Karsibur adası (həmcinin Karsibor, pol. Karsibór, alm. Kaseburg) — Baltik dənizinə daxil olan Şesin körfəzində yerləşən ada. Ada Polşanın Qərbi-Pomor voyeyodinasına daxildir. Körfəzin şimalında yerləşir. Cənubda isə Volin adasından Svina çayı ilə ayrılır. Bir zamanlar Uzedom adasının bir hissəsi olmuşdur. Ancaq XIX əsrin sonları Pyastov kanalı ilə ondan ayrılmışdır.
Karsibur adası | |
---|---|
pol. Karsibór | |
Ümumi məlumatlar | |
Sahəsi | 14 km² |
Uzunluğu |
|
Eni | 6,7 km |
Əhalisi |
|
Yerləşməsi | |
53°50′46″ şm. e. 14°19′48″ ş. u.HGYO | |
Ölkə | Polşa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Karsibur qədim pomor sözüdür. Pomor dialektində "karś" və ya "karśniawy" sözləri "sol" mənasını verir. Tərcümədə "Sol tərəfdə yerləşən bor" kimi səslənir.
Ada 1874–1880-ci illərdə Pyastov kanalının inşası ilə əlaqədar meydana gəlmişdir. Sahəsi 14 km²[1] təşkil edir.