Ksenofon (təq. e.ə. 430 – təq. e.ə. 354, Korinf, Peloponnes) — Afina əsilli qədim yunan tarixçisi və yazıçısı, siyasi xadim və mütəfəkkiri.
Ksenofon | |
---|---|
yun. Ξενοφών | |
Doğum tarixi | təq. e.ə. 430 |
Vəfat tarixi | təq. e.ə. 354 |
Vəfat yeri | |
Elm sahəsi | fəlsəfə |
Vikianbarda əlaqəli mediafayllar |
Ksenofon bizim eradan əvvəl 430-cu ildə Afina şəhərində zəngin ailədə doğulmuşdur. Gənc yaşlarından Sokrat ardıcıllarından olmuşdur.[1]
İqtisadi fikir tərixinə Ksenofon əmək bölgüsünü ilk təhlil edən alim kimi daxil olmuşdur. Özünün "Kiropediya" adlı əsərində o, aşağıdakı müddəanı ifadə etmişdir: "Ən sadə iş görən şəxs onu ən yaxşı yerinə yetirir".
Ksenofon eləcə də bazarın ölçülərindən asılı olaraq əmək bölgüsünün dərəcələri üzrə dərk edilməsinə yanaşmışdır. Ksenofon pulun bütün funksiyalarından iki funksiyasını tədavül vasitəsi və yığım vasitəsi funksiyasını qəbul etmişdir. Bununla yanaşı o, sələmçiliyi, deməli, borc kapitalı kimi puldan istifadə edilməsini pisləmişdir.