Katafraktarilər

Katafraktarilər (yun. Katafrakto - zirehli) — e.ə IV-cü əsrdə Yunanıstanda, e.ə V-ci əsr fars və midiyalı süvarilərinin təcrübəsindən istifadə edərək yaratdıqları, sonralar öz inkişafını Makedoniyalı İskəndərin qoşununda tapan, ağır silahlanmış zirehli süvarilər. Torpaq əyanlarından komplektləşdirilirdi.

Uzun nizə, uzun qılınc və döyüş baltası ilə silahlanmışdılar. Müdafiə silahı, qarışıq materialdan dəmir, tunc, gön və sümükdən düzəldilmiş(piləkli ya da pullu) zirehdən, eləcə də zirehli dəbilqə, qalxan, qolçaq, kəmər, yaxalıq, qıçlıqdan ibarət idi. At xüsusi, gövdəni və başı örtmək üçün nəzərdə tutulmuş yorğanlı çanaq ilə müdafiə olunurdu.

Katafraktarilərin öyrədilməsi, qədim yunan sərkərdəsi, eyni zamanda məşhur tarixçisi Ksenofont tərəfindən tərtib olunmuş "Süvarilər üçün məsləhətlər""Süvari rəisləri üçün məsləhətlər" kimi təlimatlardan istifadə olunurdu.

Katafraktarilər vuruşmada sıx səflərlə vuruşurdular və rəqibin arxasına və cinahlarına sürətli və həlledici zərbələr endirmək üçün istifadə edilirdilər. 64 katafraktaridən ibarət il, hərəsi 16 nəfərdən ibarət dörd cərgəyə düzülürdülər.

Çatışmazlıqları

[redaktə | mənbəni redaktə et]
Sasani katafraktı, müasir rekonstruksiya

Qədim Dünyada üzəngili yəhər yox idi, və süvarilər birbaşa yorğanla örtülmüş at belinə atlanırdı. Üzəngi olmaması səbəbi ilə, süvarilər atın belində ayağa dura bilmirdilər, bu isə uzun yayla silahlanmış oxçuların at belindən ox atmasını imkansız edirdi. Eyni zamanda qılıncla və nizə ilə zərbə endirmək də çox çətin idi, çünki yəhərin olmaması, süvarini atın belində çox dayaqsız edirdi. Nizəni qoltuq altında sxımaq ümumiyyətlə mümkün deyildi, çünki sərt əngələ qarşı zərbə katafraktarini atdan sala bilərdi, beləliklə nizə ilə zərbələr üçün atın gücündən istifadə mümkün deyildi, ancaq əl hərəkətindən istifadə edilirdi, bu isə zərbəni çox zəif edirdi.

  • Военная энциклопедия в 8 томах. 3 "Д" -квартирьер Москва Военное издательство 1995