. Hətta, İncilin Baş qərargahın əlində olduğu xəbərləri ilə əlaqədar olaraq da "Bu Türkiyənin qərbə qarşı ən əhəmiyyətli silahlarından biridir" qiymətləndirməsini etmişdim. İslamın dalğa-dalğa yayılacağını çox əvvəldən ortaya qoyan tarixi İncilin ortaya çıxmasının qərbə necə təsir edəcəyini düşünə bilirsinizmi?."[48]
2000-ci ildə Türkiyədə bir qaçaqmalçılıq əməliyyatı zamanı bir qədim əlyazma kitab ələ keçirilmişdir. Baxış zamanı aydın olmuşdur ki, nüsxə süryani əlifbası ilə aramicə ceyran dərisi üzərinə yazılmış (1500 illik olduğu təxmin edilən) 32 səhifəlik bir İncildir. Nüsxə 8 il Türkiyənin paytaxtı Ankara şəhərində şəhər ədliyyə məntəqəsində saxlanmış və 8 ildən sonra Ankara Etnoqrafiya Muzeyinə qoyulmuşdur. İncilin Barnaba İncili olması haqqında iddialar ortaya atılmış və Vatikanın bu nüsxəni araşdırmaq üçün müraciət etdiyi bildirilmişdir.[47] Aramicə mütəxəsisi və Barnaba İncilinin aramicə nüsxələrinin tədqiqatçılarından prof. dr. Həmzə Hocagil isə bu nüsxənin Barnaba İncili olmadığını söyləmişdir.[104] Tədqiqatçı-jurnalist Aşur Qivarqis (ing. Ashur Giwargis) nüsxənin ilk səhifəsindəki cümlələri aşağıdaki kimi tərcümə etmiş və nüsxənin 500 illik adi İncil olduğunu açıqlamışdır.
“B’shimmit Maran Paish Ktiwa Aha KTAWA 3al Idateh D’Rabbaneh D’Dera 3illaya B’Ninweh B’Sheeta D’Alpa woo Khamshamma D’maran“ “Rəbbin (Tanrının) adıyla, bu kitab İsadan sonra 1500 ilində, Ninovadakı manastır rahibləri tərəfindən yazılmışdır“ Aşur Qivarqis
|
Vyanadakı Hofbibliothek Kitabxanasındakı italyanca əlyazma nüsxə tədqiqatçılar Lonsdeyl Req (ing. Canon Lonsdale Ragg) və Beqqu Laura Req (ing. Beggo Laura Ragg) tərəfindən ingilis dilinə tərcümə edilərək 1907-ci ildə Oksford Universitetinin "Clarendon" nəşriyyatı tərəfindən italyanca mətni ilə yanaşı çap edilib, ön söz və şərhlə yayınlanmışdır.[106] Bu nəşrdən dövrümüzə yalnız 2 nüsxə qalmışdır. Bunlardan biri Britaniya Muzeyində, digəri isə Vaşinqtonda Konqres Kitabxanasında saxlanılır.[107]
Kitab 1908-ci ildə prof. Xəlil Səadət tərəfindən ərəb dilinə tərcümə edilmiş[108] və Məhəmməd Rza Rəşid tərəfindən müqəddimə yazılaraq nəşr edilmişdir.[109]
1907-ci il nəşrinin Konqres Kitabxanasındakı yeganə nüsxəsini ilk dəfə 1970-ci illərdə ABŞ-də hərbi təlimdə olan pakistanlı müsəlman bir general olan Məhəmməd Əbdürrəhim aşkar etmiş və bu nüsxəsinin mikrofilm kopyasını əldə edib özü ilə Pakistana aparmış və 1973-cü ildə nəşr etdirmişdir.[110][111] 1970-ci illərdə Pakistanın "Begüm Aisha Bawany Fondu"[112] mikrofilmləri kitab halına salıb bir neçə dəfə nəşr etdirmişdir.[113][114]
1907-ci il nəşri Mehmet Ulduz türk. Mehmet Yıldız tərəfindən ilk dəfə türk dilinə tərcümə edilmiş və 1988-ci ildə "Kültür Basın Yayın Birliği" nəşriyyatı tərəfindən nəşr edilmiş və sonradan bir neçə dəfə təkrar çapdan çıxmışdır.[115]
1907-ci il nəşri ingiliscə 2007[116], 2008[117] və 2010-cu ildə yenidən nəşr edilmişdir.[118]
2007-ci ildə kitab D. Aribcanov tərəfindən tam şəkildə rus dilinə tərcümə edilmişdir.[119]
2009-cu ildə kitabın bir qismi Musarza Heydərzadə tərəfindən Azərbaycan dilinə tərcümə və şərh edilmişdir.[120]
2011-ci ildə kitab tam şəkildə yenidən, bu dəfə Qədri Çəlik (türk. Kadri Çelik) tərəfindən türk dilinə tərcümə edilmiş və "Tutku" nəşriyyatı tərəfindən nəşr edilmişdir.[121]
2008-ci ildə türk yazçıçı Aydoğan Vətəndaş kitab və onun aramicə nüsxələrindən də bəhs edən Apokrifal kitabını yazmışdır.[122]
Aydoğan Vətəndaş 2009-cu ildə isə kitabın aramicə nüsxələrindən bəhs edən "İtirilmiş kitab Barnabanın sirri" (türk. Kayıp Kitap Barnabas'ın Sırrı) romanını yazmışdır.[47][123][124]