Karlen Xudaverdiyev (tam adı: Karlen İsgəndər oğlu Xudaverdiyev; 27 may 1935, Bakı – 10 may 2012) — fizika-riyaziyyat elmləri doktoru, professor.
Karlen İsgəndər oğlu Xudaverdiyev 1935-ci il mayın 27-də Qərbi Azərbaycanın Vedinin Böyük Vedi kəndində ziyalı ailəsində anadan olub.
1943–1951-ci illərdə Vedi rayonunun Böyük Vedi kənd orta məktəbində oxuyub.
1951–1953-cü illərdə Ucar şəhər orta məktəbində oxuyub və oranı qızıl medalla bitirmişdir.
1953–1958-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1958–1961-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsində aspiranturada oxuyub.
1962-ci ildə "İkinci tərtib qeyri-xətti hiperbolik tənliklər üçün qarışıq məsələnin Furye metodu ilə həlli" mövzusunda namizədlik disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi adı alıb.
1973-cü ildə "Qeyri-xətti hiperbolik tənliklər üçün çoxölçülü qarışıq məsələlər nəzəriyyəsinə dair" mövzusunda doktorluq disertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru adı alıb.
Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2009-cu il tarixli Sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adı verilmişdir
1958-ci ildən 2012-ci ilə qədər BDU-da çalışmışdır.
10 may 2012-ci ildə vəfat edib.
Ailəli idi, iki övladı var.
- 1984 — h/h, professor, kafedra müdiri, Riyaziyyat və onun tədrisi metodikasi kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
- 1977–1984, professor, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
- 1966–1977, dosent, Funksiyalar nəzəriyyəsi və funksional analiz kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU
- 1964–1966, baş müəllim, Cəbr və Həndəsə kafedrası, Riyaziyyat fakültəsi, ADPU
- 1961–1964, şöbə müdiri, Hesablama mərkəzi, BDU
Magistratura pilləsində müxtəlif seçmə fənnlər onun apardığı dərslərə aid idi. Diferensial tənliklər üçün sərhəd məsələləri onun tədqiqat sahəsi idi.
159 elmi məqalənin müəllifi idi, 36 elmlər namizədi yetişdirmişdir.
- 2006, Bakı, Azərbaycan: "AMEA-nın müxbir üzvü, professor B. A. İsgəndərovun 70 illik yubileyinə həsr olunmuş" Beynəlxalq konfrans
- 2007, Bakı, Azərbaycan: "Akademik A. C. Hacıyevin 70 illiyinə həsr olunmuş" konfrans
- 2007, Naxçıvan, Azərbaycan: "Riaziyyat, mexanika və informatikanın müasir problemləri" Beynəlxalq konfrans
- 2008, Nalçik, Rusiya: "Rusiya-Azərbaycan beynəlxalq simpoziumu" Beynəlxalq konfrans
- 2008, Gəncə, Azərbaycan:"Riyazi nəzəriyyələr, onların tətbiqi və tədrisi sahəsində olan problemlər" Beynəlxalq konfrans
- Bir sinif dördüncü tərtib yarımxətti psevdohiperbolik tənliklər üçün bir öz-özünə qoşma olmayan birölçülü qarışıq məsələnin ümumiləşmiş həllinin tədiqi.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2004, № 1, səh. 5–10
- Bir sinif ikinci tərtib qeyri-xətti hiperbolik tənliklər üçün bir öz-özünə qoşma olmayan birölçülü qarışıq məsələnin klassik həllinin tədiqi.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2004, № 2, səh. 13–22
- Bir sinif dördüncü tərtib yarımxətti psevdohiperbolik tənliklər üçün bir öz-özünə qoşma olmayan birölçülü qarışıq məsələnin sanki həryerdə həllinin tədiqi.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2004, № 3, səh. 5–12
- Bir sinif dördüncü tərtib yarımxətti psevdohiperbolik tənliklər üçün bir öz-özünə qoşma olmayan birölçülü qarışıq məsələnin klassik həllinin tədiqi.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2005, № 3, səh. 12–20
- Dördüncü tərtib yarımxətti parabolik tənliklər üçün birölçülü qarışıq məsələnin ümumiləşmiş həllinin tədiqi.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2006, № 1, səh. 5–14
- Dördüncü tərtib yarımxətti parabolik tənliklər üçün birölçülü qarışıq məsələnin sanki həryerdə həllinin tədiqi.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2006, № 2, səh. 5–15
- Dördüncü tərtib yarımxətti parabolik tənliklər üçün birölçülü qarışıq məsələnin klassik həllinin tədiqi.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2003, № 3, səh. 5–16
- Dördüncü tərtib yarımxətti biparabolik tənliklər üçün birölçülü qarışıq məsələnin ümumiləşmiş həllinin tədiqi.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2007, səh. 5–14
- Bir sinif üçüncü tərtib yarımxətti psevdoparabolik tənliklər üçün birölçülü qarışıq məsələnin sanki həryerdə varlığı.- Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2007, № 3, səh. 5–14
- Bir sinif qeyri-xətti Korteveqa-de Friza Bürqers tipli tənliklər üçün birölçülü qarışıq məsələnin sanki həryerdə varlığı haqqında. — Bakı Universitetinin Xəbərləri, Fizika-riyaziyyat elmləri seriyası, Bakı, 2008, № 3, səh. 5–13
- Qeyri-xətti hiperbolik tənliklər üçün qoyulmuş çoxölçülü qarışıq məsələ. Dərs vəsaiti, ADU Nəşriyyatı, 1987, (azərbaycan dilində)
- Triqonometrik tənliklər. Dərs vəsaiti. ADU Nəşriyyatı, 1989, 1,5 çap vərəqi
- Triqonometrik tənliklər sistemi. Dərs vəsaiti. ADU Nəşriyyatı, 1989, 1,5 çap vərəqi
- İnformatika və hesablama texnikasının əsaslarının tədrisi metodikası. Metodik göstəriş. ADU Nəşriyyatı, 1992, 31 s.
- Funksiya anlayışı tədrisinin bəzi məsələləri. Dərs vəsaiti. ADU Nəşriyyatı, 1993, 205 s.
- Elementar funksiyaların xassələri, qrafiki və onların çalışmalar həllinə tətbiqi. Dərs vəsaiti. ADU Nəşriyyatı, 2005, 4,8 çap vərəqi