Karen Kokburn

Karen Kokburn (2 oktyabr 1980, Toronto) — Kanadanı təmsil edən batut gimnastı. Karen Kokburn, 2000, 2004, 20082012-ci illərdə Kanadanı Olimpiya Oyunlarında təmsil edib. 2000 Sidney Olimpiadasında bürünc, 2004 Afina2008 Pekin Olimpiadalarında isə gümüş medal qazanan Karen Kokburn, həm də Dünya Çempionatlarında 2 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.

Karen Kokburn
ing. Karen Cockburn
Şəxsi məlumatlar
Tam adı Karen Kokburn
Vətəndaşlığı Kanada Kanada
Doğum tarixi (44 yaş)
Doğum yeri Toronto, Kanada
Boyu 161 sm.
Çəkisi 55 kq.
İdman növü Batut gimnastikası
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2000 Sidney Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Karen Kokburn, 2000-ci ildə Kanada bayrağı altında Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların finalında Kokburn, 37.40 xal topladı və 8 idmançı sırasında 3-cü yeri tutaraq Olimpiya Oyunlarının bürünc medalını qazandı.

2004 Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Karen Kokburn növbəti dəfə Olimpiya Oyunlarına, 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 39.20 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq Olimpiya Oyunlarının gümüş medalını qazandı.

2008 Pekin Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Karen Kokburn üçüncü dəfə Olimpiya Oyunlarına, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 37.00 xal topladı və 8 idmançı sırasında 2-ci yeri tutaraq yenə Olimpiya Oyunlarının gümüş medalını qazandı.

2012 London Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Karen Kokburn sonuncu, dördüncü dəfə Olimpiya Oyunlarına, 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında qatıldı. Bu səfər, yarışların finalında Kokburn, 55.860 xal topladı və 8 idmançı sırasında 4-cü yeri tutdu.