Karelin tritonu

Əvvəllər Karelin tritonu daraqlı tritonun yarımnövü kimi qeyd edilirdi. Aparılan karioloji və biokimyəvi tədqiqatlar nəticəsində o sərbəst növ kimi göstərilmişdir. Hal-hazırda Karelin tritonu iki yarımnövü ayrılır:

Karelin tritonu
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Karelin tritonu
Beynəlxalq elmi adı
  • Triturus karelinii karelinii Strauch, 1970 — nominativ yarımnöv,
  • Triturus karelinii arntzeni Litvinchuk, Borkin, Dzukic, и Kalezic, 1999.

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Adi tritondan bədən ölçüsünün iriliyinə görə fərqlənir. Uzunluğu 180 mm-ə çatır. Dərisi iri ziyillərə malikdir. Üst tərəfdən qara və ya şabalıdı rəngdədir, qarın hissəsi narıncı rəngdə olub, iri xallıdır. Erkəyin bel darağı çoxalma dövründə dişli olub, quyruğun əsasında kəsilir; quyruğun yan tərəfində mavi-ağ zolaq uzanır. Dişilər həmişə daraqsızdır. Quyruğu yanlardan basıq, ucu sapşəkilli uzunsovdur.

Karelin tritonu Kiçik Asiyanın şimalında və Avropanın çox hissəsində[2], Azərbaycanda isə Böyuk Qafqazın cənub və şimal-şərq yamaclarında, o cümlədən Lənkəran təbii vilayətinin müxtəlif ərazilərində yayılıb. Bu ərazilərdə nominativ Triturus karelinii karelinii (Strauch, 1870) yarımnövünə rast gəlinir.

Yaşayış yerləri

[redaktə | mənbəni redaktə et]

Ən çox meşə, meşə-çöl və dağ-çöl landşaftlarında rast gəlinir. Azərbaycanda sayına dair məlumat yoxdur, lakin bu növ hər yerdə azsaylıdır.

Adi triton kimi Karelin tritonu da gecə həyat tərzi keçirir. Gündüzlər çürümüş kötüklərdəki boşluqlarda, daşların arasında, ağac kökləri altında, meşə döşənəyində və gəmiricilərin yuvasında gizlənir. Suda, həm gündüz, həm də gecə fəal olur. Qışlama yerlərini mart-aprel aylarında tərk edib, su hövzələrinə gedir. Bu dövrdə onları adi tritonlarla birgə müşahidə etmək olur, lakin yaşayış ərazisinə görə onlar arasında rəqabət yoxdur. Onların ekoloji mövqeyi müxtəlifdir. Karelin tritonu su hövzəsinin daha dərin qatlarında, adi triton isə suyun yaxşı qızan hissəsində, yəni səthinə yaxın üst qatında yaşamağa üstünlük verir. Suya daxil olduqdan az sonra onlarda "nikah oyunları" başlayır. Erkəklər bu zaman çox bəzəkli olur. 80–600 yumurta qoyur (əksər hallarda 150–200). Adi tritondan fərqli olaraq, dişilər yumurtalarını yarpağa bükmür, əksinə, suda üzən yarpaqların alt tərəfinə yapışdırır və 13–18 gündən sonra sürfə əmələ gəlir. Onun xarici qəlsəmələri olur.[3] Oktyabrda qışlamağa gedir. Karelin tritonunun sürfəsi adi tritonun sürfəsindən quyruğunun uc hissəsinin uzunluğu və ətraflardakı daxili barmaqların çox uzun olması ilə fərqlənir. Müxtəlif onurğasızlarla qidalanır. Zərərli cücülərlə məhv etməklə böyük xeyir verir və yerli meşə təsərrüfatı üçün əhəmiyyətli növdür. Qış yuxusuna getməsi oktyabrın sonu və ya noyabrın əvvəllərində baş verir. Suda–quruda yaşayanların Avropa növləri içərisində aşağı temperatura ən dözümlüsüdür. Adi triton kimi, onlar da quruda mamır örtüyü altında, köhnə kötüklərdəki boşluqlarda, gəmirici yuvasında qışlayır.

Mühafizə statusu

[redaktə | mənbəni redaktə et]

Sayı azalmaqda olan növdür (EN). Azərbaycanın Qırmızı Kitabının II nəşrinə daxil edilmişdir.

Lənkəran təbii vilayəti ərazisində süni su hövzələrində kiçik qruplar şəklində 4–6 fərdinə rast gəlinir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Əsasən, meşələrin qırılması, su mənbələrinin quruması və çirklənməsi.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

İUCN siyahısına (LC kateqoriyası) salınmışdır. Konkret qorunma tədbirləri hazırlanmamışdır. Zaqatala Dövlət Təbiət Qoruğunda və Hirkan Milli Parkında qorunur. Bern Konvensiyasına (əlavə II) daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Kənd və meşə təsərrüfatlarında qorunmasını təbliğ etmək vacibdir. Bu növün İUCN siyahısına LR kateqoriyası ilə daxil edilməsi məsləhət görülür

  • Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013
  • Azərbaycan heyvanlar aləmi, III Onurğalılar, Bakı: Elm, 2004, 619 s.
  • Azərbaysan Respublikasının Qırmızı kitabı, II hissə, Bakı, "Şərq-Qərb nəşriyyatı, 517 s.
  • Алекперов А.М. Земноводные и пресмыкающиеся Азербайджана. Изд-во "Элм". Баку, 1978, 264 с.
  • Гасымова Г.Х., Ганиев Ф.Р. Современная систематика амфибий Азербайджана, Труды Института Зоологии, XXIX том, Баку: Элм, 2011, стр. 358–362

Adi triton

  1. Integrated Taxonomic Information System (ing.). 2005.
  2. Описание и ареал [ölü keçid] (ing.) на сайте Global Amphibian Assessment Arxivləşdirilib 2011-04-12 at the Wayback Machine
  3. Azərbaycanın Qırmızı Kitabı, II Cild, Bakı, 2013

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]