Kaunas dəmiryol tuneli (lit. Kauno geležinkelio tunelis) — Rusiya imperiyasında inşa edilmis ilk 2 dəmiryol tunelindən biri və Litvadakı ən qədim dəmiryol tuneli.
Bu xətt 1861-ci ildə Peterburq-Varşava dəmiryolunun davamlılığını təmin etmək məqsədi ilə istifadəyə verilmişdir. Kaunasda 30 metrlik bir təpənin altı ilə çəkilmişdir. Tunelin hündürlüyü 6,6 m, eni 8,8 m, uzunluğu 1285 m təşkil edir. Tunelin önündən Kayşradoryo küçəsi (lit. Kaišiadorių gatvė) keçir.
20 noyabr 1861-ci ildə tuneldən ilk parovoz keçmişdir[1] Tunel 1862-ci ildə tam istifadəyə verilir. Sankt-Peterburq-Varşava dəmir yolunun Prussiya istiqamətində xətti butradan keçirdi. Tünelin ölçüsü Birinci Dünya müharibəsi zamanı almanlar tərəfindən standart göstəricidə yenidən tikilmişdir. Kaunas tuneli 30 iyul 1944-cü ildə Almaniyanın geri çəkilməsi zamanı silahlı qüvvələr tərəfindən partladıldı. Ən böyük partlayış, tunelin 100 metr uzunluğunda bir hissəsini deformasiyaya uğratdı. Sovet ordusu 1,5 ay sonra tuneli bərpa edə bildi. Partlayışlar tunelin hidroloji vəziyyətini dəyişdirdi. 1947-1948-ci illərdə su tuneldə deformasiya əmələ gətirdi. 1949-cu ildə isə tuneldə kiçik bərpa işləri həyata keçirildi. 1963-cü ildə tuneldə qatar qəzası baş vermişdir. 1975-ci ildə buxar lokomotivləri tamamilə elektrik lokomotivləri ilə əvəz edildi. Bununla belə vəziyyətinə görə dəmir yolu nəqliyyatı təhlükəsiz deyildi. Burada qatarların sürəti 40 km/s təşkil edirdi. Buna səbəb təhlükəsizlik olmuşdur. 1996-ci ildə tunel Litvanın daşınmaz mədəni irsi siyahısına daxil edilmişdir[2]. 2002-2003-cü illərdə Danimarkanın "Niras" şirkəti texniki-iqtisadi əsaslandırmaya düzəlişlər etdi və bu şirkətin hazırladığı nəticələrə görə Avropa İttifaqına yardım üçün ərizə verildi. Tunelin yenidən qurulması layihəsi 2007-ci ildə başlandı. 2007-ci ildən 2009-cu ilə qədər Avropa ittifaqının vəsaiti hesabına tunel yenidən bərpa edilmişdir[3]. Tunel 1 fevral 2008-ci il tarixində dəmiryol nəqliyyatına ilə bağlanmışdır və Kaunas vasitəsilə Vilnüs istiqamətindən sərnişin daşınması Kaunas Mərkəzi stansiyasından kiçik bir stansiyaya keçirilmişdir. Burada dəmir-beton konstruksiyadan istifadə etməklə tunel möhkəmləndirilmiş, drenajı təkmilləşdirilmişdir. Yenidənqurmaya həmçinin tuneldə işıqlandırma, tüstü və su sensorlarının təmin edilməsi də daxil edilmişdir. Tunel 17 noyabr 2009-cu ildə böyük bərpa işlərinin ardından istifadəyə verilmişdir. Nəticədə sürət 83 km/s çatdırılıb.