Katerin Uilson

Katerin Uilson (182220 oktyabr 1862) — cinayətlərdən birini görə edam olunmuş, lakin ümumilikdə altı cinayət daha törətdiyi düşünülən ingilis qatil.[1] O, tibb bacısı işləyirdi və qurbanlarını vəsiyyətlərində pullarını ona buraxmağa təşviq etdikdən sonra onları zəhərləmişdi. Hökm çıxaran hakim onu xüsusi olaraq "yaşamış ən böyük cinayətkar" kimi təsvir etmişdir.

Katerin Uilson
Doğum tarixi 1822
Vəfat tarixi 20 oktyabr 1862(1862-10-20)
Fəaliyyəti tibb bacısı, seriyalı qatil

Uilson əvvəlcə Spoldinqdə tibb bacısı kimi çalışmış,[2][3] daha sonra Körbi-Lonzdeylə köçmüşdür. O, Dikson adlı bir adamla evlənsə də, əri tezliklə ölmüş və onun kolxikumdan zəhərləndiyi ehtimal edilmişdir. Həkim cəsədin yarılmasını təklif etsə də, Uilson ona bunu etməməsi üçün yalvarmış və o, bu fikrindən əl çəkmişdir.

1862-ci ildə Uilson öz vəsiyyətini onun xeyrinə yenidən yazmış Sara Karnellə qulluq edən bir tibb bacısı kimi çalışmış və az sonra ona "sakitləşdirici məhlul" gətirərək "İç onu, əzizim, səni isitəcək" demişdir.[2] Karnell bu məhluldan bir ağız dolusu içmiş və ağzını yandırdığından şikayətlənərək tüpürmüşdür. Sonradan məlum olmuşdur ki, sözügedən maye yataq paltarında dəlik açıb. Hadisədən sonra Uilson Londona qaçsa da, bir neçə gün sonra həbs edilmişdir.

Birinci mühakimə

[redaktə | mənbəni redaktə et]

Onun Karnellə verdiyi içkinin tərkibində 50 nəfəri öldürməyə kifayət edən sulfat turşusu olduğu ortaya çıxmışdır.[4] Uilson turşunun ona dərmanı hazırlayan əczaçı tərəfindən səhvən verildiyini iddia edib. O, adam öldürməyə cəhd ittihamı ilə mühakimə olunsa da, bəraət almışdır.

  1. "Execution of Catharine Wilson". sonofthesouth.net (ingilis). 2020-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-15.
  2. 1 2 Montagu Williams. VII // Leaves of a Life. Houghton, Mifflin. 1890.
  3. "Murder Cases - Female W - Wilson, Catherine". Real Crime. 11 February 2005 tarixində orijinalından arxivləşdirilib.
  4. "Murder Cases - Female W - Wilson, Catherine". Real Crime. 11 February 2005 tarixində arxivləşdirilib.