Kart oxuyucusu

Kart oxuyucusu

Kart oxuyucusu (ing. card reader) – informasiyanı kartdan oxuyub kompüterə daxil edən qurğu. Maqnit kart oxuyucusu, əsasən kimliyin müəyyənləşdirilməsi (identifikasiya) məqsədilə istifadə olunan plastik kartlar (məsələn, kredit kartı) üzərində maqnit üsulu ilə iki cığır şəklində kodlaşdırılmış informasiyanı oxuyur. Verilənləri perfokartlardan oxuyan kart oxuyucusu isə hazırda istifadədən çıxarılıb.

  • İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Card reader