Karst relyefi

Karst relyefi (rus. карстовый рельеф, ing. karst relief) — əhəngdaşı, dolomit, gips və digər həll olan süxurlarda suyun həll etməsi sayəsində əmələ gələn relyef tipi. Yerüstü və yeraltı qapalı mənfi relyef formaları (yerüstü-qıf, çökəklik, polye, ponor və yeraltı quyu, mağara) üstünlük təşkil edir. Tropik ərazilərdə müsbət relyef formalarına tez-tez təsadüf edilir. Ti-pik K. r. Yuqoslaviyada karst platosunda təsadüf edilir.[1]

  1. Karst relyefi // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 138. ISBN 978-9952-453-14-0.