Karles Alena Kastilyo (isp. Carles Aleñá Castillo; 5 yanvar 1998, Mataro, İspaniya) — Sequnda Liqa təmsilçilərindən olan Barselona B klubunda mərkəz yarımmüdafiəçisi kimi çıxış edən peşəkar İspaniya futbolçusudur.
Karles Alena | |||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||
Tam adı | Karles Alena Kastilyo | ||||||||||||||||||||||||||||||
Doğum tarixi | |||||||||||||||||||||||||||||||
Doğum yeri | Mataro, İspaniya | ||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | |||||||||||||||||||||||||||||||
Boyu | 180 | ||||||||||||||||||||||||||||||
Mövqeyi | Yarımmüdafiəçi | ||||||||||||||||||||||||||||||
Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||
Klub | Barselona B | ||||||||||||||||||||||||||||||
Karyerası | |||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
|
|||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Alena Kataloniyanın Barselona əyalətinin Mataro şəhərində anadan olmuşdur. Alena səkkiz yaşı olarkən uğurlu sınaqlardan sonra Barselona FK klubunun gənclər akademiyası olan La Masiaya qəbul olundu.[1][2] Daha sonralar Alena klubun reserv komandasına seçildi.[3][4] Alena Barselona B klubu ilə debütünü 29 avqust 2015-ci ildə Pobla de Mafumet klubuna qarşı oyunda etmişdir. O, David Babunskini əvəz etmişdir. Sequnda B görüşündə Barselona rəqibi ilə 0-0 bərabərə qalmışdır.[5]
24 noyabr 2015-ci ildə Alena UEFA Gənclər Liqasında Roma klubuna qarşı oyunda baxımlı qolla yadda qalmışdır.[6] UEFA Gənclərin Çempionlar Liqasının sonunda Alena 8 oyunda 6 qol və 1 assistlə yadda qaldı. Alena peşəkar karyerasında ilk qolunu 19 dekabr 2015-ci ildə Barça B klubu ilə Eldense klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Barselona rəqibinə 4-2 hesabı ilə məğlub olmuşdur.[7]
Alena ilk dəfə Barselonanın əsas heyətinə 10 fevral 2016-cı ildə çağrılmışdır.[8] O, İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyununda Valensiya klubuna qarşı oyunda ehtiyatda oturmuş və meydana çıxmamışdır. Həmin görüşdə Barselona rəqibi ilə 1-1 hesabı ilə bərabərə qalmışdır.[9] Alena əsas komanda ilə debütünü 30 noyabr 2016-cı ildə analoji turnirdə Herkules klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Alena bərabərlik qolunun müəllifi olmuşdur.[10]
Alena La Liqada debütünü 2 aprel 2017-ci ildə Qranada klubuna qarşı oyunda etmişdir. O, ikinci hissədə İvan Rakitiçi əvəz etmişdir. Həmin görüşdə Barselona rəqibinə 4-1 hesabı ilə qalib gəlmişdir.[11]
Klub | Mövsüm | Liqa | Kopa del Rey | Avropa | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | |||
Barselona B | ||||||||||||
2015–16 | 14 | 1 | — | 14 | 1 | |||||||
2016–17 | 22 | 2 | — | 22 | 2 | |||||||
Ümumi | 36 | 3 | — | 36 | 3 | |||||||
Barselona | 2016–17 | 1 | 0 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 2 | 1 | |
Ümumi | 1 | 0 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 2 | 1 | ||
Ümumi karyera | 37 | 3 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 38 | 4 |
Alenanın atası Fransesk peşəkar futbolçu olmuşdur. Fransesk hücumçu kimi 1980-ci ildən 1990-cı illərə qədər bir sıra klublarda çıxış etmişdir.[13]