Andaman dənizi

Andaman dənizi (hind. अंडमान सागर, birm. မုတ္တမ, tay ทะเลอันดามัน, malay ind. Laut Andaman) — Hind okeanın yarım qapalı dənizi.[1] Şərqdə Hind-ÇinMalay yarımadaları arasında, cənubda Sumatra adasıyla, qərbdə ki, Andaman və Nikobar adaları arasında yerləşir (adalar saəsində Benqal körfəzindən ayrılır). Şimalda İravadi çayının deltasına qədər uzanır. Malakka boğazı ilə Cənubi Çin dənizi ilə birləşir. Sahəsi 605 min km², orta dərinliyi 1043 m, maksimal dərinliyi isə 4507, suyun orta həcmi 660 min km³. Dibi qumlu və gillidir, şimaldan cənuba ərazisindən fəal vulkan qövsi keçir. İqlimi tropik, rütubətli və mussonludur. Dənizin səthi temperaturası qışda 27,5-dən °C, yayda 30 °C qədərdir. Dərin qatlarda (1600 metrdən daha dərinlikdə) — 4,8–5 °C. İllik yağıntı 3000 mm. Cərəyanlar qışda cənub-qərbə və qərbə, yayda şərqə və cənub-şərqə yönəlirlər. Yayda duzluluğu 31,5–32,5 ‰, qışda 30,0–33,0 ‰, şimal hissəsində çay axımı və mussonların təsiri altında duzluluğu 20–25 ‰ qədər azalır. Burada qabarmalar yarım günlükdür və 7,2 m qədərdir. Faunası zəngin sayılır, burada 400 növ balıq məskunlaşıb.

Andaman dənizi
Dənizə çimərlikdən görüntü
Dənizə çimərlikdən görüntü
Ümumi məlumatlar
Sahəsi 605000 km²
Həcmi 660000 km³
Eni 650 km
Dərin yeri 4507 m
Orta dərinliyi 1043 m
Yerləşməsi
11°00′21″ şm. e. 95°45′25″ ş. u.HGYO
Ölkələr
Andaman dənizi xəritədə
Andaman dənizi
Andaman dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əsas limanları: Yanqon (Myanma), Penanq (Malayziya). Dənizdən Sinqapura birbaşa yol var.

2004-cü ilin dekabr ayında burada sunamiyə səbəb olmuş məhvedici zəlzələ baş vermişdi.

  1. "Hind okeanında – Andaman". 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-13.