Kasax körpüsü

Kasax körpüsü — Əştərək rayonu ərazisində, Kasax çayı üstündə salınmış üçtağlı daş körpüdür.

Körpünün uzunluğu 17 m, eni 5 m olan bu körpü XVII əsrdə salınmışdır. Körpünün böyük və orta tağları arasında üçkünc formada dalğayaran tikili inşa edilmişdir. Körpünün yanında görünən digər körpü qalıqları burada qədimdən (bəzi ehtimallara görə XII əsrdən) başqa bir körpünün olduğunu söyləməyə əsas verir. Əştərək və Kasax adlarından göründüyü kimi, bu ərazilər qədimdən Türk-Oğuz boylarının yurdu olmuşdur. Əraziyə ermənilərin kütləvi axını XIX əsrin əvvəllərində başlamışdır.[1]

  1. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri (Azərbaycan). səh. 190. 2023-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]