Kauksi Ülle (est. Kauksi Ülle) – vıruəsilli Estoniya yazıçısı. Əsəsən vıru dilində əsərlər yazır. Cənubi Estoniya regional hərəkatının əsas nümayəndəsidir.
Kauksi Ülle | |
---|---|
Doğum tarixi | 23 sentyabr 1962[1] (62 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | tərcüməçi, yazıçı, şair |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Kauksi Ülle 26 sentyabr 1962-ci ildə Estoniyanın Vıru şəhərində doğulmuşdur. Rıuqe qəsəbəsində yerləşən məktəbin 8-ci sinfini bitirmişdir. 1981-ci ildə Tartu Universitetinə daxil olmuş, 1986-cı ildə universitetin jurnalistika fakültəsindən məzun olmuşdur. 1997-ci ildə Tartu Universitetinin folklor kafedrasından magistr dərəcəsini əldə etmişdir.[2]
1986–1987-ci illərdə "Kultuur ja Elu" jurnalının müxbiri, 1987–1990-cı illərdə Estoniya Yazıçılar İttifaqının Tartu şöbəsinin metodoloqu, 1990-cı ildə Estoniya Yazıçılar İttifaqının üzvü olmuşdur. 1991–1993-cü illərdə Vıru Radiosunun icraçı direktoru kimi işləmişdir. 1993-cü ildən etibarən Fin-Uqor Fondunun katibidir. 1998–2004-cü illərdə bu təşkilatın rəhbəri olmuş, bir sıra tədbrilərin təşkilatçısı olmuşdur: I Beynəlxalq Fin-Uqor Gənc Sənətçilər Konfransı (1994), VII Fin-Uqor Folk Festivalı (1997) və III Etnofuturizm üzrə Fin-Uqor Gənc Sənətçilər Konfransı (1999). 1998–2001-ci ildə Fin-Uqor Yazıçılar Assosiasiyasının şura üzvü olmuşdur. 2001-ci ildən "Lõkõriq" musiqi ansamblının meneceridir. 2005–2006-cı illərdə "Peko Helü" jurnalının redaktoru olmuşdur.[2]
Ülle vıru dilində əsərlər yazır və bu dilin dirçəlməsi üçün fəaliyyət göstərir. O, Vıru Ağsaqqallar Şurası Konqresinin rəhbəri[3] və Vıru Dil və Mədəniyyət Fondunun qurucu rəhbəridir.[2] 1998-ci ildə yerli məktəblər üçün vıru dərsliyi yazmışdır.[4]
Ülle bir neçə şeir kitabı, roman, qısa hekayə, pyes, film ssenarisi müəllifidir. 1987-ci ildə ilk şeir kitabı olan "Öz təpəsinin üstündə" nəşr olunmuşdur. Növbəti illərdə "Qazlar və ya qu quşları", "Səhər və Həvva", "Qızıl qadın", "Sevinc gəlini yüksəlir" adlı balladalar yazmışdır. 1991-ci ildə yazdığı şeir kolleksiyası Nəğməli inqilaba həsr olunmuş vətənpərvər şeirləri ehtiva edir. "Qayıq" (1998) və "Alma ağacı" (2003) romanlarında qadın həyatı, seksuallığı və sosial çətinliklər mövzularına toxunmuşdur. "Qayıq" romanı Estoniyanın 150 illik tarixini əhatə edir. "Alma ağacı" romanı isə avtobioqrafik təcrübələri əks etdirir.[4]
Ülle iki ədəbi cəmiyyətin üzvüdür: "Hirohal" və Estoniya Kestobi Cəmiyyəti. O, etnofuturizm konsepsiyasının yaradıcısı hesab olunur. 2004-cü ildə Setu dialektində yazdığı "Taarka" pyesi əsasında film çəkilmişdir.[4] O, 1992-ci ildə Bernard Kanqro Ədəbiyyat Mükafatını, 2004-cü ildə Qustav Suyts Poeziya Mükafatını, 2019-cu ildə Yuxan Liyv Poeziya Mükafatını qazanmışdır.[5]