Kata (çimərlik)

Kata çimərliyi (tay หาดกะตะ) — Andaman dənizində, Pxunet adasının qərb sahilində, ən çox ziyarət olunan çimərlik. Şimaldan Karon çimərliyi ilə sərhədlənir. Kata-Noy çimərliyindən 10 km, Pxunet şəhərindən 17 km, Pxunet hava limanından 47 km aralıda yerləşir. İnzibati baxımından Pxunet vilayətinin Karon rayonuna daxildir. 1970-ci illərdən ərazidə yurizm inkişaf edir. 26 dekabr 2004-cü ildə Hind okeanında zəlzələ və sunami nəticəsində ərazi böyük zərər görmüşdür. Sahil xəttinin uzunluğu 1,5 km-dir. Sahil aypara formasındadır. Çimərliyin şimal hissədə eni 70 m, cənubda isə 50 metrdir. Çimərliyin qarşı tərəfində Pu adası yerləşir. Kata çimərliyi ilə ada arasında mərcan rifi vardır. Çimərliyə yaxın ərazidə manqrov meşələri və palma ağacları bitir. Kata, Karon çimərlikləri və Pxunet şəhəri arasında avtobus fəaliyyət göstərir.[1].

Kata çimərliyi
tay หาดกะตะ
Yerləşməsi
7°50′55″ şm. e. 98°17′33″ ş. u.
Akvatoriya Andaman dənizi
Ölkə  Tailand
Kata çimərliyi xəritədə
Kata çimərliyi
Kata çimərliyi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Пляжи в столичном ампхе Пхукет". Web Sawadee Plc. 2019-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-08-23.