Karl Robert

Karl Robert və ya I Karl (mac. Károly Róbert, xorv. Karlo Robert, slovak. Karol Róbert, 1288[1], Neapol[2]16 iyul 1342[2][1], Vişeqrad[d], Peşt medyesi) — 1308–1342-ci illərdə MacarıstanXorvatiyanın kralı, Anju sülaləsinin üzvü, macar kralı Karl Martelin tək oğlu[3].

Karl Robert
mac. Károly Róbert
1301 – 1342
Şəxsi məlumatlar
Doğum tarixi 1288[1]
Doğum yeri
Vəfat tarixi 16 iyul 1342[2][1]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti monarx
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karl Robert Kral Martel və xanımı Avstriyalı Klemensin tək oğlu idi. O 1288-ci ildə anadan olmuşdur. Doğum yeri haqqında dəqiq məlumat yoxdur. Atasının 1295-ci ildə vaftından sonra 7 yaşlı Robert taxta oturur.

1300-cü ildə Karl nüfuzlu xorvat lord Pol Şubiçin dəvəti ilə Macarıstan krallığına gəldi. O taxta çıxsa da Karlın başına müvəqqəti tac qoyuldu. Buna səbəb macar əsilzadələrin ona tabe olmaması, müstəqil siyasət yeritməsi idi. Əsilzadələr Bohemiya kralı Venseslası dəstəkləyirdilər. Papa VIII Bonifas onu kral elan etsə də, bu onun əsilzadələr arasındakı nüfuzuna təsir etmədi. Mərkəzləşmiş dövlət olmadığından Macarıstan krallığı bir neçə əyalətlərə parçalanmışdı[4]. Bu əyalətlərin idarəçilərindən biri III Ladislav Kan 1307-ci ildə hücum edərək Bavariyanı ələ keçirdi. Bu hadisədən bir il sonra 1308-ci ilin 28 noyabr tarixində Karl Peştdə kral elan edildi, lakin onun hakimiyyəti nominal olaraq qaldı. Kral olduqdan sonra Karl nadir hallarda ərazi bağışlamışdır. Bunun əvəzinə o "vassalıq ofisi" adlı sistem yaratmış və sadəcə krallığa öz bağlılığını sübut edən şəxslərə torpaqlar paylamışdır. Hakimiyyətinin ikinci dövründə o dietləri ləğv etdi və mütləq hakimiyyəti öz əlinə aldı. Karl Robert cəngavərlərin ilk dünyəvi ordenini yaratmışdır. Onun hakimiyyəti illərində Macarıstan Avropanın ən böyük qızıl istehsalçısı idi. Hətta ilk qızıl pul vahidlərini də məhz Karl istifadəyə buraxdırmışdır. 1335-ci ildə Vişeqrad Konqresi zamanı Karl iki dövlət: PolşaBohemiya arasında vasitəçilik etdi. Bu konfransda bağlanan sazişə əsasən Macarıstanı bütün Avropa ilə birləşdirən yollar açıldı. Karlın iqtisadi və inzibati islahatları Macarıstanın birləşdirilməsində mühüm rola malik idi[5]. Karl ilk zəfərini 1312-ci ildə iyun ayının 15-də Razqoni döyüşündə əldə etmişdir. 1312-ci ildə onun ordusu Aba ailəsinin ən güclü qəsrlərini tutdu. Növbəti on illikdə kiçik feodalların köməyi ilə öz hakimiyyətini krallığın ucqar ərazilərində belə bərpa etməyə nail oldu. Böyük oliqarx Matyu Çakın vəfatından sonra 1321-ci ildə Karl Xorvatiya istisna olmaqla bütüm krallığda hakimiyyəti öz əlinə aldı. 1330-cu ildəki Poşada döyüşündə aldığı məğlubiyyət nəticəsində o, Valaxiyanın yüksəlişinin qarşısını ala bilmədi. Dönəmin tarixçiləsin onun bu məğlubiyyətini "Tanrının inqitamı" adlandırmışdılar.

  1. 1 2 3 4 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #11898831X // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  3. Kristó, Gyula. "Károly Róbert családja [Charles Robert's family]" (PDF). Aetas (macar). 20 (4). 2005: 14–28. ISSN 0237-7934. 2022-08-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-08.
  4. Knoll, Paul W. The Rise of the Polish Monarchy: Piast Poland in East Central Europe, 1320–1370. The University of Chicago Press. 1972. ISBN 0-226-44826-6.
  5. Szovák, Kornél. Kálmán 3. [Coloman 3.] // Kristó, Gyula; Engel, Pál; Makk, Ferenc (redaktorlar ). Korai magyar történeti lexikon (9–14. század) [Encyclopedia of the Early Hungarian History (9th–14th centuries)] (macar). Akadémiai Kiadó. 1994. 316–317. ISBN 963-05-6722-9.