Kauai (hav. Kaua'i) — Havay adalarının ən qədim adası olaraq 6 milyon yaşı vardır. Onun sahəsi 1456 km² təşkil edir. Sahəsinə görə Havay adalarının 4-cü, Amerikanın isə 21-ci adasıdır[1].
Kauai adası | |
---|---|
hav. Kaua'i | |
Ümumi məlumatlar | |
Sahəsi | 1456 km² |
Uzunluğu |
|
Eni | 45 km |
Sahil uzunluğu | 177 km |
Hündür nöqtəsi | 1598 m |
Əhalisi | 66.921 nəfər (2010-cu il) |
Yerləşməsi | |
22°05′ şm. e. 159°30′ q. u.HGYO | |
Ölkə | ABŞ |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaqın digər adaları kimi bu adada vulkanik məşhəllidir. Adanın ən hündür nöqtəsi Kavaikini dağıdır (1598 m)[2]. İkinci ən hündür zircəsi isə Vialeale dağıdır. Onun ən hündür nöqtəsi 1569 metrdir. Dağın şərq hissəsinə il ərzində 11 684 mm yağıntı düşür. Adaya 27 avqust 1993-cü ildən 30 aprel 1994-cü ilə qədər yağış dayanmadan yağmışdır (247 gün). Bu səbəbdən Ginnesin Rekordlar Kitabına daxil edilmişdir[3]. Çoxlu sayda yağıntının yağması torpaq erroziyasına səbəb olur. Burada çoxlu sayda şəlalə mövcuddur.
Adanın əhalisi 2010-cu ilə olan məlumata görə 67 091 nəfərdir[4]. Adanın ən böyük yaşayış məntəsəsi Kapaa şəhəridir (10 699).
Kauai adası ilk dəfə Ceyms Kuk tərəfindən 1778-ci ildə[5] kəşf edilmişdir. 1810-cu ildə Havay krallığı ərazisinə daxil edilmişdir.
1816–1817-ci illərdə Rus-Amerikan kompaniyasının rəhbəri Qeorq Şeffer tərəfindən Yenizavetpol qalası inşa edilmişdir. Ancaq 1817-ci ilin yayında onlar adanı tərk etmişlər. 1835-ci ildə Old-Koloa şəhərində şəkər zavodu inşa edilmişdir.
Ada iqtisadiyyatının əsasınl turuzm təşkil edir. 2007-ci ildə adı 1 271 000 turist ziyarət etmişdir. Bununda 84 % kontinental Amerikadan, 3 % isə Yaponiyadan gəlmişdir[6]. 2003-cü il məlumatına görə adada 27 000 iş yeri vardır ki, onunda 26 % turizm, 15 # dövlət, 14, 5 % ticarət, 2,9 % kənd təsərrüfatı, 0,7 % təhsil sahəsində çalışır. İşsizlik 3,9 % olmuşdur ki, buda Havay adalarındakı 3,0 % baryerdən çoxdur[7].
Adada minlərlə toyuğu müşahidə etmək olur. Onların sayının belə çox olmasının səbəbi təbii düşmənlərinin olmamasıdır. Digər adalardan fərqli olaraq burada manqustlar yoxdur. Sahil ərazilərində bəzən Havay monax suitisinə rast gəlinir. Onlar digər adalarda belə olduqca az təsadüf edilir[8]