Katalaun döyüşü

Katalaun döyüşü — 451-ci ilin yayında Fransanın şimal-şərqində yerləşən Katalaun çölündə baş vermiş döyüş. "Xalqlar döyüşü" də adlanır.

Katalaun döyüşü
Tarix 20 iyun 451
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aetiusun (Aetsinin) sərkərdəlik etdiyi Roma qoşunları və onların müvəqqəti müttəfiqləri — vestqotlar, burqundlar, franklar, alanlar və b. Attilanın başçılıq etdiyi hunların və onların tabeliyində olan tayfaların — ostqotların, gepidlərin və b.-nın qoşunları ilə vuruşmuşlar. Bu savaşda 130 mindən artıq adam həlak olmuşdu. Avropa tarixçiləri hesab edirlər ki, Attila və hunlar bu savaşda məğlubiyyətə uğrayıblar. Türk tarixçiləri isə savaşda Attilanın qələbə çaldığını bildirirlər. Güman etmək olar ki, həmin savaşda tərəflərdən heç biri digərinə həlledici zərbə endirə bilməyib, lakin bu faktı da nəzərə almaq lazımdır ki, Katalaun çölündəki savaşdan az sonra hunlarla Roma arasında imzalanan müqavilədə Attila faktiki olaraq onu qane edən şərtləri romalılara diktə etmişdir.